Beşdəli (Zəngilan)
Beşdəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, Şahsevənlərin ataxanlı qolunun beşdəli tirəsinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Yerli əhalinin verdiyi məlumata görə isə, Ordubad rayonunun Tivi kəndindən gəlmiş beş dəliqanlı (igid) qardaş məskunlaşdığına görə kənd belə adlandırılmışdır. 1933-cu ildə Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində də BeŞdəlli adlanan kənd qeydə alınmışdır.
2020-ci il, noyabrın 7-si Beşdəli kəndi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.