Usta Bəndər
Usta Bəndər — 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının Xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri.
== Haqqında ==
XI-XV əsrlərdə Azərbaycanın sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərində geniş fəaliyyət göstərmiş əxi təşkilatları dövrün ictimai-siyasi həyatında mühüm rоl oynayırdılar. Belə ki, 1231-ci ildə Təbrizdə, Gəncədə baş vermiş xalq üsyanlarının əsas təşkilatçıları əxi təşkilatının üzvləri və başçıları olmuşdur. Çox güman ki, Usta Bəndər də Gəncədəki əxi təşkilatlarından birinin rəhbəri idi.
=== Gəncə üsyanı ===
Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbələrin məlumatına görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər, məmurları və nökərləri öldürdülər, Xarəzmşahların hərbi qarnizonlarını məhv etdilər. Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu.