* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Meyvə saplağı. 2. Dərz bağlamaq üçün otdan, küləşdən eşilən bağ. Bu dərzin bəndəmini aç, xırmana tök. – Ona görə onların taxılı yolpa olmuş, dərzləri bəndəmin arasına güc ilə yığılırdı. S.Rəhimov. [Arvadlar] bəndəmi açıb dağıdırdılar. Ə.Əbülhəsən. // Bir şeyin belinə bağlanan bağ, şərid.
Azərbaycan dilinin izahlı lüğəti / bəndəm1 Dərzin belini bağlamaq üçün istifadə olunur. Fars mənşəlidir, bənd (eləmək) sözü ilə bağlıdır, farsca bəstən (bağlamaq) məsdəri ilə qohumdur, “bağ” mənasında işlədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bəndəm1 1. свясло, перевясло; жгут из травы или соломы для связки снопов; 2. черенок; 3. плодоножка;
Azərbaycanca-rusca lüğət / bəndəm2 1 сущ. плодоножка (часть стебля, несущая плод) 2 сущ. 1. свясло, перевясло (соломенный жгут для связывания снопов) 2. завязка, тесёмка, верёвка
Azərbaycanca-rusca lüğət / bəndəm1 сущ. 1. ттум (емишдин); 2. чӀикь (цуьл кутӀундай); 3. са куьнин юкьвалай кутӀундай багъ, лент.
Azərbaycanca-ləzgicə lüğəti / bəndəmI (Ağdam, Başkeçid, Cəbrayıl, Füzuli, Gədəbəy, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Tovuz, Zaqatala, Zəngilan) dərz və ya bafa bağlamaq üçün kökündən çıxarılmış sünbüllü küləşdən və ya uzun otdan düzəldilən bağ. – A bala, uzun bəndəm yol, yekə bağlıyax dərzi (Qazax); – Bafanı bəndəmnən bağla (Zaqatala); – Oğul, oğul, yanındakı bəndəmi burayəti, bağlə:ax bu dərzi (Gədəbəy); – Bəndəmnən bağliyrıx bafanı (Şəki); – Bəndəmi taxılın özünnən eşirix’, qayrerıx (Tovuz); – Səkkiz bafanı qourux bəndəmin arasına, bağlıyırığ olur dərz (Füzuli); – Bəndəmləri suya sal qurumasın (Cəbrayıl); – Birki bəndəm eş, bu dərzdəri bağlıyax (Şəmkir) II (Bakı) meyvə saplağı III (Çənbərək) tütün topası. – Arvatdar tütünü bəndəm eliyiflər
Azərbaycan dilinin dialektoloji lüğəti.