* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2005 | ••••••••• | 0.67 |
2008 | ••••••• | 0.49 |
2009 | •••••••••••••••••••• | 1.60 |
2010 | ••• | 0.18 |
2011 | •••••••• | 0.60 |
2012 | •••••••••• | 0.77 |
2014 | ••• | 0.17 |
2015 | ••••• | 0.34 |
2016 | ••• | 0.17 |
2017 | ••••• | 0.33 |
2018 | •• | 0.15 |
2019 | •• | 0.14 |
2020 | ••••• | 0.40 |
1 is. 1. Körpə uşaqlara məxsus yırğalanan kiçik yatacaq. Bir körpə uşaq beşikdə yatmış; Rahət əl-ayaqların uzatmış. A.Səhhət. Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk [Azərbaycan] dilində lay-lay deyirdi. C.Məmmədquluzadə. Yatır eyvanda körpə, qədim asma beşikdə. M.Rahim. 2. məc. tənt. Bir şeyin törədiyi, meydana gəldiyi yer; mənbə, yurd, ocaq, Vətən mənasında. Şirvan vilayəti qədimdən şüəra və ürəfa beşiyi olmağını mərhum Hacı Seyyid Əzim dəxi öz tərcümeyi-halına dair yazdığı mənzumatında təsdiq (edir). F.Köçərli. Gözəl vətən! Mənan dərin; Beşiyisən gözəllərin! S.Vurğun. Burda beşiklərimiz üzərinə göydə süzən qartalların kölgəsi düşmüşdür. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / beşik1 Bir vaxtlar qohumlara bağır, evlənmə xətti ilə olan qohumlara “böşük” deyiblər. Qarşılıqlı qız alıb –verərək qohum olanlar isə bağır –böşük adlanıb. Beşik “yüyrüyə” deyilir. Deməli, kəbinin nəticəsi kimi uşaq meydana gəlib və onun bəsləndiyi yerə, əşyaya da beşik adı verilib. Beşik kəlməsini bəsləmək feili də bağlamaq mümkündür: beşik –“uşağın bəsləndiyi yer” deməkdir. Qayğı mənasını əks etdirən buşuş, buşmək, bışmaq sözləri də mövcud olub. Kəbin qohumluğu, yəni qudalıq qədimdə çox müqəddəs hesab olunub (elə quda və qutlu sözləri də eyni kökə malikdir). Ona görə də oğlan və qohumlarının qarşılıqlı qayğısı buşuş adlanıb, beşiklə, nəvə ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / beşik3 BEŞİK (çağalara məxsus yırğalanan yatacaq yeri) Balam yatır beşikdə; Bülbül oxur eşikdə; Sən yat yuxun algilən; Mən durmuşam keşikdə (Bayatı); NƏNNİ Bir saat keçdi, körpə yenidən yuxuya getdi, nənni dayandı, Zinyətin fikri cəmləndi (B.Bayramov); YÜYÜRÜK (dial.) [Ana:] Sonra çığırdı ki, Gülər, geyindir; Gəl çıxar uşağı yüyürükdə çölə (M.Rahim).
Azərbaycan dilinin sinonimlər lüğəti / beşik2 I сущ. 1. люлька: 1) небольшая кроватка, в которой укачивают ребёнка. Beşiyi yırğalamaq качать люльку 2) тех. грузозахватное устройство 2. колыбель: 1) то же, что люлька 2) перен. родина, место возникновения чего-л. Şuşa Azərbaycan musiqi sənətinin beşiyidir Шуша – колыбель музыкального искусства Азербайджана II прил. колыбельный. Beşik nəğməsi колыбельная песня (колыбельная) ◊ beşikdə ikən ещё в колыбели (в первоначальную пору развития чего-л.)
Azərbaycanca-rusca lüğət / beşik1 I. i. cradle; ◊ ~dən qəbrə qədər from the cradle to the grave II. s. cradle; ~ mahnısı (layla) lullaby
Azərbaycanca-ingiliscə lüğət / beşik1 1) is. berceau m ◊ ~dən qəbrə qədər dès la plus tendre enfance jusqu’à la tombe 2) sif. de berceau ; ~ mahnısı (layla) berceuse f
Azərbaycanca-fransızca lüğət / beşik1 сущ. 1. кьеб; // кьепӀинин (мес. тангар); 2. пер. са куьнин (са кардин, са затӀунин) сифте акъатай чка, диге, ватан.
Azərbaycanca-ləzgicə lüğəti / beşik