Kəsik sözü azərbaycan dilində

Kəsik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kəsik • 84.5139%
  • kəsik • 15.4861%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Böyük Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun Böyük Kəsik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsi Sadıqlı kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Böyük Kəsik kənd Soveti yaradılmışdır.
Kəsik (Xudabəndə)
Kəsik (fars. كسيك‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (111 ailə).
Kəsik konis
Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir.Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir.Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus,təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir.Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar. Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu,oturacağının radiusuna isə konusun radiusu deyilir. Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur. Konusun yan səthi: Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Böyük Kəsik bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Kəsik Dəmiryol Stansiyası
Böyük Kəsik Dəmiryol Stansiyası — Ağstafa rayonunda, Bakı–Tbilisi dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Cərrahi kəsiklər
Cərrahi kəsiklər — Cərrahi əməliyyat zamanı, cərrahi kəsiklər əməliyyat prosedurunu asanlaşdırmaq və xəstəyə lazımi müdaxiləni etmək üçün çox vacibdir. Adətən əməliyyatda bir neçə kəsik eyni anda tətbiq edilir. Ümumiyyətlə, cərrahi əməliyyat zamanı cərrahi kəsiklər həm əməliyyatın gediş prosesinə mane olmaması, həm də xəstənin sağlığı baxımından, mümkün qədər kiçik və səliqəli edilməlidir. == Anatomiya == Cərrahi kəsiklər əvvəlcədən planlaşdırılmış formada, bədənin istənilən müxtəlif hissələrinə tətbiq oluna bilər. Tibbdə cərrahi əməliyyat zamanı tətbiq edilən cərrahi kəsiklərin hər birinin öz adı var və bu terminlər tarix boyu bu kəsiklərdən ilk istifadə edən məşhur cərrah və həkimlərin adını daşıyır.
Kəsikbaş
Kəsikbaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə Mədinə kəndinin yanında yerləşirdi. Toponim kəsikbaş tayfa adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7. XII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernakert qoyulmuşdur.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

kəsik sözünün leksik mənası və izahı

  • 1 1. sif. Kəsilmiş halda olan, iti bir şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz. Kəsik dəri. – Şaxta kəsik yerə daha bərk təsir edir. Mir Cəlal. 2. sif. Kəsilmiş, kəsilib götürülmüş, kəsilib atılmış. Kəsik barmaq (bilək). – Kəsik baş söyləməz. (Məsəl). [Əvvəlinci:] Malların əgər nişanları lazımsa deyim: – Birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir… N.Nərimanov. [Qızıl it] …kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. Kəndin qənşərinə çatanda Ataşın gözü birdən boz eşşəyin kəsik qulağına sataşdı… Ə.Vəliyev. 3. sif. Kəsilib qısaldılmış, gödəldilmiş. Kəsik hörük. – [Qızın] sarı kəsik saçı xələtin yaxasına tökülmüşdü. Ə.Əbülhəsən. 4. is. Yarıq, kəsilmiş, tikilməyib açıq qoyulmuş yer (paltar və s.-də). Pencəyin kəsiyi. Tumanın kəsiyi. 5. is. Bir şeyin yaralaya (kəsə) biləcək qırığı, sınığı, parçası, tikəsi, hissəsi. Stəkan kəsiklərini yığmaq. Şüşə kəsiyi. // Qırıq, tikə, kəsilmiş parça. Ağac kəsiyi. – Ağa əlini yanına atıb odun kəsiyini götürdü. S.Rəhimov. 6. sif. Qırıq, kəsik-kəsik, uzun sürməyən, davam etməyən. Kəsik fit. Kəsik səs. – …Ağılların qapısını kəsmiş itlərin kəsik hürüşləri gecənin qara pərdəsini yırtıb uzağa gedirdi. M.İbrahimov. Salon sakit, fəqət hərdən; Gəlir kəsik hıçqırıqlar. B.Vahabzadə. 7. is. xüs. Boru və s. şeylərin kəsilmiş yeri. Borunun kəsiyi. 8. is. tar. Çar Rusiyasında 1861-ci ildə təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə verilən kiçik torpaq hissəsi; nadel. 9. sif. məc. dan. Sahibsiz, başsız, yiyəsiz (uşaq, qadın haqqında). Kəsik uşaq. Kəsik qız. Kəsik qadın. // İs. mənasında. Öz kəsiyimizdir.

    Azərbaycan dilinin izahlı lüğəti / kəsik

kəsik sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəsik sözünün rus dilinə tərcüməsi

  • 1 1. отрезанный, обрезанный, отрубленный, усеченный; 2. порез, отрезок, отрывок, обрубок, прорез;

    Azərbaycanca-rusca lüğət / kəsik
  • 2 I прил. 1. отрезанный, обрезанный, отрубленный, порезанный. Kəsik parça отрезанная ткань, kəsik dəri отрезанная кожа, kəsik qulaq отрезанное ухо, kəsik barmaq отрезанный палец 2. подрезанный. Kəsik hörük подрезанная коса 3. отрывистый, прерывистый. Kəsik səslər eşidilirdi слышались отрывистые звуки, kəsik tənəffüs мед. прерывистое дыхание 4. мат. усечённый. Kəsik konus усеченный конус, kəsik piramida усеченная пирамида, kəsik prizma усеченная призма 5. отрезной (отделенный межеванием). Kəsik torpaqlar отрезные земли 6. переходный. Kəsik miqyas геодез. переходный масштаб 7. прерванный. Kəsik kadans муз. прерванный каданс 8. обиженный, обделённый чем-л. (ничего не получивший при разделе, раздаче и т.п.) II сущ. 1. обрез, отрез (место, по которому обрезано или отрезано что-л.) 2. обрезок (остаток от резки чего-л.). Kağız kəsikləri обрезки бумаги, dəri kəsikləri обрезки кожи 3. обрубок. Ağac kəsiyi обрубок дерева 4. разрез: 1) разрезанное место, прорезанное отверстие. Donun kəsiyi разрез платья 2) поверхность, по которой разрезан, рассечен предмет. Səthi kəsik поверхностный разрез 5. прорез (прорезанное место) 6. порез (порезанное место) 7. надрез (надрезанное место) 8. распил (место надреза дерева, доски, бревна, кости) 9. вырез (вырезанное отверстие) 10. срез (место, где срезано). Kötüyün kəsiyi срез бревна 11. сечение. мат. Kəsik müstəvisi плоскость сечения, kəsiyin profili профиль сечения, en kəsiyi поперечное сечение

    Azərbaycanca-rusca lüğət / kəsik

kəsik sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. (iti alət yarası) cut, gash, incision; 2. (parça, tikə) cut off; stump, scrap, snip; riyaz. segment; 3. (bir şeydə kəsilmiş yer, sahə) section; en kəsiyi cross-section; üfüqi / uzununa ~ longitudinal section; şaquli ~ vertical section

    Azərbaycanca-ingiliscə lüğət / kəsik

kəsik sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) cicatrice f ; incision f ; blessure f ; 2) coupe f, coupure f ; morceau m ; tranche f ; (material) pièce f ; riyaz. segment m ; 3) section f ; coupe f ; en kəsiyi coupe f traversale ; üfuqi (uzununa) ~ coupe f longitudinale ; şaquli ~ coupe f verticale

    Azərbaycanca-fransızca lüğət / kəsik

kəsik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. атӀай; атӀана хер хьайи (мес. хам, ччин); // атӀанвай, атӀана гадарнавай (мес. яб, тӀуб); // атӀана куьруь авур (мес. кифер, чӀарар); 2. сущ. кьацӀ, цун тавуна ахъаз тунвай чка (мес. пенжекдин кьулухъ ценерин, юбкадин); 3. сущ. кӀус, кӀар, тике, пай (са затӀунин ханвай ва я атӀанвай); şüşə kəsiyi шуьшедин кӀус; 4. прил. ара гудай, атӀуз-атӀуз, ара гуз акъатдай (мес. ван); 5. сущ. хуьс. атӀанвай чка (турбадин, кӀарасдин ва мс.); 6. сущ. ист. надел, ччилин белген (1861-йисан реформадилай кьулухъ лежберрин хзанриз гайи ччилин гъвечӀи пай, кӀус); 7. прил. пер. рах. иеси авачир, сагьиб авачир, сагьибсуз, кьилел сагьиб алачир (мес. аял, дишегьли).

    Azərbaycanca-ləzgicə lüğəti / kəsik

kəsik sözünün türk dilinə tərcüməsi

kəsik sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ucar) bax kesix’ (2-ci məna). – Mənim kəsiyim var: biri Ucarda, biri Alpo: utda, biri də Bəkidə

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kəsik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəsik nədir? #kəsik sözünün mənası #kəsik nə deməkdir? #kəsik sözünün izahı #kəsik sözünün yazılışı #kəsik necə yazılır? #kəsik sözünün düzgün yazılışı #kəsik leksik mənası #kəsik sözünün sinonimi #kəsik sözünün yaxın mənalı sözlər #kəsik sözünün əks mənası #kəsik sözünün etimologiyası #kəsik sözünün orfoqrafiyası #kəsik rusca #kəsik inglisça #kəsik fransızca #kəsik sözünün istifadəsi #sözlük