* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Qalın, qəliz, qatı, qeyrişəffaf, tutqun. Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli. 2. Ağır, boğuq, nəfəsi çətinləşdirən; ağır və pis qoxuyan; kəsafətli. Firidun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. M.İbrahimov. Adamların burnunu və boğazını acışdıran kəsif çürüntü iyi ətrafı bürümüşdü. P.Makulu. [Xəlil Mirzə] maxorka tüstüsündən və kəsif havadan bir dəqiqə də olsun çimir eləyə bilmədi. Q.İlkin. 3. Natəmiz, pinti.
Azərbaycan dilinin izahlı lüğəti / kəsif2 ə. 1) sıx, qalın; 2) şəffaf olmayan; 3) qalın, yoğun; 4) qat; 5) qaba, kobud; 6) natəmiz, pinti.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kəsif1 1. KƏSİF Döşəməni neftlə sildiklərindən hava ağırlaşmışdı. İçəridəki bu kəsif qoxu və ağır sükut adamı darıxdırırdı (İ.Şıxlı); AĞIR Həmid .. içəri girəndə alaqaranlıq dəhlizdən bumuna ağır hava vurdu (H.Abbaszadə); BOĞUCU Gülür bığ altından Gəray deyənə... Qaranlıq, boğucu bir yaz gecəsi... (S.Vurğun). 2. KƏSİF, TUTQUN, QƏLİZ, QATI 3. kəsif bax pinti
Azərbaycan dilinin sinonimlər lüğəti / kəsif1 сущ. 1. густой, плотный. Kəsif duman плотный туман, kəsif tüstü густой дым 2. спёртый, тяжелый (неприятный для обоняния). Kəsif iy тяжелый запах, kəsif hava тяжелый (спёртый) воздух 3. перен. нечистоплотный, неряшливый, неопрятный
Azərbaycanca-rusca lüğət / kəsif1 [ər.] прил. 1. къалин, къати, и патай а пад таквадай, рагъул, мичӀи (мес. циф); 2. ицифай, залан, ял кьадай, нефес четинардай, бамишдай; пис (ктӀай хьтин) ни (ял) авай (мес. гьава); туьнт, тӀишер кудай (мес. ни); вилер кудай (мес. гум); 3. къеркъетӀ, михьи тушир, чиркин, пинти.
Azərbaycanca-ləzgicə lüğəti / kəsif