həsir sözü azərbaycan dilində

həsir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həsir • 89.7959%
  • Həsir • 8.1633%
  • HƏSİR • 2.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 1.13
2008 ••••• 0.24
2009 ••• 0.16
2010 ••••• 0.27
2012 •••••••• 0.43
2013 ••• 0.15
2014 •••••••••• 0.51
2018 •••••••• 0.45
2019 •••••••• 0.42
2020 ••••• 0.27

həsir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bəzi ağacların liflərindən, küləşdən, qamışdan və s.-dən toxunan məmulat (yerə sərmək və s. məqsədlər üçün işlədilir). Ustalar əllərini yuyub, gavalı ağacının altına salınmış həsirin üstə əyləşdilər. Çəmənzəminli. [Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn. // Həmin məmulatdan toxunmuş və ya düzəldilmiş. Həsir şlyapa. – Ranqunun kənarları yüngül qamış və ya həsir evlərdən ibarətdir. M.İbrahimov. ◊ Bir həsir, bir Məmmədnəsir – çox kasıb, yoxsul, heç bir şeyi olmayan adam haqqında. [Bəbir bəy:] Sənin kimi oğlanı belə bir həsir, bir Məmmədnəsir görəndə vicdanım ağrıyır. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / həsir

həsir sözünün sinonimləri (yaxın mənalı sözlər)

həsir sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 HƏSİR I is. [ ər. ] Şlyapa. Bir rəssam istərəm; onun şəklini çəkə; papağı həsir (R.Rza). HƏSİR II is. [ ər. ] Lığdan toxunan palaz kimi döşənəcək. Onlar bir stəkan çay içdikdən sonra torpaq döşəmədəki həsirin üstündə uzanaraq xoruldayır və öz xorultuları ilə çayçının ürəyindəki arxayınçılığı daha da möhkəmləndirirdilər (M.İbrahimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / həsir

həsir sözünün rus dilinə tərcüməsi

  • 1 рогожа, циновка

    Azərbaycanca-rusca lüğət / həsir
  • 2 I сущ. 1. циновка (изделие, сплетенное из сученых мочал, соломы, тростника, употребляемое как подстилочный и упаковочный материал). Həsir toxumaq плести (сплести) циновку, otağa həsir döşəmək устлать комнату циновкой 2. рогожа (грубая плетёная ткань из мочальных лент) II прил. циновочный; рогожный. Həsir parçası рогожный материал (рогожина) ◊ həsir salıb oturmaq обосноваться надолго; bir həsir, bir Məmmədnəsir гол как сокол

    Azərbaycanca-rusca lüğət / həsir

həsir sözünün inglis dilinə tərcüməsi

həsir sözünün fransız dilinə tərcüməsi

həsir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гьасир (бязи тарарин чӀунарикай, нацӀарикай, самарикай ва мс. хранвай затӀ, рух ва мс.); // гьасирдин (мес. сафутӀ); ** bir həsir, bir Məmmədnəsir гзаф кесиб, юхсул, са затӀни авачир касдикай рахадамаз; я шткидай кӀвал авач, я ацадай кал (л.х.м.).

    Azərbaycanca-ləzgicə lüğəti / həsir

"həsir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həsir nədir? #həsir sözünün mənası #həsir nə deməkdir? #həsir sözünün izahı #həsir sözünün yazılışı #həsir necə yazılır? #həsir sözünün düzgün yazılışı #həsir leksik mənası #həsir sözünün sinonimi #həsir sözünün yaxın mənalı sözlər #həsir sözünün əks mənası #həsir sözünün etimologiyası #həsir sözünün orfoqrafiyası #həsir rusca #həsir inglisça #həsir fransızca #həsir sözünün istifadəsi #sözlük