* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Daşdan, kərpicdən və s.-dən tikilən hasar; barı, sədd. Bağın hasarı. Hasardan aşmaq. – Böyük bir qala var, dörd yanı hasar; Daşında paslanmış əski yazılar. S.Vurğun. Arxa tərəfdən taxta hasarın kiçik qapısı vardı. Q.İlkin. □ Hasar çəkmək – divar tikmək, barı çəkmək, hasarlamaq. Bağın ətrafına hasar çəkmək. // məc. Bir şeyin birləşməsinə, yaxınlaşmasına mane olan şey; maneə, sədd. □ Hasar çəkmək – mane olmaq, maneə yaratmaq. Sorağını alsam elə bu gün sənin uzaqlardan; Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman. S.Vurğun. 2. Hasarı, çəpəri xatırladan adam, ya şeylər sırası. Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və əlillər… sədəqə diləyirdilər. Çəmənzəminli. Heyət üzvləri dəmir və polad silahlardan düzəlmiş hasarın içərisi ilə keçib Atabəy bağına gedirdi(lər). M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / hasar2 HASAR Bir qədər gedib uzun bir hasara çatdıq (Y.Əzimzadə); BARI Qaçay kərpic barıya çatdı (İ.Məlikzadə); ÇƏPƏR (tikan şax-şəvəlindən və s.-dən çəkilmiş hasar) (dan.) [Xəlil:] Ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur (N.Vəzirov); DİVAR Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətin hamısını görürdüm (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / hasar2 сущ. 1. забор, ограда. Ağac hasar деревянный забор (деревянная ограда), daş hasar каменный забор (каменная ограда), bağın hasarı забор сада, hasara almaq nəyi (hasar çəkmək nəyin ətrafına) обнести забором, обвести оградой что. Bağı hasara almaq обнести сад забором, həyəti hasara almaq обвести двор оградой, hasarı (hasardan) aşmaq перелезть через забор 2. перен. преграда (то, что является препятствием, затруднением). Keçilməz hasar непреодолимая преграда ◊ qabağına (qarşısına) hasar çəkmək kimin ставить, поставить (возводить, возвести) преграду перед к ем II прил. заборный, оградный (предназначенный для забора). Hasar dirəyi заборный столб, hasar daşı заборный камень
Azərbaycanca-rusca lüğət / hasar1 [ər.] сущ. 1. пару, цал, кьантӀар (къванцикай, керпичдикай ва мс. эцигнавай); жугъун, чахчах (кьуларин); hasar çəkmək пару (цал, жугъун) чӀугун, паруда ттун; 2. пер. манийвалдай затӀ, манийвал; hasar çəkmək маний хьун, манийвал авун; 3. пару (чапар) хьиз аквадай инсанрин ва я затӀарин цӀиргъ.
Azərbaycanca-ləzgicə lüğəti / hasar