Anadolu Hasarı
Anadolu Qalası (Gözəl Qala olaraq da tanınır) — İstanbulun Anadoluhasarı səmtində, Gögsü Dərəsinin İstanbul Boğazına töküldüyü yerdədir.
Anadolu Qalası, 7.000 kvadratmetrlik sahə üzərində, Boğazın ən dar nöqtəsi olan 660 metr məsafədəki bölgəsinə 1395-ci ildə, İldırım Bəyazid tərəfindən inşa edilmişdir. Cenevizlilər, Bizansla birlik olub Qara Dənizdə (Göz, Quba və Amasra-da) koloniyalar qurmuşdular. Bu səbəblə, Boğaz keçidi Cenevizlilər üçün həyati əhəmiyyət daşıyırdı. Eyni vəziyyət Osmanlılar üçün də mövcud idi. Qarşı sahildə, İstanbulun Avropa səmtində yerləşən Rumeli Qala isə, 1451-1452-ci illər arasında II Mehmet tərəfindən bu xarici ölkələrin gəmilərinin keçidlərini nəzarətdə saxlamaq məqsədilə inşa etdirilib. II Mehmed, Rumeli Qalasını tikərkən bu qalaya kənar qala divarlar birləşdirmişdir.
Anadolu Qala, daxili və xarici qala ilə bu qalaların qala divarlarından ibarətdir. İç qala düzbucaq şəkilli dörd mərtəbəli bir qüllədir. İlk tikilişində bir giriş qapısı olmadığı üçün, qülləyə iç qala divarlarına uzanan bir asma körpüdən girilirdi.