Hasan sözü azərbaycan dilində

Hasan

Yazılış

  • Hasan • 99.3088%
  • hasan • 0.4608%
  • HASAN • 0.2304%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ded Hasan
Aslan Rəşidoviç (Raşoyeviç) Usoyan (gürc. ასლან უსოიანი, rus. Асла́н Раши́дович Усоя́н; 28 fevral 1937, Tbilisi – 16 yanvar 2013, Moskva) — kürd və yezid əsilli SSRİ və Rusiya cinayətkarı. Usoyanın təsiri postsovet məkanına və bir çox Qərbi Avropa cinayət dünyasına yayılmışdır. "Ded Xasan" (rus. Дед Хасан, azərb. Həsən Baba‎) və "Deduşka" (rus. Дедушка, azərb. Baba‎) ləqəbləri ilə tanınır. Əməliyyat və media məlumatlarına görə, Ded Xasan — Qafqaz cinayətkar dəstələrinin lideri idi (xüsusilə "Tbilisi" və "Kürd" klanlarının), həmçinin də Rusiyanın ən güclü cinayətkar "avtoritetlərindən" və "qanuni oğrularından" biri idi.O Azərbaycan cinayət ailəminin şahı sayılan Lotu Quli adlı Nadir Səlifova ona sadiq olan idmançı Yapon ləqəbli Novruz Bayramovu onun bratvasina (qardaşlığına) verməsini istəyir.
Hasan Adıgüzel
Hasan Adıgüzel (4 aprel 2000-ci ildə Manisada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Akhisar Bələdiyyəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Akhisar === Adıgüzel Akhisar akademiyası vasitəsilə inkişaf etmişdir. Adigüzel öz peşəkar karyerasında debütünü 21 yanvar 2017-ci ildə Kayserispor klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Kustodionu əvəz etmişdir. Həmin görüşdə Akhisar liqa görüşündə Kayserispor ilə 0-0 hesabı ilə bərabərə olmuşdur. == Milli karyerası == 2017-ci ildə Adigüzel Türkiyənin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Adigüzel İspaniya, Xorvatiya, İtaliya, Macarıstan və İngiltərə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 26 May 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Hasan Baydar
Hasan dağı
Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub, Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir.Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar. Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi. Dağın zirvəsinə dırmaşmaq üçün 6 saat vaxt tələb olunur.
Hasan Kabze
Hasan Kabze (d. 26 may 1982, Ankara) — türk keçmiş futbolçusudur. == Klub karyerası == === Qalatasaray === Çanaqqala Dardanelspor'da göstərdiyi performansla diqqət çəkən Kabze 2004–2005 mövsümünün yay transfer mövsümündə Qalatasaray'a transfer oldu və komanda üçün ilk qolunu 4 fevral 2005-ci ildə oynadığı Qaziantepspor matçında vurdu və 5–1 qalib gəldi. Superliqanın 33-cü həftəsində "Beşiktaş" a 2 qol vuraraq komandası ilə 2:1 hesablı qələbə qazanıb. === Rubin Kazan === 2007-ci il mövsümündə "Qalatasaray"a Karl-Haynts Feldkampın məşqçi kimi gəlməsi ilə komandada böyük dəyişiklik oldu. Hasan Kabze Necati Ateş, Cihan Haspolatlı, Orhan Ak, Emre Aşık kimi adlarla birlikdə komandadan ayrıldı. 9 avqust 2007-ci ildə Rossiyskaya 1,5 milyon avroya Premyer Liqa klubuna "Rubin" ə keçdi. Kazanda ilk qolunu Moskvanın "Spartak" ına vuran "Kabze", komandası ilə matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. "Rubin" tarixində ilk Rusiya Liqası çempionluğu heyətində yer alan və çempionat matçında etdiyi ötürmə ilə yadda qalan Hasan Kabze "Qalatasaray"dan sonra ölkə xaricində çempion olub. 2009-cu il mövsümündə bir daha çempionluq qazanan Həsən Kabze nəhayət Superkubok Rossii qazandı və 3 il Rusiyada oynadıqdan sonra Fransanın Montpellier komandası ilə 3 illik müqavilə imzaladı.
Hasan Mandal
Hasan Mandal (türk. Hasan Mandal; 1965, Əskişəhər) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti. == Həyatı və təhsili == 1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.
Hasan Ali Kaldırım
Hasan Ali Kaldırım (d. 9 dekabr 1989, Noyvid, Almaniya) — Türkiyə Super Liqası təmsilçilərindən olan "Fənərbaxça" klubunda sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Türkiyə futbolçusudur. Oyunçu Almaniyada anadan olmuşdur. Həmçinin Almaniya vətəndaşılığına sahibdir. == Karyerası == === Almaniya illəri === Hasan Reynland-Pfalts regionunun Noyvid şəhərində əslən İspartadan olan türk mühacirin ailəsində anadan olmuşdur. O, Raynbrolda qardaşı və bacısı ilə birlikdə böyümüşdür. 1992-ci ildə anadan olmuş qardaşı Cemal 2011-2013-cü illər aralığında "Bursaspor" klubunda çıxış etmişdir. Lakin o, yalnız əvəzedici heyətdə mübarizə aparmışdır. Oyunçu hal-hazırda Almaniya beşinci divizion təmsilçilərindən olan Engers 07 klubunda çıxış edir. Hasan Ali üç yaşından futbol oynamağa başlamışdır.
Hasan Hayri Tan
Həsən Hayri Tan (d. 1880, İstanbul, d. 23 may 1942) – türk siyasətçisi və vəkili. İstanbul Hüquq fakültəsinin məzunudur . Daimi Vəkillər Kollegiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü, 1935-1940-cı illər arasında İstanbul Vəkillər Kollegiyasının başqanlığı, İstanbul İl Məclisinin Ümumi üzvü, Türkiyə Böyük Millət Məclisinin III. və IV. 5-ci Dövrdə Ədirnə, V Dövrdə isə Kocaeli Millət vəkili olub. Ailəlidir və dörd övladı var.
İmam Hasan məscidi
İmam Hasan məscidi — İranın khorasan ostanın mərkəzi mashhad şəhərində tarixi məscid.
Mohammed Hussein Hasan Zaroug
Mohammed Hussein Hasan Zaroug — Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Cucumis melo var. hasanbey
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Elman Hasanov
Elman Mehman oğlu Həsənov (28 fevral 1993, Qızılhacılı, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elman Həsənov 28 fevral 1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elman Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həmin döyüşlər gedişatında 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qarşı tərəfin atdığı artilleriya mərmisi nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hasankeyf
Hasankeyf və ya Həsənkef — Batman ilində bir ilçədir. İlçənin tarixi, 10.000 il əvvələ qədər gedib çıxmaqdadır. 1981-ci ildə Türkiyə tərəfindən təbii mühafizə sahəsi elan edilmişdir.
Hasankeyf əmirliyi
Həsənkef əmirliyi (kürd. Mîrektiya Melîkan) — Əyyubilər dövlətinin 1260-cı ildə süquta uğramasından sonra müstəqil olan əmirlik. == Tarixi == Əmirlik Əyyubilər dövlətinin 1260-cı ildə süquta uğramasından sonra müstəqil olmuşdur. Dövlətin hökmdarlığı özünü Əyyubilər dövlətinin son qalığı hesab edirdi. Əmirliyin adı Mesopotamiyada yerləşən ən böyük Həsənkef şəhərinin adı ilə bağlıdır. Əmirliyə Bitlis mahalının cənubi-qərbində yerləşən Siirt, Bitlisin qərbində yerləşən Arzan mahalları və Diyarbəkirə yaxın Beşiri əyaləti daxil olmuşdur. Yerli kürd sülalələrindən olan maliklər əmirliyi XIV əsrdən idarə etməyə başlamışdılar. Maliklərdən olan Xəlil bəyin hökmdarlığı dövründə əmirlik XVI əsrin əvvəllərində tam müstəqil şəraitdə hökm sürmüşdür.
Hasanlı
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hasanxocalı
Hasanxocalı, Həsənxocalı — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. == Coğrafi mövqeyi == Hasanxocalı kəndi Maşaver çayının sol sahilində, Marneuli-Bolinisi şose yolunun kənarında, rayon mərkəzindən 13 km gündoğar səmtdə, dəniz səviyyəsindən 430 m hündürlükdə yerləşir. == Əhalisi == 1803-cü ildə 22 ailədə 76 nəfər, 1870-ci ildə 21 ailədə 141 nəfər, 1918-ci ildə 180 nəfər, 2002-ci ildə 264 ailədə 846 nəfər, 2006-cı ildə 258 ailədə 794 nəfər.
Nela Hasanbegoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Hasanbeqoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Pseudophoxinus hasani
Pseudophoxinus hasani (lat. Pseudophoxinus hasani) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.04 dəfə / 1 mln.
2003 ••••• 1.97
2004 0.34
2005 •• 0.67
2006 •••• 1.58
2007 •••• 1.69
2008 ••••• 2.19
2009 •••••••••• 4.64
2010 •••••••• 3.63
2011 ••••••• 3.17
2012 •••••• 2.75
2013 •••••••••••••••••••• 9.48
2014 •••••••••••• 5.49
2015 •••••••• 3.40
2016 •••• 1.56
2017 •••••• 2.60
2018 ••• 1.05
2019 ••••• 2.36
2020 ••• 1.06

"hasan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hasan nədir? #hasan sözünün mənası #hasan nə deməkdir? #hasan sözünün izahı #hasan sözünün yazılışı #hasan necə yazılır? #hasan sözünün düzgün yazılışı #hasan leksik mənası #hasan sözünün sinonimi #hasan sözünün yaxın mənalı sözlər #hasan sözünün əks mənası #hasan sözünün etimologiyası #hasan sözünün orfoqrafiyası #hasan rusca #hasan inglisça #hasan fransızca #hasan sözünün istifadəsi #sözlük