* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. dan. Kömək, köməkçi, arxa, himayəçi, havadar. Tellinin fikrinə gəldi ki, gedib Əcəb xalanı özünə hayan çağırsın. S.Hüseyn. Gəhi rəqibə salır meylini, gah aşiqinə; Hayan gəlir – əsir ol bivəfa, külək kimidir. Ə.Vahid. □ Hayan olmaq (durmaq) – müdafiə etmək, arxa durmaq, havadarlıq etmək, himayə etmək, himayəçilik etmək. [Xəlil Çimnaza:] …İndi gərək biz bir-birimizə hayan olaq. M.Hüseyn. [Reyhan Əzizə:] Gərək sən [Azərdən] ayrılmayaydın, yaxında qalıb ona hayan olaydın. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / hayan2 əvəz. Hansı tərəf, hara, hansı səmt. [Sultan bəy:] Mərdimazar oğlu mərdimazar, hayandan gəldi isə bütün işi korladı. Ü.Hacıbəyov. Namusu, qeyrəti hayana atdın; Düz çıxmadın etibara, gəlmədin. Aşıq Şəmşir.
Azərbaycan dilinin izahlı lüğəti / hayan1 Hansı yan ifadəsindən əmələ gəlib (xatırla; hayana,ceyran?). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / hayan1 сущ. разг. поддержка (тот, кто является опорой, помощью где-л., в чем-л.). Hayan olmaq (hayan durmaq) быть поддержкой кому-л.
Azərbaycanca-rusca lüğət / hayan2 сущ. рах. куьмек, куьмекзавайди, хуьзвайди, куьмекчи, далу, арха, гьавар; hayan olmaq (durmaq) далудихъ акъвазун, нафакьадиз къачун, куьмекун, хуьн.
Azərbaycanca-ləzgicə lüğəti / hayan