Haya sözü azərbaycan dilində

Haya

Yazılış

  • Haya • 92.2652%
  • haya • 6.6298%
  • HAYA • 1.1050%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. == Həyatı == Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. == İstinadlar == == Xarici keçidlər == Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
El Hayat TV
"El Hayat TV" (ərəb. «قناة الحياة»‎) — Ərəb dilində yayımlanan Əlcəzair özəl telekanalı. Telekanal Şimali Afrikada, Qərbi Asiyada, Avropada və Mərkəzi Asiyada yayımlanır. == Tarixi == Telekanal Epcom PLUS nəşriyyat şirkətinin prezidenti Hannaşi Habet tərəfindən 16 May 2018-ci ildə Ramazan ayında Əlcəzair şəhərində təsis edilmişdir.
Fumiko Hayaşi
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. == Həyatı == 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Fumiko Hayaşi (yazıçı)

Hayad
Hayad — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Hayad kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Hayad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Ayad variantında da qeydə alınmışdır. Keçmış adı Axmaxlı olmuşdur. Bu ad axmaxlı nəslinin adı ilə bağlı idi. Ayalılar isə elmi ədəbiyyatda tatarların tərkib hissəsi kimi göstərilir.
Hayao Miyazaki
Hayao Miyazaki (yap. 宮﨑 駿 Miyazaki Hayao; 5 yanvar 1941[…], Bunkyo, Tokio) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir. Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin aydan başqa səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" (ing.
Hayar Alxaldi
Hayar Alxaldi (17 mart 1995) — Bəhreynli sprinter. Hayar Alxaldi Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hayar Alxaldi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.59 saniyəlik nəticə ilə 1-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Hayasa Azzi
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. === III. Tudhaliyanın hakimiyyətindən əvvəl (е.ə. 1500–1340-cı illər) === 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər.
Hayat Rüya Gibi (Göksel albomu)
Hayat Rüya Gibi – Göksel-in 2010-cu ildə çıxardığı albomdur.
Hayat bayram olsa
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.
Hayat bayram olsa (dəqiqləşdirmə)
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.
Hayat bayram olsa (mahnı)
Hayat bayram olsa (azərb. Həyat bayram olsa‎) – məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri == Tarixi == "Hayat bayram olsa" ilk dəfə 1972-ci ildə "Hayat Bayram Olsa/Nen Var Canım Kardeşim?" adlı albomda yer almışdır. Həmin il mahnı Türkiyədə ilin mahnısı seçilmişdir. Mahnını ifa edən müğənni Şənay isə ikinci dəfə ilin müğənnisi seçildi. Həmçinin o, sonradan "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne" və "Sessiz Bir Yer" kimi hitlərdən ibarət yeni bir 45-lik albom hazırlayır. Mahnı 1 noyabr 1973-cü ildə Türkiyə istehsalı eyniadlı "Hayat bayram olsa" filmində təqdim olunmuşdur. 1990-cı illərdə Emel Müftüoğlunun da albomunda bu mahnı yer almışdır. Hazırda isə Türkiyədə bütün bayramlarda çalınır. == Müəllifləri == "Hayat bayram olsa" 1972-ci ildə bəstələnmişdir. Musiqisinin müəllifi Türkiyəli bəstəkar Şerif Yüzbaşıoğlu olmuşdur.
Hayat ona güzel (mahnı)
Kentaro Hayaşi
Kentaro Hayaşi (d. 29 avqust 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ronela Hayati
Ronela Hayati (2 sentyabr 1989, Tirana) — Alban müğənni. eyni zamanda Ronela kimi də tanınır, alban müğənnisi, bəstəkarı və rəqqasıdır. Tiranada doğulub boya-başa çatıb o, musiqi karyerasına başlamazdan əvvəl uşaq ikən müxtəlif mahnı və rəqs müsabiqələrində çıxış etməyə başlayıb. Hayati musiqi, üslub və tərcümədə çox yönlü olması ilə seçilir. 2021-ci ildə Festivali i Kengës-in 60-cı buraxılışını qazandıqdan sonra o, 2022-ci ildə Eurovision Mahnı Müsabiqəsi üçün Albaniya təmsilçisi təyin edilib.
Rubus hayata-koidzumii
Rubus hayata-koidzumii (lat. Rubus hayata-koidzumii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Salvia hayatae
Salvia hayatae (lat. Salvia hayatae) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Sayo Hayakava
Saya Hayakava (早川 沙世, 23 may 1983, Fukuoka prefekturası) – Yaponiya modeli. "Koakuma Ageha" kyabare-qyaru dəb jurnalının əsas modeli olması ilə tanınır. Hayakava keçmişdə kyabare hostessi kimi məşhurlaşmışdır. 2010-cu ildə gecə işlərindən ayrılandan sonra "Koakuma Ageha" jurnalında işləməyə davam etmiş və dəb dizayneri kimi işləməyə başlamışdır. 2011-ci ildə "Koakuma Ageha" jurnalındakı işini tərk etmiş, bacı jurnal olan "Ane Ageha" jurnalının əsas modeli olmuşdur. 2011-ci ildə "SDN48" qız musiqi qrupunun üzvü olmuşdur, lakin qrupdakı fəaliyyəti çox qısa çəkmişdir. 23 may 1983-cü ildə Yaponiyanın Fukuoka şəhərində anadan olmuşdur. Valideynləri boşanmış və anası tərəfindən böyüdülmüşdür. Fukuokada yerləşən bir hostess barda model kimi işləməyə başlamışdır. 2004-cü ildə Tokioya köçmüş və burada model kimi işləməyə davam etmişdir.
Hayasui
Hayasui boğazı (yap. 速吸瀬戸) — Şikoku və Kyuşu adaları arasındakı boğaz. Daxili Yapon dənizinin İyo-Nada hissəsini və Bunqo boğazını birləşdirir. Boğazın eni təqribən 16 km, dərinliyi 300-400 m-dir. Boğaz şərqdə eyniadlı yarımadada Sadamisaki burnu və qərbdə Seki və ya Jizo arasında yerləşir. Boğazda Takaşima və Uşijima adaları yerləşir. Boğazdakı qabarma-çəkilmə cərəyanları 6 düyün sürətinə çata bilir. Sahəsi 160 km² olan boğazın suları ekoloji və ya bioloji cəhətdən əhəmiyyətli dəniz zonası hesab olunur və yüksək biomüxtəlifliyə malik olması ilə xarakterizə olunur. Xüsusilə Yapon stavridası və qılınc balığı seçilir. == İstinadlar == == Mənbə == "豊予海峡の概要".
Hayasa
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. === III. Tudhaliyanın hakimiyyətindən əvvəl (е.ə. 1500–1340-cı illər) === 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər.
Komao Hayaşi
Komao Hayaşi (林 駒夫, Hayaşi Komao, 22 sentyabr 1936, Kamiqyo[d] – 15 may 2024) – Yaponiya kukla sənətçisi. == Həyatı == Komao Hayaşi 1936-cı ildə Yaponiyanın Kioto prefekturasının Kamiqyo rayonunda doğulmuşdur. 1955-ci ildə Kioto Suzaku liseyindən məzun olduqdan sonra XIII Kamiqyo kukla ustası Menşonun şagirdi olmuşdur. 1995-ci ildə Kioto prefekturası tərəfindən qeyri-maddi mədəni mülk elan olunmuşdur. Pavlovniya tozuna yapışqan əlavə edib yoğuraraq və quruduqdan sonra rəngləyərək hazırladığı Toso kuklalarına görə tanınmış, bu səbəbdən də 2002-ci ildə yaşayan milli xəzinə adına layiq görülmüşdür. 15 may 2024-cü ildə 87 yaşında ölmüşdür. == Mükafatları == 1960-cı illərdən etibarən Yaponiya Ənənəvi Sənət İşləri Sərgisinin mükafatları daxil olmaqla bir çox mükafata layiq görülmüşdür. 1973-cü ildə keçirilmiş sərgidə Yaponiya Sənət İşləri Assosiasiyasının Prezident mükafatını qazanmışdır. 2001-ci ildə Kioto Mədəniyyət Mükafatının Nailiyyət kateqoriyasının qalibi olmuşdur. 2004-cü ildə "Bənövşəyi lent" medalı, 2009-cu ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.
Qardaş olub Hayastan–Azərbaycan
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Hayaşi Tomonao
Hayaşi Şihey (林子平, 6 avqust 1738, Edo[d] – 28 iyul 1793, Senday) və ya əsl adı ilə Hayaşi Tomonao (林友直) – Edo dövründə yaşamış Yaponiya hərbi mütəxəssisi. Milli müdafiəni gücləndirmək və Rusiyaya qarşı hazırlıqlı olmaq barədə əsərlər yazmışdır. Rokumusay təxəllüsü ilə tanınmışdır. == Həyatı == Hayaşi Şihey 1738-ci ildə Edo şəhərində doğulmuşdur. 1757-ci ildə Senday hanına – böyük qardaşının Date klanına qulluq etdiyi yerə köçmüşdür. 1767-ci ildən etibarən bir neçə dəfə Edoya gedərək təhsillə məşğul olmuşdur. O, Senday hanına təhsil islahatları və məhsuldarlığı artırmaq üsulları haqqında memoriallar təqdim etmişdir. 1775-ci ildən etibarən üç dəfə Naqasakiyə səyahət etmiş və burada Qərb elmləri ilə maraqlanmışdır. Hayaşi Naqasakidə yaşayan holland tacirlərdən rusların cənuba doğru hərəkət etdiyini eşitdikdən sonra milli müdafiəni gücləndirməyin vacib olduğunu düşünmüşdür. Bu məqsədlə coğrafiya və hərb oxumağa başlamışdır.
Hayaşi Şihey

"haya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haya nədir? #haya sözünün mənası #haya nə deməkdir? #haya sözünün izahı #haya sözünün yazılışı #haya necə yazılır? #haya sözünün düzgün yazılışı #haya leksik mənası #haya sözünün sinonimi #haya sözünün yaxın mənalı sözlər #haya sözünün əks mənası #haya sözünün etimologiyası #haya sözünün orfoqrafiyası #haya rusca #haya inglisça #haya fransızca #haya sözünün istifadəsi #sözlük