Kaya sözü azərbaycan dilində

Kaya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kaya • 99.0323%
  • kaya • 0.6452%
  • KAYA • 0.3226%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ahmet Kaya
Əhməd Qaya (türk. Ahmet Kaya; 28 oktyabr 1957, Malatya – 16 noyabr 2000, Paris) — türk sənətçi. == Hayatı == Əhməd Qaya 1957-ci ildə Malatyada kürd əsilli ailənin beşinci uşağı olaraq dünyaya gəlib. Əslən Adıyamanlıdır. İlk evliliyindən Çiğdəm, ikinci evliliyindən isə Melis adlı 2 qızı var. == Ölümü == 11 noyabr 2000-ci ildə Parisdə infakt nəticəsində dünyasını dəyişmişdir.
Hazal Kaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Kaya (Micikenda)
Kaya (cəmdə Makaya və ya kayas) — Keniyanın sahil vilayətində qədim Micikenda xalqının müqəddəs meşələri. Kaya meşəsi ritual gücün və mədəni şəxsiyyətin mənbəyi hesab olunur; və həmçinin bu etnik qrupun üzvləri üçün dua yeridir. Yaşayış məntəqəsi, ritual mərkəz və meşə ilə əlaqəli möhkəmləndirilmiş korpus da kaya meşəsinin bir hissəsidir. Günümüzdə kaya Micikanda xalqının ənənəvi bir təşkilat vahidi olaraq da xatırlanır. Təxminən 30 ayrı meşənin on biri bir yerə qruplaşdırılmış və Müqəddəs Micikenda Kaya Meşələri olaraq UNECKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Coğrafiya == Keniyada 50-dən çox kaya müəyyən edilmişdir. Onların hər biri 30 ilə 300 hektar arasında ölçülmüşdür. Bu ərazilər Keniyanın cənub sahili boyu yerləşən düzənliklərdə, Mombasa və Kilifi şəhərləri arasındakı 200 kilometr (120 mil) sahil xəttinə səpələnmişdir. Əksər kaya-lara ziyarətçilərin girməsinə icazə verilməsə də, Diani Çimərliyindəki 30 hektarlıq meşə olan Kaya Kinondoya ziyarətçilərin girməsi mümkündür və buna görə də Kaya Kinondo Ekoturizm Layihəsinin himayəsi altındadır. == Tarix == Bir çox kaya əvvəlcə müxtəlif etnik qrupların istehkam tipli kəndləri idi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Kaya ayıcası
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.
Kaya Şkrjek
Kaya Şkrjek (d. 12 noyabr 1998) — Polşalı suya tullanan. Kaya Şkrjek Polşanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kaya Şkrjek birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 210.25 xal toplayaraq 25-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Şükrü Kaya
Şükrü Kaya (9 mart 1883 – 10 yanvar 1959, İstanbul) — Türk ədibi, görkəmli siyasi xadim. == Həyatı == İstanbulun işğalından sonra Maltaya sürgün edilmiş, sürgündən qaçaraq bir müddət İtaliya və Almaniyada yaşamışdır. Türkiyəyə döndükdən sonra yüksək dövlət vəzifələrində çalışmış, daha çox bədii tərcümə fəaliyyəti ilə məşğul olmuşdur.
Fahri Kaya
Fahri Kaya (15 iyun 1930, Kumanovo – 24 mart 2020) — Yazıçı, jurnalist, içtimai-siyasi xadim, dövlət adamı. == Həyatı == Fahri Kaya 1930-cu ilin iyun 15-də Balkan Türklərindən Mustafa Əfəndinin ailəsində dünyaya gəlib. Mustafa Əfəndi Kumanova kəndində Türkcə "İşıq" adlı ibtidai məktəbi açmış və iki il həmin məktəbə müdirlik etmişdi. Fahri kiçik yaşlarında Muqəddəs Xocanın açdığı məktəbə Quran oxumağı və islamın ilk təməllərini öyrənib.Fahri 1950-ci ildə Üsküp Unversitetinin filologiya fakültəsinə qəbul olunsa da təhsilini Belqrad Unversitetinin Filologiya Fakültəsinin Şərqşünaslıq şöbəsində davam etdirib. Buradakı Ədəbiyatçılar Kulübüna üzv olub. İçtimai fəallığını nəzərə alaraq onu Filologiya Fakültəsinin Tələbələr Birliyinə sədr seçiblər. Fahri Kaya birinci şeirlər kitabını "İlk adımlar’’ adlandırıb. Bu kitab, İkinci Dünya Savaşından sonra Yuqoslaviyada Türk dilində uşaqlar üçün yazılmış və çap olunmuş ilk kitab olub. Müəllifin "Köyden sesler’’ (1958), "Hoşça kalın" (1965) ve "Çocuk rüyaları" (1991) şeir kitabları uşaqların dünygörüşünün formalaşmasına, onların estetik tərbiyəsinə nə dərəcədə təsir göstəribsə, "Güle güle" (1978) və "Küçük hanım" (1997) və b. heykayələr kitabları da dillərini zənginləşməsinə, vətənsevər və hümanist ruhda böyümələrinə bir o qədər təsir göstərib.
Semih Kaya
Semih Kaya (24 fevral 1991, Berqama, İzmir ili) — keçmiş türkiyəli futbolçu.12 avqust 2022-ci ildə karyerasını başa vurduğunu açıqladı. == Klub karyerası == === Erkən illər === Babası İzmir'ə Makedoniya'dan gəlmiş və iki uşaq olan ailənin üçüncü uşağı olaraq 24 fevral 1991-ci ildə doğulub. Kaya, atasının da keçmiş qapıçı olması səbəbindən kiçik yaşlarından futbola maraq göstərdi. 10 yaşına qədər məhlə futbolu oynayan Semih, 2001-ci ildə keçmiş qapıçı Rıfat Boza'nın məşqçilik etdiyi Petkimspor'da futbola ilk addımlarını atdı. Qardaşının sınaq üçün göndərilməsinə baxmayaraq Boza'nın ailənin kiçik uşağı olan Semih'i bəyənməsinə görə həmin klubda futbola başlayan Semih bir il bu klubda oynadı və daha sonra digər klublar tərəfindən diqqət çəkdi. Semih 2002-ci ildə "Halvacıspor"a transfer olundu. Burada da bəyənilən Semih 1 mövsümdən sonra əvvəllər Mustafa Dənizli kimi adları yetişdirən İzmirin ən böyük klublarından biri olan "Altay" a transfer olundu. Futbola sağ qanad'da başlayan Semih sonra sağ cinah'a keçdi bu komandada isə mərkəz müdafiəçisi kimi çıxış etdi. 2 mövsüm bu komandanın ulduz komandasında çıxış edən Semih, 2006-cı ildə Burhaniyedə keçirilən turnirdə Emre Çolak və Cem Sultan kimi oyunçuların yer aldığı Qalatasaray'a qarşı sərt oyunu ilə Qalatasaray'dan Rəcəb Yazıcı və Ahmet Keskinkılıçın diqqətini çəkmişdi. Daha sonra Qalatasaray akademiyasına keçdi.
Cahit Kayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Kayahan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. == Karyerası == Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kayak.com
Kayak.com (bəzən KAYAK) - The Priceline Group şirkətinə aid gediş haqqı toplayıcı və səyahət meta axtarış sistemidir. 18 dildə xidmət göstərir. Kayak.com həmçinin checkfelix və swoodoo adlı axtarış sisteminin də sahibidir. Əvvəllər müstəqil şirkət olan KAYAK Software Corporation 21 may 2013-cü ildə The Priceline Group tərəfindən satın alınıb. == Tarixi == === Qurulması === KAYAK Stiv Hafner və Pol İnqliş tərəfindən 2004-cü ildə qurulmuşdur. KAYAK-ın indiki baş icraçı direktoru Stiv Hafner 1991-ci ilin noyabrında Orbitzin qurulmasında kömək etmiş və biznesin inkişafı, reklam satış, marketinq və məhsul marketinqi fəaliyyətinə rəhbərlik etmişdir. Şirkət 2004-cü ildə DelaverdəTravel Search Company, Inc adı ilə qeydiyyatdan keçmişdir. 2004-cü il avqust ayında Kayak Software Corporation, 2011-ci ildə isə KAYAK Software Corporation adını almışdır. === ABŞ-da inkişafı === 2007-ci ilin dekabr ayında General Catalyst Partners, Sequoia Capital, Accel Partners, and Oak Investment Partners şirkətlərinin də daxil olduğu sərmayəçilər qrupundan 196 milyon ABŞ dolları vəsait alan KAYAK SideStep adlı səyahət saytını satın aldı.5 mart 2010-cu ildə KAYAK www.travelpost.com saytının aktivlərini və özünün səyahət məlumat biznesini The New Travelco, Inc. şirkətinə satdı.
Kayama
Kayama adası (yap. 嘉弥真島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. 500 ilə 1000 arasında olan dovşan populyasiyası ilə tanınır. Turizm agentlikləri adaya turlar təklif edirlər. == Coğrafiyası == Adanın maksimal hündürlüyü 31 m. İriomote adasından qərbdə, Kohamadan şimal-şərqdə yerləşir.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kayanlar
Kayanlar — Cənub-Şərqi Asiyada yaşıyan bir xalq. Burma və Taylandda yaşamaqdadırlar. Kayanlar, Karenni olaraq da bilinən Qırmızı Karen xalqının bir alt qoludur. Tibet-Burma etnik mənşəyinə sahibdirlər. 90-cı illərin sonunda Myanmarda yaşanan qarışıqlıq sonrası çox sayda Kayan qəbiləsi Tayland sərhədini keçərək, Taylandın Mae Hong Son bölgəsinə yerləşmişdir. Dünyanın ən uzun boyunlu qadınları ünvanını daşıyan Padaunglar isə Red Karen (Karenni) Qəbiləsinin bir alt qrupudur. Şan dilində uzun boyun mənasını gələn Padaunglar eyni zamanda Zürafə Qızlar olaraq da bilinməkdədir. Bir Padaung qadını həyatı boyunca ortalama 20 halqa taxır. Təxminən 10-12 kiloqram ağırlığı tapan bu ağır düyü halqalar zamanla çiyinləri aşağı basdıraraq bədənin şəklini pozaraq boynu uzatmaqdadır. Hələ 5-6 yaşlarındaykən uşaqların boyunlarına halqalar ilişməyə başlanmaqdadır və hər il halqaların sayı artırılmaqdadır.
Kayanus
Kayanus (lat. Cajanus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Atylosia Wight & Arn. Cantharospermum Wight & Arn. Endomallus Gagnep.
Kayasula
Kayasula — Rusiyanın Stavropol Vilayəti, Neftekum rayonu ərazisinə daxil olan kənd. == Etimologiya == Kayasula sözü türk dilindən tərcümədə «„qoyunun suvarılan yeri“ („koy“ — qoyun, və „sula“ — su) , „sulu qaya“ („kaya“ — qaya, „sula“ — su) və ya „koy asıll“ — „səsli qoyun“» mənasını verir. Digər versiyaya görə isə kəndin adı zəngin bir türkmən olan Koy Asullanın adı ilə bağlıdır. Aulu onun saldığı ehtimal edilir. Tarixdə Kayasulu, Koyasulu adları ilə toponimlərə rastlanılır. == Coğrafiya == Kənd Noqay çölünün qərbində, Stavropol diyarının cənub-şərqində yerləşir. Kayasuladan cənub-qərbdə Zunkar gölü yerləşir. Stavropoldan olan məsafə: 311 km. Neftekumskdan olan məsafə: 67 km. == Tarixi == Yaşayış məntəqəsi 1909-cu ildə, noqay aularının qışlama ərazisində meydana gəlmişdir.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Pocco a Kayano
Pocco a Kayano (it. Poggio a Caiano) — İtaliyanın Toskana regionunda şəhər.
Kayanberd
Kayanberd (erm. Կայանբերդ) və ya Dsevəng (erm. Դսեվանք) — Ermənistanın Loru mərzində tarixi qala və Erməni Apostol Kilsəsinə tabe olmuş keçmiş monastır. == Xüsusiyyətləri == Kayanberd Ağpat və Sanain monastırları arasında yerləşir. Kayanberd strateji cəhətdən Tona çayının üstündəki iki kanyon arasında silsilənin kənarında tikilmişdir.Qalanın tikintisinin dəqiq ili məlum deyil. Bəzi alimlər onun II Aşot Yerkatın hakimiyyəti dövründə, X əsrdə tikilmiş ola biləcəyini ehtimal edirlər. Qala əsasən xarabalıq halındadır. Divar halqası üçbucaqlı sahə ilə əhatə olunmuş və yarımdairəvi müdafiə qüllələri ilə təmin edilmişdir. Ərazinin içərisində Dsevəng Müqəddəs Tanrı Ana kilsəsi salamat qalmışdır. Kilsə qara tufdan tikilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.36 dəfə / 1 mln.
2003 •••••••••••• 3.94
2004 ••• 0.67
2005 ••••••••• 2.70
2006 •••••• 1.80
2007 •••••• 1.90
2008 •••• 1.22
2009 •••• 1.12
2010 •••••••••• 3.18
2011 •••••••• 2.57
2012 •••••••••••• 3.87
2013 •••••••••••••••••••• 6.71
2014 •••••••••••• 3.78
2015 ••• 0.68
2016 •••• 1.21
2017 •••••• 1.79
2018 ••••••• 2.10
2019 •• 0.56
2020 •• 0.53

kaya sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qazax) qoyun-quzunun qışda saxlandığı yer

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kaya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kaya nədir? #kaya sözünün mənası #kaya nə deməkdir? #kaya sözünün izahı #kaya sözünün yazılışı #kaya necə yazılır? #kaya sözünün düzgün yazılışı #kaya leksik mənası #kaya sözünün sinonimi #kaya sözünün yaxın mənalı sözlər #kaya sözünün əks mənası #kaya sözünün etimologiyası #kaya sözünün orfoqrafiyası #kaya rusca #kaya inglisça #kaya fransızca #kaya sözünün istifadəsi #sözlük