Kamal sözü azərbaycan dilində

Kamal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kamal • 98.7919%
  • kamal • 0.9555%
  • KAMAL • 0.2527%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 45.11 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 102.78
2003 ••••••••••••••• 72.83
2004 •••••••••••• 60.64
2005 •••••••••••• 61.41
2006 ••••••••••• 56.08
2007 •••••••••••• 58.57
2008 •••••••••• 48.24
2009 ••••••••• 42.40
2010 •••••••••• 50.02
2011 ••••••••• 43.67
2012 •••••••• 40.44
2013 ••••••••• 45.95
2014 •••••••••• 47.19
2015 •••••••• 39.47
2016 •••••••• 37.14
2017 ••••••••• 41.30
2018 ••••••• 31.01
2019 •••••••••••• 57.17
2020 ••••• 24.40

kamal sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Kamillik, yetkinlik. 2. Elm, ürfan, fəzilət. [Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axundzadə. Ana gərək övladına kamal işığını bağışlasın. C.Məmmədquluzadə. □ Kamala çatmaq (yetmək, yetişmək) – yetkinləşmək, yetkinlik dövrünə çatmaq; kamilləşmək, təkmilləşmək. Bədəsillər çətin yetər kamala; Əgər ki, oxuya üzündən məni. Q.Zakir. Bəlkə də yetməmiş dünya kamala; Bəlkə də görməyir bu dəhşətləri. S.Vurğun. [Əliş Gülcamala:] Sonra da Gəncədə məktəbə getdik; Bir yerdə oxuyub kamala yetdik. Z.Xəlil. // Nöqsansızlıq, mükəmməllik, tamamlıq, bitkinlik. Kamala yetirmək – yetişdirmək, dərs vermək, yetkinləşdirmək. Vaqif kimi molladan dərs almısan; Gər yetirsin səni kamalə, Yetər. M.P.Vaqif. 3. Ağıl, zəka, dərrakə. Kamil insan kamalından bəlli olar. (Ata. sözü). Ələsgər söyləyə söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin; Hamı bir ağızdan deyə “afərin!” Aşıq Ələsgər. □ Kamal sahibi – ağıllı, dərrakəli (adam). Gün kimi neməti-xubluqda kamal sahibidir. M.P.Vaqif. Kamalı (kamaldan) azmaq – ağlını itirmək, dəli olmaq. Mahitəmamə eylədi nisbət camalını; Nöqsanı var ki, Seyyid azıbdır kəmaldən. S.Ə.Şirvani. // İnsan ömrünün yetkinlik dövrü. 4. İzafət tərkiblərində: qoşulduğu sözə bitkinlik, tamlıq, mükəmməllik mənası verir; məs.: kamali-ehtiramla (tam ehtiramla, artıq ehtiramla), kamali-ləzzətlə (böyük ləzzətlə), kamali-diqqətlə (tam diqqətlə, böyük diqqətlə). – …Əgər bəzi şəxslərə həmin məsələ [papaq məsələsi] əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kamali-cürətlə deyə bilərik… C.Məmmədquluzadə. [Səlim] kamali-etidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn. …Kamali-ehtiramla [Hacı Qambay və Məşədi Heybətə] salam verdim. Qantəmir. ◊ Kamal attestatı – tam orta məktəbi qurtarmaq haqqında attestat.

    Azərbaycan dilinin izahlı lüğəti

kamal sözünün sinonimləri (yaxın mənalı sözlər)

kamal sözünün rus dilinə tərcüməsi

  • 1 ум, разум, благоразумие, зрелость, совершенство

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. зрелость (высокая степень развития, совершенство) 2. наука (навыки, знания, получаемые человеком в результате обучения или жизненного опыта) 3. ум, разум, благоразумие, рассудок. İnsan kamalından tanınar человек узнается по уму, разуму; qocalıq kamalın yetkinliyidir старость – зрелость разума, kamala çatmaq (yetmək, yetişmək) достигнуть, достичь зрелости, совершенства, kamala yetirmək: 1) закончить, завершить что-л. 2) воспитать, обучить, довести кого-л. до зрелости ◊ kamal sahibi ума палата, kamal attestatı аттестат зрелости

    Azərbaycanca-rusca lüğət

kamal sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (əqli yetkinlik) mental maturity; perfection; 2. (ağıl, zəka) mind, intelligence, intellect, wisdom, sense, wit; ~ sahibi man of sense / wisdom; a clever / intelligent man; ~a yetirmək: 1) to perfect (d.) (in), to bring* to perfection (d.); 2) (tamamlamaq, başa çatdırmaq) to complete (d.); ~a yetmək / yetişmək / çatmaq to attain / to achieve perfection, to perfect oneself (in); to gain mental maturity

    Azərbaycanca-ingiliscə lüğət

kamal sözünün fransız dilinə tərcüməsi

  • 1 is. mentalité f ; perfectionnement m ; intelligence f, intellect m, esprit m ; ~ sahibi une forte intelligence, un homme d’esprit

    Azərbaycanca-fransızca lüğət

kamal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. камал (1. камилвал, агакьун; 2. илим; тамамвал, бегьемвал, рехне квачирвал, нукьсансузвал; kamala çatmaq (yetmək, yetişmək) камалдихъ агакьун, камил хьун, агакьун; kamala yetirmək камалдихъ агакьарун, хвена чӀехи авун, тарс гун, агакьарун; 3. акьул, фагьум, мукьуф; kamal sahibi акьулдин иеси, акьуллу (кас); kamalı azmaq акьул квахьун, дили хьун); ** kamal attestatı камал аттестат, юкьван школа куьтягьунин гьакъиндай аттестат.

    Azərbaycanca-ləzgicə lüğəti

kamal sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

i əvvəl \ – özünü təzahürlərində reallaşdıran öz, maddəyə forma verən, imkanı gerçəyə çevirən təsirli ideya.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

yetkinlik, kamillik.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"kamal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kamal nədir? #kamal sözünün mənası #kamal nə deməkdir? #kamal sözünün izahı #kamal sözünün yazılışı #kamal necə yazılır? #kamal sözünün düzgün yazılışı #kamal leksik mənası #kamal sözünün sinonimi #kamal sözünün yaxın mənalı sözlər #kamal sözünün əks mənası #kamal sözünün etimologiyası #kamal sözünün orfoqrafiyası #kamal rusca #kamal inglisça #kamal fransızca #kamal sözünün istifadəsi #sözlük