* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. bax kamança. Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eyləyir öz dünyasından. S.Vurğun. Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstəm. Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Səfərli. 2. Oxatan yay. Ox atılır, sanki kaman səslənir; Saheyi-meydanda vurur tək səbir. M.Ə.Sabir. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxarıb, xurma ağacları içərisinə yüyürdülər. Ə.Məmmədxanlı. ◊ Kaman kimi əyilmək məc. – beli əyilmək (bükülmək), ikiqat olmaq. Kaman kimi (tək) əymək məc. – belini əymək. Eləmi deyər məni; Yadlara deyər məni; Ayrılıq uzun olsa; Kamantək əyər məni. (Bayatı). Kamana dönmək – bax kaman kimi əyilmək. Əziziyəm çəkməkdən; Qəlyan alıb çəkməkdən; Qəddim kamana döndü; Qürbət dərdi çəkməkdən. (Bayatı). Qaşı kaman şair. – bax kamanqaş(lı). Qaşları kaman, ay qız; Apardın iman, ay qız; Dedim, hara gedirsən? Oldun bədgüman, ay qız! (Bayatı). Müjganların oxdu, qaşların kaman; Gözlərin qəsd edər cana, Gülpəri! Aşıq Ələsgər. [Sultan bəy:] Aman, aman, oy, qaşı kaman, oy! Gəl alım, maralım, dilbilməz! Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / kaman2 ox atmaq üçün istifadə olunan kaman; musiqi aləti.
Azərbaycan kişi adlarının izahlı lüğəti / kaman3 fars. kəman Oxatan yay. (“Koroğlu” dastanının lüğəti) Qaşların kamandır, kirpiyin almaz, Hər yandan oxlasan, yaram sağalmaz. Gedər bu gözəllik sənə də qalmaz, Əgər sərxoşmusan ayıl, Eyvazxan!.. (Əndəlib Qaracadaği Şeirlər məcmuəsi)
Azərbaycan dastanlarının leksikası / kaman1 Farscadır, “yay” (“yay-ox” deyirik) deməkdir (qövsvarı olur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kaman1 1. KAMAN Ürkmüsən ovçudan, tuta bilmirəm; Qorxma, yoxdu eldə kaman, yaxın gəl (Molla Cümə); KAMANƏ (yalnız kamança yayı) Əli – kəmanədir, Kəmanə – Əli; Çalır kamançanı kamana özü (Ə.Kərim); YAY Bir-birini qılınclayan kim, atla yel yetməz yel kimi keçib çomağı düşmənin təpəsindən endirən kim, yayı çəkib oxu tuşlayan kim, kəmənd atıb çaparı yəhərindən dəbərdən kim... (Anar); QÖVS, ZƏNBƏRƏK (köhn.). 2. kaman bax kamança
Azərbaycan dilinin sinonimlər lüğəti / kaman2 сущ. 1. см. kamança 2. лук (ручное оружие для метания стрел в виде дуги, стянутой тетивой); qaşı kaman поэт. с изогнутыми, как дуга, бровями (о девушке) ◊ kaman kimi əyilmək согнуться в дугу, в три дуги; kaman kimi əymək согнуть в дугу, в три дуги; kamana dönmək см. kaman kimi əyilmək
Azərbaycanca-rusca lüğət / kaman1 I. i. bax kamança II. i. bow; ~ yayı bow-string; qaşı ~ bax kamanqaş; ~ın yayını dartmaq to draw* / to bend* a bow; ~ kimi əyilmək to bend* as a bow; to stoop (with); O, qocalıqdan kaman kimi əyilir He is stooping with old age; ~ kimi / tək əymək to stoop / to bend* down (d.); ~a dönmək to bend* as a bow
Azərbaycanca-ingiliscə lüğət / kaman1 is. archet m ; ~ yayı corde f d’archet ; ~ın yayını dartmaq tendre la corde d’archet ; ~ kimi əyilmək courber (se) comme un archet
Azərbaycanca-fransızca lüğət / kaman1 [fars.] сущ. 1. кил. kamança; 2. чӀемерук, къентераг; ** kaman kimi əyilmək пер. чӀемерук хьиз хьун, юкь алгъун, кьвекъат хьун; kaman kimi (tək) əymək пер. чӀемерук хьиз какурун, юкь алгъурун; kamana dönmək кил. kaman kimi əyilmək; qaşı kaman шаир. кил. kamanqaş(lı).
Azərbaycanca-ləzgicə lüğəti / kaman