Kayman sözü azərbaycan dilində

Kayman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kayman • 93.6842%
  • kayman • 6.3158%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Enlisifət kayman
Enlisifət kayman (lat. Caiman latirostris) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Kaymanlar cinsinə daxil olan üç növdən biri. Uzunluğu ümumiyyətlə 2 m-dən çox deyil, maksimum olaraq 3,5 m-dir. Rəngi zeytun yaşıl, parlaqdır. Enlisifət kayman Atlantik sahillərində, Braziliyanın cənub-şərqində, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimalında yayılmışdır. Areaı Paraqvay kaymanları ilə üst-üstə düşür, lakin fərqli yaşayış yerlərini seçdikləri üçün bu iki növ bir-birinə rəqib deyil. Enlisifət qayman əsasən manqrov bataqlıqlarında, şirin və duzlu suyun qarışdığı bataqlıqlaşmış ovalıqlarda məskunlaşaraq, ciddi bir su həyatı sürür. Tez-tez insan yaşayış yerlərinin yaxınlığında, heyvandarlığın suvarıldığı göllərdə məskunlaşır. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yaşayaraq kifayət qədər aşağı temperaturlara davam gətirdiyini isbatlayır.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Hamaralın kayman
Hamaralın kayman (lat. Paleosuchus palpebrosus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir. == Təsviri == Hamaralın kayman bütün çağdaş timsah növləri arasında ən kiçiklərindən biridir. Erkəklərin uzunluğu 210 sm-ə, dişilər isə 150 sm-dən çox deyil. Ümumiyyətlə isə 160 sm-dən çox böyümürlər və çəkiləri 20 kq-dan azdır. Ən böyük nümunənin uzunluğu 1,72 m olmuşdur. Bu növ kaymanların fərqli bir xüsusiyyəti, şaquli qara zolaqlı olan qəhvəyi gözlərdir. Bəzən gözlər qızılı sarı ola bilir. Timsahların belə bir göz rəngi olması çox nadirdir.
Kayman adaları
Kayman Adaları və ya həmçinin Kaymanova adaları (ing. Cayman Islands) — Kayman adalarında yerləşən Karib dənizinin Vest-Hindistanın Böyük Britaniyanın dəniz əraziləri. Rəsmi adı — Kayman adası (KY, CYM). == Coğrafiya == Kayman adaları Yamaykadan 290 km şimal-qərbdə yerləşir. Üç adanın (Böyük Kayman, Kiçik Kayman və Kayman-Brak ) ümumi sahəsi - 260 km². == Hökumət == Ölkənin hazırkı baş naziri - Olden Mak-Loflin (V.2013 etibarən) == Demoqrafiya == 1970-ci ildə keçirilmiş siyahıyaalmaya görə Kayman adalarında 10 068 sakin yaşayırdı; 2010-cu ildəki siyahıyaalmada əhalinin sayı artıq 55 036 nəfərə gəlib çatdı.2015-ci ilin ehtimalına görə,burada 57 minlik əhali var. == Dil == Ölkənin həm rəsmi, həm də danışıq dili - ingilis dilidir.
Kayman balıqları
Zirehli durnabalıqları (lat. Lepisosteidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kayman balığı
Kayman balığı (lat. Lepisosteus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinə aid heyvan cinsi.
Qara kayman
Qara kayman (lat. Melanosuchus niger) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə və eyni adlı cinsə daxil olan növ. Melanosuchus cinsinin yeganə nümayəndəsi. == Yayılma == Hal-hazırda qara kayman Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Fransa Qvianası, Qayana, Peru və ehtimal ki Venesuelada yayılmışdır. Tarixən arealı bir qədər daha geniş olmuşdur. == Görünüşü == Qara kayman tünd rəngli pullu dəriyə malikdir. Bu rəngləmə gecə ov edərkən kamuflyaj etməyə kömək edir və günnəş vannası qəbul edərkən istiliyin çəkilməsinə də kömək edir. Alt çənədə yaşlı heyvanlarda qəhvəyi rəngli boz zolaqlar var. Gənc heyvanların yan tərəflərində böyüdükcə yox olan açıq sarı və ya ağ zolaqlar vardır. Digər kaymalarda olduğu kimi, gözlər arasında yerləşən və sümüyün bir az altına uzanan sümüklü bir silsilə vardır.
Böyük Kayman qaratoyuğu
Böyük Kayman qaratoyuğu (lat. Turdus ravidus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Corctaun (Kayman adaları)
Corctaun - Karib dənizində Böyük Britaniyanın Kayman adaları ərazisinin paytaxtı. Şəhərin əhalisi 35,600 nəfərdən ibarətdir və Böyük Kaymanın ən iri şəhəridir. Şəhər Kayman adalarınınən iri maliyyə mərkəzidir, orada 600 bank təşkilatı yerləşir. Burada həmçinin iri dəniz gəmilərinə xidmət göstərən məntəqə, yek gəmiləri üçün dok və bir neçə ticarət mərkəzi vardır. Şəhərdə Ouen Roberts adına beynəlxalq aeroport yerləşir.
Kayman adaları dolları
Kayman adaları dolları — Böyük Britaniyanın dəniz ərazilərində Vest-Hinddə yerləşən Kayman adalarının pul vahididir. Bir dollar 100 sentə bərabərdir. Pul vahidinin beynəlxalq işarəsi — KYD-dir. Simvolu — CI$-dir. 2003-cü ilin 1 yanvarından valyutaların Ümumrusiya təyinedicisində Kayman adalarının pul vahidi dollar adlanır. Mübadilədə 1, 5, 10, 25, 50, 100 nominallı dollardan, 1, 5, 10, 25 sentlik və əsginaslıq sikkələrdən istifadə olunur. == Tarixi == Kayman adaları dolları 1 may 1972-ci ildə pul vahidi kimi qəbul edilmişdir. Valyuta Yamayka dollarını (31 avqust 1972-ci ilə qədər ödənişin qanuni vasitəsi hesab edilirdi) əvəz etmişdir. 1974-cü ilin 1 aprelindən Kayman adaları dolları məzənnədə 1 ABŞ dolları ilə əlaqələnmişdir. 1 Kayman adaları dolları = 1,2 ABŞ dolları.
Kayman adaları 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kayman adaları — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kayman adaları Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Hamaralın kaymanlar
Hamaralın kaymanlar (lat. Paleosuchus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinmə daxil olan cins. Cənubi Amerikanın şimal hissəsində, cənubda 20–25 °Cənub enliyində yaşayırlar. == Qoruma statusu == Uğurlu qoruma fəaliyyətləri sayəsində 1988-ci ildən etibarən təhlükə altında deyillər. Bu onların Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Qırmızı Siyahısından çıxarılmasına imkan vermişdir. Onların iqtisadi istifadəsi indi ciddi şəkildə yoxlanılır və ticarəti Beynəlxalq Ticarət haqqında Konvensiyanın II müddəalarına uyğun olaraq tənzimlənir.
Kaymanlar
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. == Görünüşü == Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Paraqvay kaymanı
Paraqvay kaymanı (lat. Caiman yacare) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Əvvəllər gözlüklü kaymanların bir yarımnövü sayılırdı. Görünüş baxımından gözlüklü kaymanlara bənzəyir. Maksimum uzunluğu 2,5–3 m-ə çatır (ümumiyyətlə erkəklər dişilərdən daha böyükdür.). Təsdiqlənməmiş məlumatlara görə, bu növün bəzi fərdləri 4 metr uzunluğa çata bilir. Paraqvay kaymanı Şimali Argentina, Cənubi Braziliya, Boliviya və Paraqvayda yayılmışdır. Bu növünün arealı La Plata çayının axarı ilə cənuba qədər uzanır. Bataqlıqlarda və bataqlıqlaşmış ovalıqlarda yaşayır. Əsasən üzən adalara sığınır.
Şnayder kaymanı
Şnayder kaymanı (lat. Paleosuchus trigonatus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir. == Təsvir == === Görünüş === Yetkin nümunələrin ölçüsü ümumiyyətlə 1–1.3 m-i keçmir, lakin bəzən 2 m-ə çatan fərdlər də var. Maksimum ölçüləri 2.6 m olur. === Areal və yaşayış yerləri === Şnayder kaymanı Venesuela, Qayana, Surinam və Qviana, Braziliyanın şimal və cənubunda, Orinoko və Amazon çayları hövzələrində yayılmışdır. === Çoxalması === Əsasən 10 ilə 17 arasında yumurta qoyur. == Şnayder kaymanı və insan == ABŞ zooparklarında omnlara rast gəlmək mümkündür. Braziliya, Venesuela, Kolumbiya, Qayana, Surinam və Qvianadakı milli parklarda qorunur. Uğurlu qoruma səyləri və Şnayder kaymanlarının effektiv qorunması sayəsində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Qırmızı Siyahısından çıxarılmışdır, lakin Beynəlxalq Ticarət Konvensiyasının II siyahısı ilə tənzimlənməyə davam edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2004 ••••••••• 0.34
2006 •••••••••••••••••• 0.68
2007 •••••• 0.21
2009 ••••••••••••••••• 0.64
2010 ••••••••••••••••• 0.64
2011 •••••••••••••••••••• 0.77
2012 ••••••• 0.26
2013 •••••••• 0.29
2014 •••••••••••••• 0.51
2015 •••••••••••••• 0.51
2019 •••••••• 0.28
2020 ••••••• 0.27

kayman sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. зоол. кайман (род крокодила, распространенный в Центральной и Южной Америке)

    Azərbaycanca-rusca lüğət / kayman

Oxşar sözlər

#kayman nədir? #kayman sözünün mənası #kayman nə deməkdir? #kayman sözünün izahı #kayman sözünün yazılışı #kayman necə yazılır? #kayman sözünün düzgün yazılışı #kayman leksik mənası #kayman sözünün sinonimi #kayman sözünün yaxın mənalı sözlər #kayman sözünün əks mənası #kayman sözünün etimologiyası #kayman sözünün orfoqrafiyası #kayman rusca #kayman inglisça #kayman fransızca #kayman sözünün istifadəsi #sözlük