* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •• | 3.15 |
2004 | •• | 4.72 |
2005 | •••••••••••••••••••• | 47.91 |
2006 | ••••••••••••••••• | 40.09 |
2007 | ••••••••• | 19.45 |
2008 | •••••• | 13.64 |
2009 | •••••••••• | 21.92 |
2010 | •••••••••• | 23.51 |
2011 | ••••• | 11.58 |
2012 | ••• | 6.37 |
2013 | ••••• | 9.92 |
2014 | •• | 4.63 |
2015 | •• | 3.06 |
2016 | •• | 3.82 |
2017 | • | 1.46 |
2018 | • | 2.10 |
2019 | •• | 4.31 |
2020 | • | 0.66 |
1 is. [fars.] 1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. İt hürər, karvan keçər. (Ata. sözü). Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə… C.Məmmədquluzadə. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. □ Karvan bağlamaq – sıraya düzülmək, dəstə düzəltmək. Yenicə işə qoşulmuş bal arıları çiçək üçün yaxındakı meşəyə karvan bağlamışdılar. Ə.Vəliyev. Karvan çapmaq (vurmaq, soymaq, dağıtmaq, kəsmək) köhn. – yoldan gəlib keçən yüklü karvanları soymaq, soyğunçuluq etmək. Kəsdim yollar, vurdum karvan; Çəkib soydum çox bazirgan. “Koroğlu”. [Heydər bəy:] Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu. M.F.Axundzadə. [Məmmədağa:] Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir, zira ki, adam öldürməyir, quldurluq etməyir, karvan kəsmir. N.Nərimanov. Karvan çəkmək – karvanı idarə etmək, karvana başçılıq etmək. Darğa lələş … bu çətin yoldan şəhərə karvan çəkərdi. S.Rəhimov. Karvan yolu köhn. – keçmişdə karvanların işlədiyi yol. Sinəsi gül rəngli tala doludur; Bu çöllər ən qədim karvan yoludur. S.Vurğun. 2. məc. Toplu halında bir-birinin ardınca, sıra ilə hərəkət edən şeylər haqqında. Təyyarə karvanı. Maşın karvanı. Gəmi karvanı. – Dolanır göyləri bulud karvanı; Bürüyür düzləri Kürün dumanı. H.K.Sanılı. Fəza yollarında baş alıb gedən ulduzlar karvanı ağır-ağır yüksəlir, getdikcə böyük bir boşluqda qərq olaraq, tamamilə gözdən itirdi. Ə.Məmmədxanlı. 3. məc. klas. Gəlib keçən şey haqqında (“bu dünyadan köçmə” mənasında). Bahar yetməkdədir, Qövsi, gözün aç, qönçə tək uyma; Yetişər köçməyə növbət sənə həm, karivandır bu. Qövsi.
Azərbaycan dilinin izahlı lüğəti / karvan1 Qədim hind dilində dəvəyə karvan deyiblər. Farslar isə dəvə qatarına karvan deyirlər. Deməli, karvan tarixi baxımdan hind sözüdür, dəvə ilə bağlıdır. İndi məna bir qədər genişlənib, yəni dəvədən kənara çıxıb (maşın karvanı və s. deyirik). Bizdə tarixən karvan yerinə arqış kəlməsindən istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / karvan1 KARVAN (sıra ilə hərəkət edən heyvan, dəvə dəstəsi) Dərhal Fəxrəddin və Ələddin dərhal çadırlardan çıxıb yaxınlaşmaqda olan karvanı istiqbal etdilər (M.S.Ordubadi); DƏSTƏ Bu dəstə Nizamidən .. idi (M.S.Ordubadi); QAFİLƏ [Hacı Qəmbər:] Sağ qulağım çağırır ki, vurulan qafilə sənindir, kirədar neçün ağlar? (N.Vəzirov).
Azərbaycan dilinin sinonimlər lüğəti / karvan2 I сущ. караван: 1. группа вьючных животных (обычно верблюдов), перевозящих грузы, людей в пустыне или в степи. Dəvə karvanı караван верблюдов, karvanın başı голова каравана, karvan çapmaq (soymaq, dağıtmaq, kəsmək) нападать на караван, разграбить караван, karvan çəkmək водить караван 2. перен. движущаяся вереница кого-л., чего-л., Avtomaşın karvanları караваны автомашин, buludlar karvanı караван облаков, gəmilər karvanı караван судов, karvan bağlamaq построиться, двигаться караваном II прил. караванный. Karvan yolu караванный путь ◊ it hürər, karvan keçər собака лает, ветер носит; собака лает, а караван шагает (проходит)
Azərbaycanca-rusca lüğət / karvan1 [fars.] сущ. 1. карван (сад-садан гуьгъуьна гьатна цӀиргъинаваз физвай винел ппар алай гьайванрин – гзафни-гзаф лаваррин десте); // карвандин; Karvan yolu куьгьн. Карвандин рехъ, виликра карванар фидай, карванри кӀвалахдай рехъ; 2. пер. кӀватӀал гьалда сад-садан гуьгъуьна аваз, цӀиргъинаваз физвай затӀарин гьакъинда; maşın karvanı машинрин карван; // karvan bağlamaq цӀиргъина гьатун, цӀарцӀе гьатун, десте туькӀуьрун; karvan çapmaq (vurmaq, soymaq, dağıtmaq, kəsmək) куьгьн. ппар алаз рехъди физвай карванрин рехъ атӀун, абурув гвай затӀар тарашун, къакъудун, чапхунун; karvan çəkmək карван идара авун, карвандиз чӀехивал авун.
Azərbaycanca-ləzgicə lüğəti / karvanf. bir-birinin ardınca gedən dəvə və s.; avtomaşın, gəmi və s. dəstəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti