Karvansaray sözü azərbaycan dilində

Karvansaray

Yazılış

  • Karvansaray • 84.5902%
  • karvansaray • 15.0820%
  • KARVANSARAY • 0.3279%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karvansaray
Karvanasara — karvanların dayanacaq yeri. Karvansaraylar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi.
Karvansaray (Orenburq)
Karvansaray (başq. Каруанһарай) — Orenburq şəhərində (Rusiya Federasiyası) yerləşən tarixi-memarlıq kompleksi. 1837-1846-cı illərdə Başqır-Məşçəriyyə ordusunun komandirini yerləşdirmək üçün könüllü ianələrlə tikilmiş, Orenburqda "öz ehtiyacları və işi üçün" gələn başqaları üçün otellər, başqırdlar üçün seminar və məktəb olmuşdur. Tarixi-memarlıq kompleksi Başqır xalqının evi və məsciddən ibarətdir. Memar Aleksandr Bryullovun orijinal layihəsi ənənəvi Başqır kəndinə stilizasiya kimi hazırlanmışdır: ansamblın mərkəzi hissəsi - səkkizbucaqlı məscid başqırd alaçığı formasını əks etdirir. == Ədəbiyyat == Загидуллин И. К. Из истории Караван-сарайской мечети в Оренбурге (до 1917 г.) // Фаизхановские чтения : материалы четвёртой ежегодной научно-практической конференции: "Развитие институтов многонационального и поликонфессионального Российского государства", [22 марта 2007 г.]. — Нижний Новгород: Медина, 2008. — С. 32-37. — 209 с. Загидуллин И. К. Исламские институты в Российской империи: Мечети в европейской части России и Сибири.
Karvansaray (ada)
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray (şəhər)
İcevan, Karvansara — Ermənistanda Tavuş regionunun İcevan rayonu ərazisində, İrəvan-Tiflis şose yolunun üstündə Ağstafa çayı sahilində yerləşən şəhər. İcevan rayonunun mərkəzi. == Tarixi == Ermənistan hakimiyyət orqanları tərəfindən şəhərin adı dəyişdirilərək İcevan adlandırılıb. 1961-ci ildən respublika tabeli şəhərdir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, «Təhsil», 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Karvansaray adası
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Karvansaray rayonu
İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir. İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
Kiçik karvansaray
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. == Tarixi == Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır." Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Qafqaz Karvansaray
"Qafqaz Karvansaray" — Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən otel kompleksi. "Qafqaz Karvansaray" otel kompleksi təkcə Qəbələ rayonu deyil, bütün bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl turizm infrastrukturuna malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin may ayında başlanmış, 2013-cü ilin avqust ayında başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Karvansaray (dəqiqləşdirmə)
Karvansaray Karvansaray (ada) — Bakı buxtasında yerləşən ada. Karvansaray (şəhər) — Qərbi Azərbaycanda Karvansaray rayonunun mərkəzi. Karvansaray rayonu — Qərbi Azərbaycanda rayon. Karvansaray (Orenburq) — Orenburq şəhərində yerləşən tarixi-memarlıq kompleksi.
Ağkilsə (Karvansaray)
Ağkilsə (1978-ci ildən Çiçəkbunar, 1991-ci ildən Cermakavan) — Ermənistanın Tavuş mərzində kənd. == Haqqında == Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 30 km cənubda, azərbaycanlılar yaşamış kənd. Polad meşə təsərrüfatına birləşdirilmişdir. Azərbaycanlı əhalisi 1906-cı ildə 79, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olub. == Tarixi == Ağkilsə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Çaxmaq Karvansaray
Çaxmaq Karvansara (ərəb. خان جقمق‎) — Dəməşqin qədim şəhərində olan azsaylı karvansaralardan biridir.
İkimərtəbəli karvansaray (Bakı)
İkimərtəbəli karvansara və ya Qasım bəy karvansarası — İçərişəhərdə yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Bəzi mənbələrə görə karvansara XV əsrdə şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilmişdir. Bakı xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasından sonra, karvansara, Bakı bəylərindən Qasım bəy və onun varislərinin istifadəsinə verilmişdir. Həm memarlıq-planlaşdırma, həm də konstruktiv baxımdan İkimərtəbəli karvansara Azərbaycan karvansaralarının bir çoxu üçün xarakterik olan xüsusiyyətləri daşıyır. Karvansara Qız qalasının cənub-şərqində, Müqəddəs Varvara erməni kilsəsinin yanında, qədim Bakının ticarət küçəsində yerləşir. Karvansara, düzbucaqlı planının qarşı tərəflərində yerləən iki qapıya malikdir. Karvansaranın birinci mərtəbəsinin mərkəzində açıq həyət yerləşir. Həyət boyunca çoxlu sayda otaqlar yerləşir. Otaqların yan divarları qabağa çıxaraq, yanlardan qapalı olan kiçik eyvanlar formalaşdırır. İkinci mərtəbədə otaqların düzülüş və formaları birinci mərtəbənin planlaşdırmasını təkrarlayır.
İkimərtəbəli karvansaray (Şuşa)
İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı.
İki mərtəbəli karvansaray (Şuşa)
İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı.
Hacı Məhərrəm Karvansarayı
Hacı Məhərrəm Karvansarası — Şuşada tikilmiş ilk karvansara. == Tarixi == On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar məhərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bərpa etdirib birlikdə işlətmişlər. == Xarici keçidlər == "Şuşa qalasının karvansaraları". portal.azertag.az. İstifadə tarixi: 29 apr 2022.
Kiran karvansarayı
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir. Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi.
Multanı karvansarayı
Multanı karvansarası — İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır. Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur. Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır.
Qaraçı karvansarayı
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Rüstəm Paşa karvansarayı
Rüstəm Paşa karvansarası — Ədirnədə XVI əsrə aid karvansara. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşanın sifarişi ilə Memar Sinan tərəfindən şəhər mərkəzində inşa olunmuşdur. Şəhər mərkəzində yerləşən karvansara 1560–1561 tarixlərində inşa edilmişdir. İnşaatında kərpic və kəsmə daşlardan istifadə edilmiş karvansaranın ön cəbhəsində isə 21 dükan və 2 qapı yerləşir. İkimərtəbəli olan karvansara 2 hissədən ibarətdir. Önündəki meydanı nisbətən böyük olan sol tərəfdəki hissə Memar Sinan tərəfindən inşa olunmuşdur. İki meydan arasındaki keçidlə bir-birinə bağlanan karvansaranın daxilində köşk formasında bir məscidi də olmuş ancaq bu məscid 1877–1878 Osmanlı-Rus müharibəsi əsnasında dağıdılmışdır.
Səd əl-Səltənə karvansarayı
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səfərov qardaşlarının karvansarayı
Səfərov qardaşlarının karvansarası — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Xoca Mərcanlı məhəlləsində yerləşir. XIX əsrin Respublika əhəmiyyətli memarlıq abidəsidir. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra karvansaranın binası dağıdılmışdır. Hazırda xarabalıqları qalır. Səfərov qardaşları karvansarası kimi taninan bu məşhur karvansara əslində Şuşanın adlı sanlı taciri Haci Murtuza Səfərov tərəfindən oğlanlari — Əhəd, Səməd, Mürsəl və Manafin şərəfinə 19 əsrin sonlarinda inşa etdirmişdir. Səfərov qardaşlarının adini adını daşıyan bu karvansara zamaninda Şuşa şəhərinin ən böyük karvansarası olub. Bu karvansarayın inşasında Şuşanın məşhur memarı Kərbalayi Səfixan Sultanhüseyin oğlu Qarabağinin böyük rolu olub. Karvansarayın sağ və sol qanadları iki qatdan, mərkəzi hissəsi isə üç qatdan ibarət olub,1-ci qat dükanlardan, emalatxanalardan, 2-ci və 3-cü qatlar isə zərgər emalatxanası, yeməkxana və mehmanxana kimi istifadə olunub. Karvansarayin öz həyəti, namaz otaqları, gələn qonaqlarin atlarinin xüsusi saxlamaq yeri və s.
Səlim karvansarayı
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir. Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).
Uğurlu Xan karvansarayı
Uğurlu Xan Karvansarası — Azərbaycanın Gəncə şəhərində XVII əsrə aid tikili. Karvansara Gəncə bəylərbəyi (yaxud Qarabağ bəylərbəyi) Murtuzqulu xanın qardaşı oğlu I Uğurlu xanın vəsaiti və Şeyx Bəhaəddinin layihəsi əsasında hazırlanıb. Uğurlu Xan karvansarası Gəncə şəhərində yerləşən başqa bir karvansaranın, Şah Abbas karvansarasının yaxınlığında yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Kompleksin iki böyük həyəti var. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Bu karvansara 1663–1664-cü illərdə Qarabağ bəylərbəyi olmuş Murtuzaqulu xan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu xanın vəsaiti ilə tikilmişdir. Karvansara memar Şeyx Bəhaəddin layihəsi əsasında tikilmişdir. Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusa oxşar yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa həmçinin şamlardan istifadə olunub, bura pəncərəsizdir.
Xan karvansarayı
Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi. S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır." Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Xanlıq Muxtar karvansarayı
Xanlıq Muxtar karvansarası — Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara Şuşa şəhərində XVIII əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı tarixdə yazılı çox məlumat olmasa da, Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bilinir. XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biri də Xanlıq Muxtar karvansarası idi. Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.
Zarıslıda Korun karvansarayı
Zarıslıda Korun karvansarası — Şuşada karvansara. Səfərov qardaşlarının karvansarası İkimərtəbəli karvansara (Şuşa) Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası "Şuşanın tarixi və memarlıq abidələri". sia.az. İstifadə tarixi: 4 may 2022. "Şuşa Azərbaycanın alınmaz qalasıdır". www.movqe.az. İstifadə tarixi: 4 may 2022.
Şah Abbas karvansarayı (Gəncə)
Şah Abbas Karvansarası — Şah Abbasın əmri ilə Gəncə şəhərində tikilmiş karvansara. Karvansara Çökək Hamam və Şah Abbas məscidi ilə yeraltı yollarla əlaqəli olub. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Karvansaranın inşasına 1606-cı ildə Şah Abbas Səfəvinin göstərişi ilə başlayıblar. Binanın layihələndirilməsinə və tikintisinə Şeyx Bəhaəddin başçılıq edib. Bişmiş qırmızı kərpicdən yaradılan ikimərtəbəli bina 1613–1614-cü illərdə istifadəyə verilib. Rus şairi Yakov Polonski XIX əsrin ortalarında Gəncədə səfərdə olarkən bir neçə gün Şah Abbas karvansarasında qalıb. Sonradan 1847-ci ildə Zakavkazski vestnik qəzetinin 21-ci nömrəsində çıxan "Gəncə" oçerkində şəhər və bu karvansara haqda öz təəssüratını çap etdirib. 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğın zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb. Karvansaranın yandırılması ilə bağlı Firudin bəy Köçərli öz xatirələrində yazıb: Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra karvansara 1930-cu ilə kimi fəaliyyət göstərib.
Ələki karvansarayı
Ələki karvansarası — Güney Azərbaycanda yerləşir. Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrliyindədir. Karvansarayın 702-ci ildə tikilməsi guman edilir. Bir neçə il öncəyə kimi karvansarayın giriş qapısından başlayaraq hündürlüyü 9 metrə kimi olan divarlar ucalırdı. Lakin baxımsızlıqdan divarlar uçmuş və abidə tanınmaz hala düşmüşdür. 2013-cü ildə abidənin bərpası üçün hazırlıqlar gedir.
Zazadin karvansarayı
Zazadin karvansarası, Konyada tikilmiş olan XIII əsrə məxsus olan Anadolu Səlcuqluları dövrünə aid karvansaraydır. Karvansaray 1235–1236-cı illər arasında Anadolu Səlcuqlu dövlətinin hökmdarları olmuş I Əlaəddin Keyqubad və II Qiyasəddin Keyxosrovun əmirlərindən olan Sadəddin Köpək tərəfindən tikdirilmişdir. Dördbucaqlı plan formasında, yonma daşdan tikilən karvansarayın həm yay aylarında, həm də qış aylarında istifadə edilməsinin mümkün olması üçün daxilində həyəti vardır. Karvansara kənardan qalaya oxşayır. Tac darvazasının üstündə kitabəsi mövcuddur. 2017-ci ildə Səlcuqlu Bələdiyyəsi tərəfindən karvansara bərpa edilərək turistlərin üzünə açılmışdır.

"karvansaray" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karvansaray nədir? #karvansaray sözünün mənası #karvansaray nə deməkdir? #karvansaray sözünün izahı #karvansaray sözünün yazılışı #karvansaray necə yazılır? #karvansaray sözünün düzgün yazılışı #karvansaray leksik mənası #karvansaray sözünün sinonimi #karvansaray sözünün yaxın mənalı sözlər #karvansaray sözünün əks mənası #karvansaray sözünün etimologiyası #karvansaray sözünün orfoqrafiyası #karvansaray rusca #karvansaray inglisça #karvansaray fransızca #karvansaray sözünün istifadəsi #sözlük