karvansaralar sözü azərbaycan dilində

karvansaralar

Yazılış

  • karvansaralar • 90.5882%
  • Karvansaralar • 9.4118%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycandakı karvansaraların siyahısı
Azərbaycandakı karvansaraların siyahısı — Azərbaycan Respublikasının ərazisində yerləşən karvansaralar. İlk karvansaralar 5–6 min il əvvəl inşa olunmağa başlayıb. Tarixi mənbələrə görə, karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində — Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərib. Tarixi mənbələr bölgədə ilk karvansaraların e.ə. 6–3 minillikdə, yəni 5–6 min il əvvəl inşa olunduğu barədə xəbər verir. Eradan əvvəl 550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər imperiyası qədim dövrün ən böyük imperiyalarından biri olub. Bu imperiya şimal-şərqi Afrikadan tutmuş (Misir də daxil olmaqla) Hindistana kimi, şərqdə Hind okeanından, cənubda İran körfəzindən tutmuş şimali Qafqaz dağlarına qədər böyük bir ərazini əhatə edirdi. Həmin dövrlərdə Azərbaycanın ərazisi də bu imperiyanın tərkibinə daxil idi. Eramızdan əvvəl 5 əsrdə yaşamış yunan tarixçisi Herodot Əhəmənilər imperiyasının tərkibində yaşayan 70 xalq və tayfanın adını çəkir. İran hökmdarı imperiyanın idarə olunmasını asanlaşdırmaq məqsədilə hərəkət üçün rahat yolların yaradılmasına və onların təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirirdi.
İrəvan karvansaraları
İrəvan karvansaraları — İrəvan şəhəri Qafqazın mühüm ticarət mərkəzlərindən olduğu üçün burada çoxlu karvansaralar var idi. Şəhərin ruslar tərəfindən işğalından sonra İ. Şopen 1829–1832-ci illərdə şəhərdə hələ mövcud olan belə karvansaralardan 7-i qeydə almışdır. Bişmiş kərpicdən tikilmiş və əsasən şəhərin mərkəzində, Bazar meydanının ətrafında yerləşən bu karvansaralar XVI–XVIII yüzillərin yadigarı olmaqla Azərbaycan-türk mədəniyyətinin parlaq nümunələridir.XIX əsrin sonlarına İrəvan şəhərində 20-ə yaxın karvansara mövcud olmuşdur. İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvansara mövcud olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən karvansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qalmışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və görünüşləri əla idi. Hər bir karvansaranın ətrafında dükanlar cəmləşmişdi. Şəhər karvansaraları və onların ətrafında olan dükanlar bunlar idi. Karvansaralarən müəyyən hissələri müxtəlif adamlara, digər hissəsi isə xəzinəyə aid idi. Xəzinə karvansaraları icarəyə verilirdi.Karvansaralarda cəmi 252 dükan var idi.

"karvansaralar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karvansaralar nədir? #karvansaralar sözünün mənası #karvansaralar nə deməkdir? #karvansaralar sözünün izahı #karvansaralar sözünün yazılışı #karvansaralar necə yazılır? #karvansaralar sözünün düzgün yazılışı #karvansaralar leksik mənası #karvansaralar sözünün sinonimi #karvansaralar sözünün yaxın mənalı sözlər #karvansaralar sözünün əks mənası #karvansaralar sözünün etimologiyası #karvansaralar sözünün orfoqrafiyası #karvansaralar rusca #karvansaralar inglisça #karvansaralar fransızca #karvansaralar sözünün istifadəsi #sözlük