karvansaraları sözü azərbaycan dilində

karvansaraları

Yazılış

  • karvansaraları • 79.0123%
  • Karvansaraları • 20.9877%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İrəvan karvansaraları
İrəvan karvansaraları — İrəvan şəhəri Qafqazın mühüm ticarət mərkəzlərindən olduğu üçün burada çoxlu karvansaralar var idi. Şəhərin ruslar tərəfindən işğalından sonra İ. Şopen 1829–1832-ci illərdə şəhərdə hələ mövcud olan belə karvansaralardan 7-i qeydə almışdır. Bişmiş kərpicdən tikilmiş və əsasən şəhərin mərkəzində, Bazar meydanının ətrafında yerləşən bu karvansaralar XVI–XVIII yüzillərin yadigarı olmaqla Azərbaycan-türk mədəniyyətinin parlaq nümunələridir.XIX əsrin sonlarına İrəvan şəhərində 20-ə yaxın karvansara mövcud olmuşdur. İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvansara mövcud olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən karvansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qalmışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və görünüşləri əla idi. Hər bir karvansaranın ətrafında dükanlar cəmləşmişdi. Şəhər karvansaraları və onların ətrafında olan dükanlar bunlar idi. Karvansaralarən müəyyən hissələri müxtəlif adamlara, digər hissəsi isə xəzinəyə aid idi. Xəzinə karvansaraları icarəyə verilirdi.Karvansaralarda cəmi 252 dükan var idi.
Azərbaycandakı karvansaraların siyahısı
Azərbaycandakı karvansaraların siyahısı — Azərbaycan Respublikasının ərazisində yerləşən karvansaralar. İlk karvansaralar 5–6 min il əvvəl inşa olunmağa başlayıb. Tarixi mənbələrə görə, karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində — Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərib. Tarixi mənbələr bölgədə ilk karvansaraların e.ə. 6–3 minillikdə, yəni 5–6 min il əvvəl inşa olunduğu barədə xəbər verir. Eradan əvvəl 550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər imperiyası qədim dövrün ən böyük imperiyalarından biri olub. Bu imperiya şimal-şərqi Afrikadan tutmuş (Misir də daxil olmaqla) Hindistana kimi, şərqdə Hind okeanından, cənubda İran körfəzindən tutmuş şimali Qafqaz dağlarına qədər böyük bir ərazini əhatə edirdi. Həmin dövrlərdə Azərbaycanın ərazisi də bu imperiyanın tərkibinə daxil idi. Eramızdan əvvəl 5 əsrdə yaşamış yunan tarixçisi Herodot Əhəmənilər imperiyasının tərkibində yaşayan 70 xalq və tayfanın adını çəkir. İran hökmdarı imperiyanın idarə olunmasını asanlaşdırmaq məqsədilə hərəkət üçün rahat yolların yaradılmasına və onların təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirirdi.

"karvansaraları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karvansaraları nədir? #karvansaraları sözünün mənası #karvansaraları nə deməkdir? #karvansaraları sözünün izahı #karvansaraları sözünün yazılışı #karvansaraları necə yazılır? #karvansaraları sözünün düzgün yazılışı #karvansaraları leksik mənası #karvansaraları sözünün sinonimi #karvansaraları sözünün yaxın mənalı sözlər #karvansaraları sözünün əks mənası #karvansaraları sözünün etimologiyası #karvansaraları sözünün orfoqrafiyası #karvansaraları rusca #karvansaraları inglisça #karvansaraları fransızca #karvansaraları sözünün istifadəsi #sözlük