Qardan adam
Qardan adam — sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl. Ümumiyyətlə, uşaqlar tərəfindən, əylənmək məqsədiylə düzəldilir. Gövdəsi və başı müxtəlif həcmli üç böyük qar topundan, qollar budaqdan düzəldilir. Burnunu adətən kök, gözünü isə kömür əvəz edir. Boynuna şal bağlanılır. Başına papaq əvəzinə adətən vedrə qoyulur və əlinə süpürgə verilir. Gövdəsinin önünə düyməəvəzi kiçik daşlar düzülür.
İlk Qardan adamın nə vaxt edildiyi naməlumdur. Ancaq Araşdırmaçı Bob Eckstein, Avropa muzeyləri, sənət qalereyaları və kitabxanalarda bədii təsvirləri araşdıraraq orta əsrlərdə bəri qardan adam etmə ənənəsinin olduğunu isbat etmişdir.
Qardan adam uşaqların əyləncəsi olduğu qədər, Milad və qış bəzəmələri üçün də istifadə edilən məşhur bir temadır.