karbon sözü azərbaycan dilində

karbon

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • karbon • 92.0166%
  • Karbon • 7.8911%
  • KARBON • 0.0923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karbon
Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon ağırlıq olaraq Yer qabığının təxminən 0,2% — ni təşkil edir. Atmosferin isə təxminən 0,05% — ni təşkil edən karbon dioksid, mərmər kimi karbonat minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidrokarbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır.
Karbon (Vayominq)
Karbon Rayonu (ing. Carbon County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 15 639 nəfər olmuşdur. Rayonun paytaxtı Roulins şəhəridir.
Karbon disulfid
Karbon disulfid — CS2 formullu rəngsiz uçucu mayedir. "Efirə bənzər" bir qoxusu var, lakin sənaye nümunələri ümu-miyyətlə pis qoxulu saf olmayan birləşmələrdir. [7] == Alınması, xassələri == Vulkan püskürmələri zamanı və bataqlıqlarda az miqdarda sərbəst karbon disulfid ayrılır. Əvvəllər CS2 yüksək temperaturda karbon (və ya koks) və kükürdün reaksiyası ilə istehsal edilmişdir: C + 2S → CS2Daha sonra təbii qazdan silikogel və ya alüminium katalizatorlarının iştirakı ilə CS2 birləşməsinin alınması ilə karbon mənbəyi kimi istifadə edildi: [7] 2 CH4 + S8 → 2 CS2 + 4 H2S Reaksiya metanın yanmasına bənzəyir. Karbon disülfid istehlakı təxminən bir milyon tondur; Çin 49%, Hindistan isə 13% istehlak edir. [8] 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında istehsal 56.000 ton idi. [9] === Həlledici === Karbon disülfid fosfor, kükürd, selenium, brom, yod, yağlar, qatranlar, kauçuk və asfalt üçün həlledicidir. [10] Təkdivarlı karbon nanotüplərinin təmizlənməsində istifadə edilmişdir. [11] Reaksiyalar: CS2 olduqca yanıcı maddədir. Yanması zamanı kükürd dioksid və karbon qazı alınır: CS2 + 3 O2 → CO2 + 2 SO2 == Nükleofillərlə == İzoelektronik karbon dioksidlə müqayisədə CS2 daha zəif elektrofildir.
Karbon dövranı
Karbon dövranı-biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür və beləliklə, ekosferdən kənara çıxır. Bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. == Ümumi məlumat == Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da, onun miqdarı durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tənəffüz zamanı onu karbon qazı şəklində ayırır.
Karbon dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir.Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi. Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinet olaraq qalırdı.
Karbon kağızı
Karbon kağızı — Bir tərəfi qurudulmuş mürəkkəb və ya piqment ilə örtülmüş kağızdır. Mətn və ya dizaynı orijinal versiya ilə eyni vaxtda surətini çıxarmaq üçün karbonlardan istifadə olunur. Surətin rəngi,karbon kağızının rənginə asılıdır. == Mənbə == Wissinger, R. R. (1950). Carbon Papers and Other Duplicating Papers. In Mosher, R. H. (ed), Specialty Papers, Their Properties and Applications (pp. 335–367). Brooklyn, N.Y.: Remsen Press.
Karbon monoksit
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Karbon nanoboruları
Karbon nanoboruları === Xassələri === Karbon nanoboruları, diametri 1:n.10 (n=1,2,....9) nanometr, uzunluğu isə bir neçə mikrona qədər olan, bir və ya iç-içə bir neçə qrafit laylarının bükülməsindən yaranan silindrik quruluşlara deyilir. Karbon nanoboruları özündə həm nanoklasterlərə xas, həm də həcmli bərk cisimlərə xas xassələri birləşdirdiyi üçün, onlarda füllerenlərdən fərqli yeni xassələr büruzə olunur. Məhz onların bu xassələrindən gələcəkdə yeni nanomaterialların və nanoqurğuların yaradılmasında istifadə edilməsi nəzərdə tutulur və çox prespektivli hesab olunur. === Alınması === Sintezdən asılı olaraq birlaylı, ikilaylı və s. borular almaq mümkündür Karbon nanoboruları (KNB) kovalent rabitəyə malik karbon atomlarından ibarət,özü təşkil olunmuş,boru şəkilli nanoquruluşlardır.Onlar əsasən iki formada – birdivarlı və çoxdivarlı karbon nanoboruları,həmçinin çoxtəbəqəli paketləşdirilmiş konusvarı nanoboru şəklində olur.Birdivarlı karbon nanoborusu təbii (özü-özünə)boru şəklində bükülmüş qrafit monoatom qalınlıqlı təbəqədən ibarətdir. Belə təbəqə şəklində qrafit qrafen adlandırılır. Monotəbəqənin bükülməsi istıqamətindən asılı olaraq, qrafen metal və ya yarımkecirici xassələrə malik olur. Coxdivarlı karbon nanoboruları konsentrik yerləşmiş bir neçə birdivarlı nanoborudan ibarətdir, onların diametri 10-40- nm təşkil edir === Tətbiq sahələri === Karbon nanoborularının bir çox maraqlı xassələri var.Məsələn,onlar metal və ya yarımkecirici xassələrə malik ola bilər;misə nəzərən daha yaxşı elektrik cərəyanını keçirdirlər;almaza nisbətən daha yaxşı istilikkeçirmə xassəsinə malikdir. Karbon nanoborularını lazerlə buxarlandırma,karbon elektrodlarının qövs boşalmasında buxarlandırılması və qaz fazadan kimyəvi çökdürülmə texnologiyaları ilə almaq olar.Birlaylı nanoboru yaratmaq üçün katalizator kimi müsbət elektrodun mərkəzinə az miqdarda Co, Ni və ya Fe yerləşdirilir. Katalizatordan istifadə edilmədikdə çoxlaylı quruluşa malik nanoborular alınır.
Karbon nanolifləri
Karbon nanolifləri Karbon nanolifləri (KNL) çoxlu sayda qrafen laylarından ıbarət sapvari hissəciklərdən ibarətdir. Liflərin diametri böyük diapazonda dəyişir (bəzi hallarda 200 nm). Qrafen laylarının forması müxtəlif - konusa,fincana və s.bənzəyən formada olur.Qrafen səthlərinin arasında məsafə 0,34 nm və ya bir qədər çox olur. C atomları sp2 hibrid halındadır. Karbon zəncirindəki axırıncı C atomları hidrogenlə doymuş oldugundan sonuncular sp3 hibrid halında olur.
Karbon planeti
Karbon planeti — Yer kürəsindən bir neçə dəfə böyük olan, demək olar ki, bütünlüklə kristallaşmış karbondan ibarət planet. Səthində 1600 dərəcə isti olan bu planet sürətlə fırlanır.Səthində 400 dərəcə istilik olan bu planetdə cazibə qüvvəsi çox güclüdür və səthindən qalxan buxar yuxarıda buz qatı əmələ gətirir. Buna rəğmən aşağıda, səthdə yanmaqda olan təbəqə var. Karbon planet bəşəriyyətə məlum olan ən qaranlıq planetdir. O, səthinə düşən işığın yalnız 1 faizini əks etdirə bilir. Bu planet eyni zamanda qalaktikada elmə məlum olan ən böyük su kütləsidir. Qalaktikada sərbəst halda rast gəlinən bu su kütləsi elmə yeni məlum olub. Onun su tutumu yer üzündəki okeanın nə az nə çox 140 trilyon qatına bərabərdir. ABŞ Milli Kosmik Agentliyinin mütəxəssisləri bu kütləyə qalaktikanın su anbarı adını verib. Yeri gəlmişkən bu kütlə buxar halındadır.
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. == Fiziki xassələri == Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. == Alınması == === Sənayedə: === Təbii mineralların parçalanmasından:CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından:CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınırNa2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O == Kimyəvi xassələri == CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2OKarbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2OKarbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2OOksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + CTəbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 == Toksikliyi == Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. == Tətbiqi == Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Karbon turşuları
Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu turşularda COOH miqdarına göre əsaslığı müəyyən olunur. Bundan başqa R radikalından asılı olaraq doymuşluğu təyin olunur. == Tarixi == Bəşəriyyətin ilk tanıdığı turşu yəqin ki, sirkə turşusu olmuşdur. O, məlumdur ki, çaxırın fermentativ qıcqırmasından alınır. XVIII əsrin axırlarında artıq limon, alma, süd, oksalat və s. turşular məlum idi. Ancaq onların quruluşunu 100 ildən sonra tapmışlar.
Darıdağ Karbon Qazı Zavodu
Darıdağ Karbon Qazı Zavodu — Culfa şəhərinin 3 km-liyində, Culfa-Ordubad avtomobil yolunun solunda, Darıdağın ətəyində, Darıdağ mineral su mənbəyi ərazisindədir. == Haqqında == Əvvəllər Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin nəzdində idi. Sonralar mineral su yatağının bazası əsasında karbon qazının alınması məqsədilə kəşfiyyat işləri aparılmış, 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində zavod yaradılmışdır. Karbon qazından mineral suların və şampan içkilərinin qazlaşdırılmasında və digər sahələrdə istifadə olunurdu. 1970-ci illərdə zavodun istehsal gücü çox aşağı olmuşdur. Buna görə 1980-ci ildə həmin ərazidə sutkalıq istehsal gücü 30 ton olan və müasir tələblərə cavab verən yeni zavod tikilib istifadə verilmiş, Azərbaycan Mineral Sular və Naxçıvan Mineral Sular Birliyinin sərəncamına verilmişdir. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Dəmir-karbon hal diaqramı
Dəmir-karbon hal diaqramı — dəmir tərkibli ərintilərdə faza çevrilmələri ilə müəyən olunan halın qrafiki təsviridir (şəkil). Texniki baxımdan dəmir-karbon kimyəvi birləşməsinin stabil halı olan sementit böyük əhəmiyyət kəsb edir. Diaqramda göstərilmiş A nöqtəsi saf dəmirin böhran nöqtəsidir. Ərinti halında olan dəmir soyuduqda bu nöqtə kristallaşma, qızdırdıqda isə ərimə temperaturunu göstərir (1539 °C). D sementitin aqreqat halını göstərən nöqtədir. ABCD xəttindən yuxarıda maye bir fazalı maye halındadır. Bu xəttə likvidius xətti deyilir. Maye soyuduqda bu xətt üzrə karbonun miqdarndan asılı olaraq kristallar yaranmağa başlayır. AB xətti üzrə Fe bərk məhlulun kristalları alınır. BC xətti boyunca maye ərintidən austenit, CD üzrə isə birinci sementit ayrılır.
Dəyişdirilmiş karbon (teleserial, 2018)
Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır. Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir. İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir. Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. === Hazırlanması === Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.
Karbon monoksid
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Polimer karbon nitrid
=== Ümumi məlumat === Katalitik proseslər kimya sənayesinin inkişafında mühüm rol oynayır və istehsal olunan kimyəvi məhsulların 90%-dən çoxu metal tərkibli heterogen katalizatorlar üzərində aparılır. Bu sistemlərin iştirakı ilə gedən proseslər yüksək enerji tutumu, qeyri selektivliyi, qiymətli metalların sərfiyyatı və ətraf mühitin çirklənməsi ilə xarakterizə olunur. Tərkibində metal saxlamayan, reaksiya mühitinin təsirinə qarşı inert qalan, yüksək katalitik effektivliyə malik olan mate-rialların katalizdə istifadəsi praktiki əhəmiyyət kəsb edir. === Qrafitəbənzər karbon nitridin xassələri === Qrafitəbənzər karbon nitrid (g-C3N4) iki ölçülü quruluşa malik karbon əsaslı nanomaterialdır. g-C3N4-in yarımkeçirici xassəyə malik olması (2,7 eV) ucuz, eko-loji cəhətdən təmiz katalitik sistemlərin yaradılması üçün perspektiv imkanlar ya-radır. g-C3N4 xarakterik mikrostrukturaya malik, yüksək termiki (>550 °C), kim-yəvi (turşular, əsaslar və üzvi həlledicilər) stabilliyə və oksidləşməyə davamlıdır. Tərkibində kondensasiyaya uğramayan tri-s-triazin həlqəsinin birli və üçlü amin qrupları Brensted və Lyuis mərkəzlərini yaradır. Elektronlarla zəngin olan aroma-tik həlgə donor-akseptor qarşılıqlı təsir mexanizmi ilə müvafiq substratları aktiv-ləşdirmə qabiliyyətinə malikdirlər. Məsaməli quruluş yarımkeçirici materialın aktiv səthin sahəsini artirir, bu isə öz növbəsində katalizatorun effektivliyini artırır. Beləliklə, g-C3N4 çoxfunksialı səthə malik material olmaqla, tərkibində metal saxlayan katalizatorlardan fərqli olaraq, müxtəlif funksional qrupların təsirinə davamlıdır.
Ammonium karbonat
Ammonium karbonat (NH4)2CO3 — karbonat turşusunun ammonium duzudur. == Fiziki xassələri == Ammonium karbonat-ağ kristalik maddədir. Rəngsiz kristalları suda asanlıqla həll olunur. Ammonium karbonat həm havada, həm də məhlulda qeyri-sabitdir, çünki artıq otaq temperaturunda ammonium hidrokarbonata çevrilərək ammonyak buraxır. == Alınması == Müasir sintez, prosesin sadəliyini və aşağı qiymətini nəzərdə tutur. Bunu etmək üçün, NH3 qazını, CO2 qazını və su buxarını qarışdıraraq alırıq. Sürətli soyutma bu üsul üçün ilkin şərtdir. == Kimyəvi xassələr == Zəif əsas və zəif turşudan əmələ gələn duz kimi kation və anionda hidrolizə məruz qalır: ( N H 4 ) 2 C O 3 + H 2 O ⇄ N H 4 H C O 3 + N H 3 ⋅ H 2 O {\displaystyle {\mathsf {(NH_{4})_{2}CO_{3}+H_{2}O\rightleftarrows NH_{4}HCO_{3}+NH_{3}\cdot H_{2}O}}} Əsaslarla və duzlarla reaksiyaya daxil olur: ( N H 4 ) 2 C O 3 + C a S O 4 → ( N H 4 ) 2 S O 4 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {(NH_{4})_{2}CO_{3}+CaSO_{4}\rightarrow (NH_{4})_{2}SO_{4}+CaCO_{3}\!\downarrow }}} == Tətbiqi == Ammonium karbonat müxtəlif sahələrdə istifadə olunur: qida sənayesində maya əvəzedicisi kimi; ammonium sulfatın istehsalı üçün xammal kimi; dəniz suyundan kalium çıxararkən maqnezium duzlarının çökməsi üçün; boyaların tərkibində kosmetika istehsalında; əczaçılıq sənayesində öskürək və ammonyak dərmanlarının istehsalında; şərab istehsalında fermentasiya prosesini sürətləndirmək üçün; yanğınsöndürmə üçün istifadə olunan maddələrin tərkib hissələrindən biri kimi tətbiq olunur. == İstinadlar == Справочник химика / Редкол.: Никольский Б.П. и др. - 3-е изд., Л.: Химия, 1971.
Andrea Karboni
Andrea Karboni (4 fevral 2001) – İtaliya A Seriyasında çıxış edən Monzanın və 21 yaşadək futbolçulardan ibarət İtaliya milli futbol komandasının müdafiəçisi. == Karyerası == === Kalyari === Kalyaridə ilk matçına 23 iyun 2020-ci ildə keçirilən SPAL-Kalyari matçının 90+5-ci dəqiqəsində çıxıb. Matç Kalyarinin 0–1 hesablı qələbəsi ilə başa çatıb.Kalyarinin heyətində 50-ci matçına 6 fevral 2022-ci ildə keçirilən Atalanta-Kalyari matçının 87-ci dəqiqəsində çıxıb. Matç Kalyarinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. 30 iyun 2022-ci ildə Kalyaridən ayrıldı. === Monza === 30 iyun 2022-ci ildə Kalyaridən Monzaya transfer olundu. Monzada ilk matçına 13 avqust 2022-ci İldə keçirilən Monza-Torino matçının 63-cü dəqiqəsində çıxıb. Matç Torinonun 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı — Naxçıvan MR Culfa şəhə­rinin şimal-şərqində, dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Yataq üst eosen-oliqosenin vulkanogen törəmələrindən təşkil olunmuş Darrıdağ antiklinalının cənub-qərb qanadına aiddir. Mineral bulaq antiklinalın pozulmuş tağ hissəsinin parçalanmış əhəngdaşılarında boşalır və suları kar­bo­nat, hidro­karbonat-xlorid-natriumlu yüksək dərəcədə minerallaşmış (17-21 q/l), qaynar (42-) və ya ilıqdır (23-). Darrıdağ bulaqları haqqında ilk məlu­mat 1830-cu ilə gedib çıxır. Onlardan mədə-bağırsaq, əzələ, qanazlığı, periferik əsəb sistemi və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur. Yatağın bazasında balneoloji klinika fəaliyyət göstərir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Kalsium karbonat
Kalsium karbonat — qeyri-üzvi kimyəvi birləşmə, karbon turşusu,duz və kalsium. Kimyəvi formulu — C a C O 3 {\displaystyle {\mathsf {CaCO_{3}}}} . Təbiətdə çox sayda mineral şəklində olur, məsələn, kalsit, araqonit və vaterit, əhəng daşı, mərmər, təbaşirin əsas tərkib hissəsidir və quş yumurtasının qabığına daxildir. Su və etanolda həll olunmur. Ağ qida boyası (E170) olaraq qeydiyyata alınmışdır. == Tətbiqi == Ağ qida boyası E170 kimi istifadə olunur. Təbaşir kimi,lövhələrdə yazmaq üçün istifadə olunur. Gündəlik həyatda tavanları ağartmaq, ağac gövdələrini rəngləmək, bağçılıqda torpaqları alkalaşdırmaq üçün istifadə olunur. === Kütləvi istehsal/istifadə etmək === Çirklərdən təmizlənmiş kalsium karbonat, kağız və qida sənayesində, plastik, boyalar, rezin, məişət kimyəvi maddələrin istehsalında və inşaatda bir doldurucu kimi geniş istifadə olunur. Kağız istehsalında kalsium karbonat ağardıcı, doldurucu və eyni zamanda deoksidləşdirici kimi istifadə olunur.
Karbonat
Karbonatlar — minerallar, H2CO3 turşusunun duzları. Bir neçə növə bölünür: bikarbonatlar (turş duzlar, susuz və sulu normal K.) Karbonatlar; əlavə anionlu (OH)-1, F-1, və ya Cl- Karbonatlar; (SO4)-2 və ya (PO4)-3 anionlu mürəkkəb K. İkivalentli kationlu (Ca, Mg, Fe, Mn, Ba, Sr, Pb, Zn, Cu və b.) Karbonatlar daha geniş yayılmışdır. Na+ və K+, həmçinin (NH4)+ kationu yalnız bikarbonatlar əmələ gətirə və ya ikiqat duzların tərkibinə daxil ola bilər. Nadir hallarda kationların sırasına Ni+3, Al+3, Bi+3 daxil olur. Bunlardan başqa, U+4, Ce+3, La+3 və b. ilə də Karbonatlar sırası məlum­dur. Karbonatlar üçün çoxsaylı tam və ya natamam izomorf sıralar səciyyəvidir. İkiqat duzlar geniş yayılmışdır. Karbonatlar əksəriyyəti triqonal və rombik sinqoniyada, çox az bir hissəsi heksaqonal, monoklinik və b. sinqoniyalarda kristallaşır.
Karbonat turşusu
Karbonat turşusu — kimyəvi formulu H2CO3 olan zəif ikiəsaslı turşu. Turşuların bütün xassələrinə malikdir. Karbonat turşusu normal şəraitdə suya və karbon qazına parçalandığına görə sərbəst halda mövcud deyil: CO2 + H2O ↔ H2CO3Karbonat turşusunun molekulundakı kimyəvi rabitə polyar kovalent rabitələrdir. == Karbonat turşusunun törəmələri == Karbonat turşusunun da başqa üzvi turşular kimi müvafiq törəmələri vardır. Bu törəmələrdən karbonat turşusunun xloranhidridlərini, esterlərini və amidlərini göstərmək olar. == Karbonat turşusunun xloranhidridləri == Karbonat turşusunun iki cür xloranhidridi ola bilər. Bunalrada xlorkarbonat turşusu, ikincisi karboksixlorid və fosgen adlanır. Fosgen və ya karboksixlorid birinci dəfə Devi tərəfindən dəm qazına günəz işiğının təsiri ilə xlor birləşdirməklə alınmışdır, buna görə də fosgen (fos-yunanca) işıq adlanmışdır. İndi, fosgen üçün dəm qazı ilə xloru 2000-də kömür katalizatoru üzərindən buraxılırlar. Fosgen zəhərli boğucu qazdır, 80C-də qaynayır, benzolda yaxşı həll olur, su ilə parçalanır, karbon qazı ilə xlorid turşusu əmələ gətirir.
Karbonatitlər
Karbonatitlər, Breqqer, 1920 - əsasən endogen karbonat süxurları əhatə edən ultraəsasi, qələvi ultraəsasi — qələvi süxurlar; bəzən qələvi qabbroidlərlə birlikdə, mürəkkəb intruziv komplekslərə daxil olurlar. Sonralar karbonatitlər qələvi – ultraəsasi və qələvi tərkibli vulkan aparatlarında geniş yayılması müəyyən edilmiş effuziv və piroklastik karbonatitlər və habelə avtonom xalis karbonatitlər cismləri aşkar edilmişdir. Süxurəmələgətirən karbonatların tərkibinə görə kalsitli (sinonim: Sevitlər, Alvigitlər), dolomitli (sinonim: Rauxagitlər, Beforsitlər), ankeritli və sideritli karbonatitlər ayrılır. Karbonatitlər ilə tantal, niobium, nadir torpaq elementlərinin apatit, vermikulit, flüorit, mis (sulfid), dəmir və b. yataqlar əlaqədardır. Effuziv karbonatitlər xüsusilə natrium-karbonat (29–30% NaO2) tərkibli olur. Karbonatitlər intruziv massivlərdə ştok, konusvari və dairəvi daykalar, ştokverk, partlayış boruları tipli kütlələr təşkil edir. Vulkan aparatlarında Karbonatitlər vulkan boğazını dolduraraq "plug" tipli kütlələr yaradır. Effuziv karbonatitlər lava axınları, kül örtükləri və konuslar təşkil edir. Karbonatitlər, ümumiyyətlə, poligen əmələgəlmələrdir.
Karbonatlar
Karbonatlar — minerallar, H2CO3 turşusunun duzları. Bir neçə növə bölünür: bikarbonatlar (turş duzlar, susuz və sulu normal K.) Karbonatlar; əlavə anionlu (OH)-1, F-1, və ya Cl- Karbonatlar; (SO4)-2 və ya (PO4)-3 anionlu mürəkkəb K. İkivalentli kationlu (Ca, Mg, Fe, Mn, Ba, Sr, Pb, Zn, Cu və b.) Karbonatlar daha geniş yayılmışdır. Na+ və K+, həmçinin (NH4)+ kationu yalnız bikarbonatlar əmələ gətirə və ya ikiqat duzların tərkibinə daxil ola bilər. Nadir hallarda kationların sırasına Ni+3, Al+3, Bi+3 daxil olur. Bunlardan başqa, U+4, Ce+3, La+3 və b. ilə də Karbonatlar sırası məlum­dur. Karbonatlar üçün çoxsaylı tam və ya natamam izomorf sıralar səciyyəvidir. İkiqat duzlar geniş yayılmışdır. Karbonatlar əksəriyyəti triqonal və rombik sinqoniyada, çox az bir hissəsi heksaqonal, monoklinik və b. sinqoniyalarda kristallaşır.
Karboniya
Karboniya (it. Carbonia) — Sardiniyada şəhər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.09 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 ••• 1.57
2004 •••••••••••••• 7.75
2005 ••••••• 4.05
2006 ••••••• 3.83
2007 ••••••••••• 6.34
2008 ••••••••• 4.87
2009 ••••••••••••••• 8.16
2010 ••••••••••••• 7.08
2011 ••••••••••••••• 8.32
2012 •••••••••••••••••••• 11.62
2013 ••••••••• 4.96
2014 ••••••••••••••• 8.41
2015 •••••• 3.06
2016 •••••••••• 5.38
2017 ••••••• 3.74
2018 •••••••••••••• 7.64
2019 •••••••••••••••• 9.18
2020 •••••••••••••••• 8.88

karbon sözünün leksik mənası və izahı

  • 1 [lat.] Təbiətdə bütün üzvi maddələrin ən mühüm tərkib hissəsi olan kimyəvi element. Radioaktiv karbon. Sulu karbon. – Canlının bədənini təşkil edən kimyəvi elementlər içərisində mühüm yer tutan elementlərdən biri karbondur. M.F.Axundzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / karbon

karbon sözünün rus dilinə tərcüməsi

  • 1 хим. углерод

    Azərbaycanca-rusca lüğət / karbon
  • 2 I сущ. хим. углерод (химический элемент, важнейшая составная часть всех органических веществ). Radioaktiv karbon радиоактивный углерод II прил. 1. углеродный. Karbon birləşmələri углеродные соединения, karbon atomu углеродный атом, karbon yamsalı углеродный коэффициент 2. углекислый (содержащий двуокись углерода). Karbon qazı углекислый газ 3. угольный Karbon turşusu угольная кислота

    Azərbaycanca-rusca lüğət / karbon

karbon sözünün inglis dilinə tərcüməsi

karbon sözünün fransız dilinə tərcüməsi

karbon sözünün ləzgi dilinə tərcüməsi

"karbon" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karbon nədir? #karbon sözünün mənası #karbon nə deməkdir? #karbon sözünün izahı #karbon sözünün yazılışı #karbon necə yazılır? #karbon sözünün düzgün yazılışı #karbon leksik mənası #karbon sözünün sinonimi #karbon sözünün yaxın mənalı sözlər #karbon sözünün əks mənası #karbon sözünün etimologiyası #karbon sözünün orfoqrafiyası #karbon rusca #karbon inglisça #karbon fransızca #karbon sözünün istifadəsi #sözlük