Karmen sözü azərbaycan dilində

Karmen

Yazılış

  • Karmen • 99.4451%
  • karmen • 0.5549%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karmen (opera)
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər. Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər.
Karmen Amaya
Karmen Amaya (isp. Carmen Amaya; d. 2 noyabr 1918[…] – 19 noyabr 1963[…]) — İspan rəqqasə, müğənni, film aktrisası, əfsanəvi flamenko rəqqasəsi. Əslən qaraçı, gitaraçı Francisko Amayanın qızı (ləqəbi El Çino, Çinli). Altı yaşından bəri rəqs edir; atası ilə Barselonadakı "Yeddi qapı" restoranında çıxış edirdi. Onun istedadını ilk dəfə Kataloniya sənətşünası Sebastiyan Qaş görür. 1923-cü ildə Madriddə çıxış edir. 1929-cu ildə Parisdə debüt edir, Rakel Meler truppasındakı ifası böyük bir uğura səbəb olur. 1936-cı ildən bəri Portuqaliyada, ABŞ-da, Latın Amerikasında, Fransada, Böyük Britaniyada, Cənubi Afrikada yaşamış və ya səyahət etmişdir. O Arturo Toscanini və Leopold Stokovskidən yüksək qiymətləndirmələr almışdır.
Karmen Kas
Karmen Kas (est. Carmen Kass d. 14 sentyabr 1978, Tallin) — Estoniyanın top-modeli, aktrisası və siyasətçisi. Res Publica partiyasının üzvü, 2000-ci ildə Avropa Parlamentinə namizəd. 2004-cü ildə Estoniya Şahmat Birliyinin prezidenti seçilmiş və şahmat yarışlarında iştirak etmişdir. Karmen bir Payde supermarketində bir italyan model agentliyi açılana qədər «Miss Payde» və «Miss Yarvamaa torpağı» daxil olmaqla bir sıra gözəllik müsabiqələrində qalib gəldi. Yeganə valideyni olan anası ofisiant işləyirdi və qızının üç ay Milana getməsi üçün icazə imzalamaqdan imtina etmişdi. Buna görə Kas sənədlərdə anasının yerinə saxta imza atmalı olmuşdur. 14 yaşında Karmen yerli Baltic Models agentliyi üçün model olaraq çalışmağa başladı. Bununla yanaşı məşhur markaların üzü oldu:Calvin Klein, Chanel, Chloé, Christian Dior, Donna Karan, Dsquared2, Elle Sport, Emanuel Ungaro, Emilio Pucci, Fendi, General Motors, Givenchy, Gucci, Just Cavalli, Kenzo, Mango, MaxMara, Max Factor, Mercedes, Michael Kors, Omega, Ralph Lauren, Revlon, Salvatore Ferragamo, Swarovski, Tommy Hilfiger, Valentino, Versace, Victoria's Secret və Yves Saint Laurent.
Karmen Martinez
Karmen Martinez (26 dekabr 1982) — Paraqvaylı marafonçu. Karmen Martinez Paraqvayı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Karmen Martinez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 56 dəqiqə 43 saniyəyə qət edərək 157 marafonçu sırasında 115-ci yeri tutdu.
Roman Karmen
Roman Lazareviç Karmen (rus. Рома́н Ла́заревич Карме́н, əsl soyadı - Kornman; 16 (29) noyabr 1906 - 28 aprel 1978) — Sovet kinooperatoru və rejissoru. Sosialist Əməyi Qəhrəmanı (1976), SSRİ Xalq artisti (1966), Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi (1959). Xəzər neftçiləri haqqında dastan (film, 1953) Dənizi fəth edənlər (film, 1959) М. Рзаева. О двух фильмах Романа Кармена. "Изв. АН Азерб. ССР (серия общ. наук), 1962, № 9. Азербайджанской ССР кинематография.
María del Karmen Martínez-Bordiú y Franko
Bu ad İspaniyanın adqoyma ənənələrinə uyğun olaraq istifadə olunur: ilk və ya ata soyadı Martínez-Bordiú, ikinci, yəni ana soyadı isə Franko-dur. Maríadel Karmen Martínez-Bordiú y Franko (26 Fevral, 1951-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur) İspaniyanın əsilzadəsi və ictimai xadimi hesab olunur. İspaniyanın qanunvericiliyinə uyğun olaraq, o, 2006-cı ildən etibarən qardaşından əvvəl varis kimi, anasının hersoq titulunu əldə edir və hakimiyyətini övladlarına təhvil vermək və ya ötürmək hüququna malik olur . O, Madrid şəhərinin El Pardo Kral sarayında anadan olmuşdur və Villaverdenin10-cu Markizi olan Kristóbal Martínez Bordiú, və Frankonun 1-ci Hersoginyası, İspaniya qrandı olan Karmen Franko Polo-nun qızıdır. Onun ana tərəfdən babası İspaniya diktatoru, İspaniya Dövlətinin Başçısı Francisko Franko, nənəsi İspaniyanın 1-ci Xanımı və Qrandı Karmen Polo y Martínez-Valdés olmuşdur. Ata tərəfdən babası José María Martínez y Ortega (1890–1970), nənəsi Argillonun 7-ci Qrafinyası María de la O Bordiú y Bascarán (1896–1980) olmuşdur. İspaniya Kral Ailəsinin qədim El Pardo sarayında anadan olan Karmen General Frankonun ilk nəvəsi olmuşdur. 1940-cı ildə İspaniya Vətəndaş Müharibəsi başa çatdıqdan və General Franko İspaniya Dövlətinin Başçısı seçildikdən sonra, saray onların ailə iqamətgahına çevrilmişdir. Ondan əlavə: María de Aránzazu, Fransisko (Francis), María del Mar (Merry), José Kristóbal (Cristóbal), María de Aránzazu (Arantxa) və Jaime Felipe (Jaime) adlı 6 bacı və qardaşının olmasına baxmayaraq, o, ailənin ən sevimli nəvəsi hesab olunurdu. Karmen 8 Mart, 1972-ci ildə, 21 yaşı olarkən Madrid şəhərində, El Pardo Sarayının Kilsəsində, Seqoviya Hersoqu, İspaniyalı İnfante Jaime-nin oğlu və İspaniyanın XIII Kralı Alfonsonun nəvəsi olan Anju və Kadis Hersoqu Alfonso ilə ailə qurmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.58 dəfə / 1 mln.
2004 ••••••••• 3.71
2005 •• 0.67
2006 •••• 1.58
2007 •••••••• 3.59
2008 •••••• 2.44
2009 •••••••••••• 5.28
2010 •••••••••••••••••••• 9.17
2011 ••••••••••••••• 6.52
2012 •••••• 2.32
2013 ••••• 2.04
2014 ••• 1.20
2015 •••••••• 3.57
2016 •••••••••••• 5.38
2017 ••••• 1.95
2018 •••••• 2.40
2019 ••••• 2.23
2020 •• 0.53

karmen sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

nəğmə, mahnı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#karmen nədir? #karmen sözünün mənası #karmen nə deməkdir? #karmen sözünün izahı #karmen sözünün yazılışı #karmen necə yazılır? #karmen sözünün düzgün yazılışı #karmen leksik mənası #karmen sözünün sinonimi #karmen sözünün yaxın mənalı sözlər #karmen sözünün əks mənası #karmen sözünün etimologiyası #karmen sözünün orfoqrafiyası #karmen rusca #karmen inglisça #karmen fransızca #karmen sözünün istifadəsi #sözlük