Böyük Karlın tacı
Böyük Karlın tacı və ya Müqəddəs Roma İmperiyasının tacı (alm. Reichskrone) — Müqəddəs Roma imperatorlarının 11-ci əsrdən 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləvğinə qədər taxdığı tac. Tac, Roma kralları, seçildikdən dərhal sonra isə İmperator tərəfindən istifadə edildi. X əsrin sonu və ya XI əsrin əvvəllərində hazırlanmışdır. Bir çox digər taclardan fərqli olaraq, dairəvi bir formada deyil, səkkizbucaqlıdır və səkkiz menteşəli löhədən hazırlanmışdır. Tacın ön hissəsindən başlayan və arxasına qədər dəvam edən hisssənin önündə xaç yerləşir. Tac Avstriyanın Vyana, Hofburqdakı İmperiya Xəzinəsində saxlanılır.
== Tarix ==
Tacın 10-cu əsrin sonlarında və erkən 11-ci əsrdə Qərbi Almanyada, I Otto, I Konrad və III Konradın hakimiyyəti zamanı hazırlandığı düşünülür. Bu barədə ilk qorunan qeydlərin XII əsrdən bəri eyni tac haqqında olduğunu düşünsək bunun həqiqətə uyğun olduğu düşünülür. Müqəddəs Roma İmperiyası Krallarının əksəriyyət bu tacı taxmışdır.