kartof sözü azərbaycan dilində

kartof

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kartof • 95.6704%
  • Kartof • 4.2877%
  • KARTOF • 0.0419%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kartof
Kartof (lat. Solanum tuberosum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3–6 gövdədən ibarət, hündürlüyü 50–80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3–4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1–2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
Kartof kababı
Kartof kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. == Hazırlanması == Kartof kababı bişirilərkən şişə taxılmır, ət məhsullarından hazırlanmış kabablar bişirildikdən sonra manqalda közə basdırılır. == İstifadə == Süfrəyə verilərkən kartofun qabığı bıçaq vasitəsi ilə qaşınaraq təmizlənir.
Kartof pirojnası
Kartof pirojnası — dairəvi formada olan şokoladlı biskvit. Əsas dadı kakaolu olub, eyni həcmli hissəcikdən ibarətdir. == Haqqında == Dairəvi formanı vermək üçün xüsusi kremdən və biskvit ovuntularından istifadə edirlər. Kirpi formasını vermək üçün burun hissəsi daha dik hazırlanır. Üzərindəki iynələr isə badam ovuntularından və ya tumdan istifadə olunur.
Kartof püresi
Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato) — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır. == Hazırlanması == === Ümumi məlumat === Kartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir. === Ərzaqlar === 5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür) 60 qrama yaxın kərə yağı 0,5 (yarım) stəkan süd 1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar) Duz İstiot === Hazırlanma qaydası === Kartofları yuyub orta ölçülü qazana yerləşdirin.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kartof şorbası
Kartof şorbası (alm. Kartoffelsuppe‎) — alman və avstriya mətbəxinə məxsus, əsas inqrediyenti kartof olan ənənəvi şorba. Çox qatı olduğunda şorba kartof ayntopfu adlandırılır. Azərbaycan mətbəxində də kartof şorbası mövcuddur. == Tərkibi == Kartof şorbasının tərkibi ət suyu, kartof, soğan, yağ, un, duz, bəzən isə yumurta sarısı və süd kimi ərzaqlardan istifadə olunur. == Hazırlanması == Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurulduqdan sonra unla qarışdırılır. Doğranmış kartoflar və duz əlavə edilərək bişirilir. Bişən şorbanı blender vasitəsi ilə püre halına gətirilir. Ayrı bir qabda hazırlanan yumurta və süd qarışığı şorbaya əlavə oluna bilər. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə verilir.
Alman kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kartof yeyənlər (tablo)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək".Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq.Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar tarlada işləyirdilər. Onlar kasıb olduqlarından əsas yeməkləri kartof idi.
Kartof yeyənlər (rəsm əsəri)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək".Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq.Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar tarlada işləyirdilər. Onlar kasıb olduqlarından əsas yeməkləri kartof idi.
Kartof üzrə Beynəlxalq Mərkəz
Kartof üzrə Beynəlxalq Mərkəz (ing. CIP) — Kənd təsərrüfatı üzrə Bеynəlхalq təşkilat == Yaradılması == Mərkəz 1971-ci ilin 20 yanvarında Perunun Lima şəhərində yaradılmışdır. 1972-ci ildən kənd təsərrüfatında bеynəlхalq tədqiqatların məsləhətləşmə qrupunun çağırışı altında fəaliyyət göstərir. == Əsas məqsədi == Ərzaq məhsulları istеhsalının artırılmasına köməklik göstərmək və kənd təsərrüfatında dayanıqlı еkoloji təhlükəsizliyin yaradılması; adi və şirin kartofun istеhsalı üzrə еlmi proqramların tətbiqi ilə əhalinin rifahının yüksəldilməsi; kartofun gеnеtik matеriallarla və təcrübə mübadiləsi ilə təmin еdilməsi.
Kartoffelsalat
Kartoffelsalat - Alman mətbəxinə aid kartof salatı. Alman, çex və Avstriya mətbəxlərində geniş yayılmışdır. Kartof, soğan, bulyon, sirkə (alma sirkəsi də ola bilər), günəbaxan yağı və ya üzüm toxumu yağı, yaşıl soğan, hisə verilmiş bekondan istifadə olunur, zirə, istiot kimi ədviyyatlar və zövqə görə duz əlavə olunur.
Kartofəzən
Kartofəzən — kartof püresi və alma püresi kimi yeməklər hazırlanarkən yumşaq ərzağı əzmək üçün istifadə edilən ləvazimat. Digər əzmə üsulları ilə müqayisədə kartofəzəndən istifadə etməklə əzilmiş kartof daha yumşaq və yüngül olur. Çünki bu mətbəx avadanlığı daha az nişasta buraxaraq kartofun formasının zədələnməsinin qarşısını alır. == Quruluşu == Kartofəzən şaquli və ya yanakı dəstəklə birləşən əzici başlıqdan ibarətdir. Başlıq çox vaxt yuvarlaq ziq-zaq şəklində böyük ölçülü mis hissədən və ya deşiklər və ya uzununa yarıqlardan ibarət olur. Əvvəllər taxtadan hazırlansa da, indi daha mürəkkəb dizaynlar tətbiq edilir. Taxtadan hazırlanan kartofəzəndən Şotlandiyada indi də istifadə olunur və "Kartof-pıspısa" və ya sadəcə "Pıspısa" adlanır. == İstifadəsi == Kartofəzəndən daha çox kartof əzmək üçün istifadə olunsa da, müxtəlif ərzaqları da əzmək üçün işlənə bilər. Daha çox ev mətbəxlərində tətbiq edilsə də, kommersial mətbəxlərdə də istifadə edilir. Peşəkar kommersial mətbəxlərdə istifadə edilən kartofəzənlərin ölçüsü böyük olur (eni 32 düymə qədər).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 43.49 dəfə / 1 mln.
2002 ••••••••••• 54.82
2003 •••• 16.53
2004 •••••• 32.00
2005 •••••••• 37.79
2006 •••••••••••••• 72.08
2007 •••••••••••••••••• 96.20
2008 •••••••••••••••••••• 107.68
2009 ••••••••••••••••• 90.39
2010 •••••••••• 52.56
2011 •••••••••• 49.67
2012 ••••••••••••• 69.87
2013 ••••• 26.84
2014 •••• 18.71
2015 •• 7.49
2016 ••• 11.28
2017 ••• 12.68
2018 •••• 18.13
2019 ••• 14.74
2020 ••••••• 32.49

kartof sözünün leksik mənası və izahı

  • 1 is. [alm.] 1. Yumrusu torpağın altında yetişən, nişasta ilə zəngin bitki. 2. Həmin bitkinin qida kimi işlədilən yumrusu. – Evin xanımı tez o tərəfə keçib balaca boşqaba bir-iki parça qızardılmış kartof qoydu. M.Hüseyn. Arvad soyduğu kartofu bir yana qoyub, təəccüblə Qəribova yaxınlaşdı. S.Rəhman. □ Kartof unu – kartofdan hazırlanan nişasta.

    Azərbaycan dilinin izahlı lüğəti / kartof

kartof sözünün etimologiyası

kartof sözünün rus dilinə tərcüməsi

  • 1 1. картофель; 2. картофельный;

    Azərbaycanca-rusca lüğət / kartof
  • 2 I сущ. картофель, картошка: 1. огородное растение, клубни которого богаты крахмалом. Kartofun çiçəkləməsi цветение картофеля 2. клубни этого растения, употребляемые в пищу. Kartof yığımı уборка картофеля, soyutma kartof вареная картошка, kartof məhsulu урожай картофеля, kartof dənəsi картофелина, kartof anbarı картофелехранилище, kartof tədarükü картофелезаготовка II прил. картофельный: 1. относящийся к картофелю. Kartof zəmiləri картофельные поля, kartof qabığı картофельная шелуха, kartof əziyi животнов. картофельная мезга, kartof böcəyi зоол. картофельный жук, kartof kombaynı с.-х. картофельный комбайн 2. приготовленный из картофеля, с картофелем. Kartof püresi картофельное пюре, kartof unu (nişastası) картофельная мука (крахмал)

    Azərbaycanca-rusca lüğət / kartof

kartof sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. potato; qızardılmış ~ fried potatoes; chips pl.; soyutma ~ boiled potatoes, potatoes boiled in their skins / jackets; közdə bişmiş ~ baked potatoes, potatoes baked in their skins / jackets; təzə ~ new potatoes pl.; ~ soymaq to peel potatoes II. s. potato; ~ qabığı potato peelings, peels of potato; ~ püresi potato mash, mashed potatoes pl.; ~unu potato flour

    Azərbaycanca-ingiliscə lüğət / kartof

kartof sözünün fransız dilinə tərcüməsi

  • 1 is. pommes de terre f pl ; qızardılmış ~ pommes de terre frites ; soyutma ~ pommes de terre bouillies en robe de chambre ; ~ püresi purée f de pommes de terre

    Azərbaycanca-fransızca lüğət / kartof

kartof sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [alm.] сущ. картуф; // картуфдин (мес. къафун); kartof unu картуфдин гъуьр, картуфрикай авур крахмал.

    Azərbaycanca-ləzgicə lüğəti / kartof

kartof sözünün türk dilinə tərcüməsi

"kartof" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kartof nədir? #kartof sözünün mənası #kartof nə deməkdir? #kartof sözünün izahı #kartof sözünün yazılışı #kartof necə yazılır? #kartof sözünün düzgün yazılışı #kartof leksik mənası #kartof sözünün sinonimi #kartof sözünün yaxın mənalı sözlər #kartof sözünün əks mənası #kartof sözünün etimologiyası #kartof sözünün orfoqrafiyası #kartof rusca #kartof inglisça #kartof fransızca #kartof sözünün istifadəsi #sözlük