kartof-soğan sözü azərbaycan dilində

kartof-soğan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kartof-soğan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kartof
Kartof (lat. Solanum tuberosum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3–6 gövdədən ibarət, hündürlüyü 50–80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3–4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1–2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
Soğan
Soğan (lat. Allium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qida məhsulu kimi mətbəxdə bişmiş və çiy halda istifadə edilir. Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-nin Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin. Allium ampeloprasum L. Mavi soğan (Allium caeruleum Pall.) Adi soğan (Allium cepa L.) Uzunerkəkcikli soğan (Allium macrostemon Bunge) Sarımsaq (Allium sativum L.) Qaya soğanı (Allium saxatile Bieb.) Parlaq soğan (Allium splendens Willd. ex Schult. et Schult.
Kartof kababı
Kartof kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. == Hazırlanması == Kartof kababı bişirilərkən şişə taxılmır, ət məhsullarından hazırlanmış kabablar bişirildikdən sonra manqalda közə basdırılır. == İstifadə == Süfrəyə verilərkən kartofun qabığı bıçaq vasitəsilə qaşınaraq təmizlənir.
Kartof pirojnası
Kartof pirojnası — dairəvi formada olan şokoladlı biskvit. Əsas dadı kakaolu olub, eyni həcmli hissəcikdən ibarətdir. == Haqqında == Dairəvi formanı vermək üçün xüsusi kremdən və biskvit ovuntularından istifadə edirlər. Kirpi formasını vermək üçün burun hissəsi daha dik hazırlanır. Üzərindəki iynələr isə badam ovuntularından və ya tumdan istifadə olunur.
Kartof püresi
Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato) — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır. == Hazırlanması == === Ümumi məlumat === Kartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir. === Ərzaqlar === 5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür) 60 qrama yaxın kərə yağı 0,5 (yarım) stəkan süd 1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar) Duz İstiot === Hazırlanma qaydası === Kartofları yuyub orta ölçülü qazana yerləşdirin.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kartof şorbası
Kartof şorbası (alm. Kartoffelsuppe‎) — alman və avstriya mətbəxinə məxsus, əsas inqrediyenti kartof olan ənənəvi şorba. Çox qatı olduğunda şorba kartof ayntopfu adlandırılır. Azərbaycan mətbəxində də kartof şorbası mövcuddur. == Tərkibi == Kartof şorbasının tərkibi ət suyu, kartof, soğan, yağ, un, duz, bəzən isə yumurta sarısı və süd kimi ərzaqlardan istifadə olunur. == Hazırlanması == Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurulduqdan sonra unla qarışdırılır. Doğranmış kartoflar və duz əlavə edilərək bişirilir. Bişən şorbanı blender vasitəsilə püre halına gətirilir. Ayrı bir qabda hazırlanan yumurta və süd qarışığı şorbaya əlavə oluna bilər. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə verilir.
Kartof yeyənlər
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Adi soğan
Adi soğan (lat. Allium cepa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Həmçinin, soğan sözü bu bitkinin qida kimi istehlak olunan soğanağı üçün də istifadə olunur. Bitkinin qida olaraq istifadə olunan, yaşıl torpaqüstü hissəsi yaşıl soğan (təzə soğan) kimi tanınır. Soğanın soğanağının diametri 15 sm-ə qədər olur, lay-lay nazik təbəqələrdən ibarətdir. Üst qabığı quru olub, sarı, bəzən də ağ və ya bənövşəyi rəngdə olur. Soğanağın daxili ətli hissəsi ağ, yaşılaçalan, yaxud bənövşəyi rəngdə olur. Adi soğanın yarpaqları borucuqşəkilli olub, tünd yaşıl rəngdədir.
Mavi soğan
Mavi soğan (lat. Allium caeruleum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Nerinyarpaq soğan
Nəhəng soğan
Nəhəng soğan (lat. Allium giganteum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Parlaq soğan
Parlaq soğan (lat. Allium splendens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qara soğan
Qara soğan (lat. Allium nigrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Soğan (Allioideae)
Soğan (cins)
Soğan bozbaşı
Bozbaş və ya Bozartma — Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü "bozardılmış aş" sözlərinin birləşməsindən əmələ gəlmişdir. 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir.
Soğan dolması
Soğan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. qoyun əti — 163 q, baş soğan — 178 q, düyü — 15 q, qoyun quyruğu — 20 q, ərinmiş yağ — 20 q, qatıq — 50 q, darçın — 0,1 q, istiot — 0,1 q, duz. Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləışdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.
Soğan milçəyi
Soğan milçəyi (lat. Delia antiqua) — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ. Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır. Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görədə az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur.
Soğan tortu
Soğan tortu (alm. Zwiebelkuchen‎) — Maya və ya acıtmalı xəmir,soğan, bekon, krem və zirə toxumundan Almaniyada hazırlanan tort.
Uzunerkəkcikli soğan
Uzunerkəkcikli soğan (lat. Allium macrostemon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Çəhrayı soğan
Çəhrayı soğan (lat. Allium roseum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qəribə soğan
Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir. Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır.
Üçfutluq soğan
Üçfutluq soğan (lat. Allium tripedale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir (CR A2c+3c; B2b (ii, iii, v)). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir, soğanağı şarvari, 1, 5 sm enindədir. Gövdə yoğun, bütöv, 50–80 sm hündürlüyündə, əsası sonuncu yarpağın ağ qını ilə örtülmüşdür. Yarpaqlar 10–15 mm enindədir. Çiçəkqrupu yarımkürəşəkilli, 4–5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından qısadır. Qutucuq dairəvi, üçtilli, çiçəkyanlığından 2 dəfə qısadır.
Soğan qübbəsi
Soğan qübbəsi — Soğan formasına bənzəyən günbəzdir. Bu qübbələrin diametri, ümumiyyətlə, üzərində qurulduqları günbəz barabanından daha böyükdür və uzunluqları çox vaxt enini üstələyir. Bu soğan formalı strukturlar hamar bir şəkildə bir nöqtəyə doğru daralır. Bu, Rusiya və Ukraynada eyni zamanda Almaniyanın kilsə günbəzləri üçün üstünlük təşkil edən formadır. O, müntəzəm olaraq Avstriya, Çexiya, Şimal-Şərqi İtaliya, Şərqi Avropa, Moğol İmperiyası, Yaxın Şərq və Mərkəzi Asiyada tikilmişdir. Soğan qübbələrinin niyə və nə vaxt rus memarlığının tipik xüsusiyyətinə çevrildiyi tam aydın deyil. Bizans kilsələri və Kiyev arxitekturası günbəz nağarasının üzərində ucaldılmış xüsusi damı olmayan daha böyük, daha düz günbəzləri ilə tanınırdı. Bu qədim formadan fərqli olaraq, sac və ya plitələrlə örtülmüş rus kilsəsinin hər bir günbəz nağarası xüsusi metal və ya taxta konstruksiya ilə örtülmüşdür. On doqquzuncu əsrin sonlarında I Pyotrun hakimiyyətinə qədərki əksər rus kilsələrində soğan formalı günbəzlər var idi. Ən böyük soğan qübbələri XVII əsrdə böyük ampülləri ilə məşhur olan Yaroslavl ətrafındakı bölgədə əkilmişdir.

Oxşar sözlər

#kartof-soğan nədir? #kartof-soğan sözünün mənası #kartof-soğan nə deməkdir? #kartof-soğan sözünün izahı #kartof-soğan sözünün yazılışı #kartof-soğan necə yazılır? #kartof-soğan sözünün düzgün yazılışı #kartof-soğan leksik mənası #kartof-soğan sözünün sinonimi #kartof-soğan sözünün yaxın mənalı sözlər #kartof-soğan sözünün əks mənası #kartof-soğan sözünün etimologiyası #kartof-soğan sözünün orfoqrafiyası #kartof-soğan rusca #kartof-soğan inglisça #kartof-soğan fransızca #kartof-soğan sözünün istifadəsi #sözlük