* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bostan bitkisi və bu bitkinin lüləşəkilli yeməli yarpaqları və qat-qat qabıqlardan ibarət kökü. Baş soğan. – Soğan da meyvə cərgəsinə keçdi. (Məsəl). Bir dəqiqə əvvəl soyulmuş soğanın acısından [Xavərnisənin] gözləri yaşarmışdı. T.Ş.Simurq. ◊ Soğan (qabığı) kimi soyulmaq – varyoxu tamamilə əlindən çıxmaq və ya əlindən alınmaq; müflisləşmək. Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əsir düşən qızı deyil, qaragözlü bir Bağdad gözəlini gördülər. M.S.Ordubadi. [Məşədi Məmməd:] [Qazı] mənə bir dil tökdü, yazdı, verdi. Soğan kimi soyuldum, gəldim. R.Əfəndiyev. Soğan kimi qabığını soymaq – bütün var-yoxunu əlindən almaq. Kefinə (ovqatına) soğan doğramaq – bax kef. Saqqala soğan doğramaq – bax saqqal. Ürəyi soğan kimi soyulmaq – bax ürək.
Azərbaycan dilinin izahlı lüğəti / soğan1 Bu sözün sinonimi qucğundu kəlməsi olub. Quc “обнимать” deməkdir. Qucğundu “qucaqlaşmış” mənasını əks etdirir. Qucaq sözü də quc feilindən əmələ gəlib. Deməli, soğan da elə sarınmaq, sarmaşmaq kəlməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / soğan2 I сущ. лук: 1. огородное растение сем. лилейных, овощ. Soğan əkmək посадить лук, soğan ləki грядка лука 2. съедобные трубчатые листья или луковицы этого растения. Göy soğan зеленый лук, baş soğan репчатый лук, soğan qızartması жареный лук II прил. луковый: 1. относящийся к луку. Soğan qabığı луковая шелуха, soğan qoxusu луковый запах 2. приготовленный с луком, из лука. Soğan sousu луковый соус; зоол. soğan milçəyi луковая муха ◊ soğan başı deyil не обсевок в поле (о том, кто не хуже других); soğan qabığı kimi soymaq kimi обдирать, ободрать, обирать, обобрать как липку кого; kefinə soğan doğramaq kimin портить, испортить настроение кому, кого, чьё; насолить (навредить) к ому
Azərbaycanca-rusca lüğət / soğan1 I. i. onion; göy ~ spring onions pl. II. s. onion; ~ qabığı onion-skin; ~ ləki onion bed
Azərbaycanca-ingiliscə lüğət / soğan1 сущ. чичӀек, чичӀег; baş soğan кьил чичӀек; göy soğan къацу чичӀек (чичӀекдин къаз); // чичӀекдин (мес. тум); чичӀекрин (мес. лак); ** soğan (qabığı) kimi soyulmaq хам алаж хьун, вири авай-авачир гъиляй акъатун (ва я акъудун), банкрот хьун, кӀватун; soğan kimi qabığını soymaq хам хтӀунун, хам алажун, вири авай-авачир гъиляй къахчун; kefinə (ovqatına) soğan doğramaq кил. kef; saqqala soğan doğramaq кил. saqqal; ürəyi soğan kimi soyulmaq кил. ürək.
Azərbaycanca-ləzgicə lüğəti / soğan