Toğan sözü azərbaycan dilində

Toğan

Yazılış

  • Toğan • 81.2500%
  • toğan • 18.7500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəki Vəlidi Toğan
Əhməd Zəki Vəlidi Toğan (Başqırdca: Әхмәтзәки Әхмәтшаһ улы Вәлиди, Äxmätzäki Äxmätşah ulı Wälidi}}, bəzən Validi, 10 (22) dekabr 1890 və ya 1890, Kuzyanovo[d], Ufa quberniyası – 26 iyul 1970 və ya 1970, İstanbul) — başqırd tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri. Əsl adı Əhməd Zəkidir. Rusiyada ikən Validov soyadınından, Türkiyəyə gəldikdən sonra isə Toğan soyadından istifadə etmişdir. "Toğan" sözü "doğan" sözünün qıpçaq türkçəsindəki qarşılığı, başqırd türkçəsindəki şəklidir. 10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi. 1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı.
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Toğanalı
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Toğanalı-Kəlbəcər avtomobil yolu
Toğanalı-Kəlbəcər avtomobil yolu və ya Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu — Göygöl şəhərindən Kəlbəcər şəhərinə Murovdağ silsiləsindən keçərək gedən birbaşa avtomobil yolu. Avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonunun İstisu qəsəbəsində bitəcək. Kəlbəcər 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra 25 noyabr 2020-ci ildə Azərbaycana təhvil verilmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Magistral yolun üzərində yerləşən 11,6 kilometrlik Murovdağ tunelinin təməli İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur. Həmin gün uzunluğu 72,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda tikintisi nəzərdə tutulan 3,4 kilometr uzunluğunda tunelin tikintisinə başlanılmışdır.
Toğanalı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Toğanşahlu Boyat
Toğanşahlu Boyat — İrəvan xanlığının Sürməli mahalında kənd adı. XIX əsrə aid məlumatda Toxanşalu-Bayat kimidir.XIX əsrə aid mə’lumatda Toxanşalu-Bayat kimidir 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sonra ermənilər yerləşmişlər. Kənd 1935-ci ildə ermənicə Masis adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Tokanşalu Sufla ("aşağı") adlı iki kənd göstərilir. Sonralar bu iki kəndi bir-birindən fərqləndirmək üçün biri Tokanşalu Boyat (yəni "Boyat kəndi yaxınlığında Tokanşalu kəndi), dtgəri Tokanşalu Qacar (yəni "Qacar kəndi yaxınlığında Tokanşalu kəndi") adlandırılmışdır. Toponimin sonluğunu təşkil edən "şalu" sözü göstərir ki, Tokan tayfa adıdır. Tokan (əsli Toğan, yaxud Tuqan) mənşəyi və tarixi aydın olmayan qədim tayfa adıdır. Albaniyanın Arsak (Dağlıq Qarabağ) bölgəsində ("Alban tarixi", I kitab, 28-ci fəsil) hələ V əsrin əvvəllərində Dib-Toqan (ermənicə yazılışda Divtakan kimidir). (X əsr ərəb müəllifi İstəxrinin məlumatında Divdakan), XIII əsrdə yenə orada Taqan (ermənicə yazılışı Taqanans kimidir kənd adları məlumdur.

toğan sözünün leksik mənası və izahı

toğan sözünün etimologiyası

  • 1 Şahin növüdür, mənbələrdə duyğun kimi verilib. Torağay (çəkik də deyiblər) yerinə, duyğar yazılıb. Görünür, duymaq feili ilə bağlıdır. Tərlan sözünün sinonimi kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / toğan

"toğan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#toğan nədir? #toğan sözünün mənası #toğan nə deməkdir? #toğan sözünün izahı #toğan sözünün yazılışı #toğan necə yazılır? #toğan sözünün düzgün yazılışı #toğan leksik mənası #toğan sözünün sinonimi #toğan sözünün yaxın mənalı sözlər #toğan sözünün əks mənası #toğan sözünün etimologiyası #toğan sözünün orfoqrafiyası #toğan rusca #toğan inglisça #toğan fransızca #toğan sözünün istifadəsi #sözlük