toran sözü azərbaycan dilində

toran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • toran • 47.5806%
  • Toran • 45.9677%
  • TORAN • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Toran (film, 2008)
Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir. Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.
Boris Yeltsin: Sübhdən toranadək
Boris Yeltsin: Sübhdən toranadək (rus. Борис Ельцин: от рассвета до заката Sovet partiya məmuru və Rusiya prezidenti işlədiyi dövrdə Boris Yeltsinin əvvəlcə şəxsi cangüdəni, daha sonra Prezidentin mühafizə xidmətinin rəisi olmuş Aleksandr Korjakovun xatirələr kitabıdır. 1997-ci ildə çap olunmuş kitabda Yeltsinin və ailəsinin şəxsi həyatı, siyasi hadisələr və həmçinin pərdəarxası intriqalarla bağlı maraqlı məqamlar yer alır. Korjakovun iddiasına görə, prezidentə yaxın olan oliqarx Boris Berezovski bu kitabı çap etməmək üçün ona 5 milyon dollar təklif etsə də, müəllif razılaşmamışdır. == Xarici keçidlər == Александр Коржаков.
Bulbophyllum toranum
Bulbophyllum toranum (lat. Bulbophyllum toranum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Toranomon insidenti
Toranomon insidenti (虎ノ門事件, Toranomon ciken) – 27 dekabr 1923-cü ildə Daysuke Nanba tərəfindən Yaponiya imperatorunun regenti Hirohitoya qarşı təşkil olunan sui-qəsd cəhdi. Nanba sui-qəsd cəhdi üçün solçu idealogiyadan təsirlənməklə yanaşı, 1910-cu ildə Vətənə xəyanət insidentinə görə edam edilmiş Kotoko Şusuinin intiqamını almaq istəyirdi. İnsidentdən sonra Nanba edam edilmiş və baş nazir Yamamoto Qonnohyoe istefa vermişdir. Yamaquçi prefekturasının nüfuzlu ailələrindən birindən olan Daysuke Nanba imperiya sisteminin dəstəkçisi idi və hətta orduda karyera qurmağı planlaşdırmışdı. Lakin 1919-cu ildən etibarən solçu mühazirələrinə qatılmış, seçki hüququ aksiyalarında iştirak etmiş, Vətənə xəyanət insidenti haqqındakı hesabatları oxumuş və siyasi mövqeyi dəyişmişdi. 1921-ci ildə Kavakami Hacime tərəfindən yazılmış məqalədə Rusiya inqilabçılarının fədakarlıqları təsvir olunmuşdu və bu, Nanbaya böyük təsir göstərmişdi. Nanba belə qərara gəlmişdi ki, inqilab üçün fədakarlıq mütləqdir. Nəhayət 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra Yaponiya hökumətinin yerli koreyalılara, sosialistlərə və anarxistlərə divan tutması Nanbanı qəzəbləndirmiş və o, hərəkətə keçməyə qərar vermişdir. Sui-qəsd cəhdi 23 dekabr 1923-cü ilin səhər saatlarında, Tokio şəhərinin Toranomon adlı bölgəsində baş vermişdir. Həmin gün Hirohito parlamentin yeni sessiyasını açmağa hazırlaşırdı.

toran sözünün leksik mənası və izahı

  • 1 is. 1. Səhər hava işıqlanan və ya axşam hava qaralmağa başlayan vaxt; alaqaranlıq. Axşam toranı. – [Kazım] səhər toranında meşəyə girdi. M.İbrahimov. □ Toran çağı (vaxtı) – səhər havanın hələ işıqlanmadığı və ya axşam hələ qaranlıq düşmədiyi vaxt; alaqaranlıq. Toran çağı bir zorba kişi asta-asta o evə gedir. S.Rəhimov. Toran qovuşmaq (qarışmaq, düşmək, çökmək) – bax toranlaşmaq 1-ci mənada. [Nazlı Ağabəyimə:] Daha toran qovuşur, evə gedək. Çəmənzəminli. Toran qarışıb duman çökəndə Hümmət evinin dalına hərlənib Qarakişini səslədi. B.Bayramov. 2. məc. Qaranlıq, duman. Neçin gözlərində aləm torandır; Yoxsa əcəl gəlir, axır zamandır? M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / toran

toran sözünün sinonimləri (yaxın mənalı sözlər)

toran sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 TORAN – DAN Toran qovuşurdu... (M.Süleymanov); Qəlbində hər çinlinin gün doğar, dan sökülər (S.Rüstəm). TORAN – SÜBH Bildik, əlimizdədir bizim sübhün açarı (S.Rüstəm); Toran qarışırdı.

    Azərbaycan dilinin antonimlər lüğəti / toran

toran sözünün rus dilinə tərcüməsi

  • 1 сумерки, сумрак, полумрак

    Azərbaycanca-rusca lüğət / toran
  • 2 I сущ. 1. сумерки (полумрак между заходом солнца и наступлением ночи, а также предрассветный полумрак). Axşam toranı вечерние сумерки, səhər toranı утренние сумерки, toran qovuşur (qarışır, düşür) падают (опускаются, ложатся) сумерки 2. сумрак (неполная темнота) II прил. 1. сумеречный (такой, какой бывает в сумерки). Toran vaxtı сумеречное время, toran görmə физиол. сумеречное зрение 2. мрачный (погруженный во мрак, темный). Toran gecələr мрачные ночи 3. сумрачный. Toran hava сумрачная погода III предик. torandır сумрачно, сумеречно. Meşə toran idi в лесу было сумрачно ◊ toran görmək нечетко видеть; видеть как сквозь пелену

    Azərbaycanca-rusca lüğət / toran

toran sözünün inglis dilinə tərcüməsi

toran sözünün fransız dilinə tərcüməsi

toran sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хурушум (экуьнехъ ва ряденихъ йифни югъ ччара жедай вахт); рагъдан, хуьшуьн (нянихъ югъ мичӀи жедай вахт); toran çağı (vaxtı) хурушум вахт (экуьнен ва ряденин); хуьшуьн (ряденин); toran qovuşmaq (qarışmaq, düşmək, çökmək) кил. toranlaşmaq 1); 2. пер. мичӀи.

    Azərbaycanca-ləzgicə lüğəti / toran

toran sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağcabədi, Ağdam, Ağdərə, Gədəbəy, Şəmkir, Tərtər, Tovuz) axşam qaranlıq düşən vaxt ◊ Toran vurmax (Ağdərə) – qaranlıq düşmək. – Yolda məni toran vurdu. Toran qarışmax (Ağdam, Ağcabədi) – qaranlıq düşmək. – Birəzdən toran qarışajax, vaxtkən dur, yığış gedəx’ (Ağdam); – Toran qarışır, öküzdəri sal pəyyə (Ağcabədi). Toran tüşməx’ (Ağcabədi, Ağdam, Ağdərə, Gədəbəy, Tovuz, Şəmkir) – qaranlıq düşmək. – Toran tüşməmiş yola çıxın kin, gejix’mə:- siηiz idarıya (Gədəbəy); – Toran tüşməmiş işıx gözünə malları pəyyə sal (Tovuz). Toran çalmax (Bərdə, Tərtər) – qaranlıq düşmək. – Toran çalmışdı Həsən bizə:ləndə (Tərtər)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"toran" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#toran nədir? #toran sözünün mənası #toran nə deməkdir? #toran sözünün izahı #toran sözünün yazılışı #toran necə yazılır? #toran sözünün düzgün yazılışı #toran leksik mənası #toran sözünün sinonimi #toran sözünün yaxın mənalı sözlər #toran sözünün əks mənası #toran sözünün etimologiyası #toran sözünün orfoqrafiyası #toran rusca #toran inglisça #toran fransızca #toran sözünün istifadəsi #sözlük