Turan sözü azərbaycan dilində

Turan

Yazılış

  • Turan • 99.3676%
  • TURAN • 0.3614%
  • turan • 0.2510%
  • TuraN • 0.0201%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. İlk turanlılar Turun nəslindən gələn iranlı bir qəbilədir. Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq idealogiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.
Azər Turan
Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ədəbiyyat qəzetinin baş redaktoru (2015-ci ildən). Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb (1970–1980). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub (2001–2003). "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) vəzifələrində çalışıb. "Ədəbiyyat qəzeti"nin baş redaktorudur (yanvar 2015). Filologiya üzrə fəlsəfə doktorudur (2010).
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Cəmil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Feyzavər Turan
Feyzavər Turan (türk. Feyzaver Alpsar Turan; 31 dekabr 1919 – 25 aprel 2020, İstanbul) — Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi Səlim Turanın bacısı və sənət qalereyası sahibi. Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə anadan olmuşdur. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla ailə həyatı qurmuşdur. Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilinə İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib. 25 aprel 2020-ci ildə vəfat etmişdir. Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib. Təhsilini bitirdikdən sonra İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açmışdır. Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib.
Mithas Turan
Mithas Turan (Aleksandr Yakovleviç Çerpakov, rus. Александр Яковлевич Черпаков; 21 iyun 1929, Xakasiya dairəsi[d], Sibir diyarı[d] – 1992, Xakasiya) — Xakas yazıçısı, dramaturqu və publisisti, SSRİ Yazıçılar İttifaqının üzvü Əsl adı Aleksandr Yakovleviç Çerpakov olan Mithas Turan 21 iyun 1929-cu ildə Xakasiya Respublikasının indiki Askiz rayonunun Murza ulusunda anadan olmuşdur. Gələcək yazıçının uşaqlıq və gənclik illəri Yuxarı Askiz qəsəbəsində keçmişdir. Orta məktəbi bitirdikdən sonra Abakan Dövlət Pedaqoji İnstitutunda qiyabi təhsil almışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik etmiş, daha sonra "Xakasiya zəhmətkeşləri" ("Хакасский труженик") qəzetində çalışmışdır. 1968-ci ildən ömrünün sonuna qədər "Lenin yolu" ("Ленин чолы") qəzetlərində jurnalist işləmişdir. SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. 6 may 1992-ci ildə Abakanda vəfat etmişdir. Mithas Turanın ilk hekayəsi 1957-ci ildə "Xızıl aal" ("Хызыл аал") qəzetində dərc olunmuşdur. O ilk bədii yazılarını yerli qəzetlərdə və "Sibir işıqları", "Yenisey", "Nov" və başqa ədəbi almanaxlarında nəşr etdirmişdir.
Mitxas Turan
Mithas Turan (Aleksandr Yakovleviç Çerpakov, rus. Александр Яковлевич Черпаков; 21 iyun 1929, Xakasiya dairəsi[d], Sibir diyarı[d] – 1992, Xakasiya) — Xakas yazıçısı, dramaturqu və publisisti, SSRİ Yazıçılar İttifaqının üzvü Əsl adı Aleksandr Yakovleviç Çerpakov olan Mithas Turan 21 iyun 1929-cu ildə Xakasiya Respublikasının indiki Askiz rayonunun Murza ulusunda anadan olmuşdur. Gələcək yazıçının uşaqlıq və gənclik illəri Yuxarı Askiz qəsəbəsində keçmişdir. Orta məktəbi bitirdikdən sonra Abakan Dövlət Pedaqoji İnstitutunda qiyabi təhsil almışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik etmiş, daha sonra "Xakasiya zəhmətkeşləri" ("Хакасский труженик") qəzetində çalışmışdır. 1968-ci ildən ömrünün sonuna qədər "Lenin yolu" ("Ленин чолы") qəzetlərində jurnalist işləmişdir. SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. 6 may 1992-ci ildə Abakanda vəfat etmişdir. Mithas Turanın ilk hekayəsi 1957-ci ildə "Xızıl aal" ("Хызыл аал") qəzetində dərc olunmuşdur. O ilk bədii yazılarını yerli qəzetlərdə və "Sibir işıqları", "Yenisey", "Nov" və başqa ədəbi almanaxlarında nəşr etdirmişdir.
Rəfiq Turan
Rəfiq Turan (türk. Refik Turan; 1956, İsparta) — Türk akademik, Türk Tarix Qurumunun keçmiş prezidenti. Refiq Turan 1956-cı ildə Türkiyənin İsparta ilçəsində anadan olmuş, 1967-ci ildə ibtidai təhsilini, 1974-cü ildə isə İspartada lisey bitirmişdir. 1978-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin bakalavr pilləsini, 1980-ci ildə həmin universitetin Ümumi Türk Tarixi kafedrasında magistraturasını, 1983-cü ildə isə doktoranturanı bitirmişdir. Qazi Təhsil fakültəsinin Sosial Elmlər Təhsili bölməsinin Tarix Təhsili qoluna köməkçi dosent vəzifəsinə təyin olunduqdan sonra 1989-cu ildə dosent, 1995-ci ildə professor adını qazanmışdır. 6 mart 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilmişdir. TTQ-da vəzifəyə başladıqdan sonra ilk öncə 1915-ci il hadisələri üzərində işləyəcəyini açıqlayan Rəfiq Turan diqqətləri hadisələrin akademik, siyasi və təbliğat tərəflərinə yönəltməyə başladı. Hadisələrdə əsas müzakirə mərkəzi Türkiyə və Ermənistan münasibətləri olmasından daha çox başqa güclərin olduğunu açıqladı. Qatıldığı tədbirlərin birində İslamın dünyaya gəlməsini dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu və bu dinin türklər tərəfindən qəbul edilməsi prosesini kimi qeyd etdi. Hələ də Türkiyədə mübahisəli olan Lozanna müqaviləsini müvəffəqiyyətli və qazanılan müharibələrlə mütənasib bir müqavilə olaraq görmədiyini bildirdi.
Turan-Do
Turan (ad)
Turan — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Turan Cavid — Hüseyn Cavidin qızı. Turan Dursun — türk yazıçı, mütəfəkkir, daha əvvəlində imam və müfti. Turan Həsənzadə — Azərbaycan alimi. Arda Turan — türk futbolçu Azər Turan — tənqidçi, publisist, Filologiya üzrə fəlsəfə doktoru (2010), Turan xanım Əmirsüleymani — Rza şahın xanımı.
Turan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Turan (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Turan (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər Tıva Respublikasınana daxildir Digər Turan — Tarixi baxımdan Orta Asiya və Mavərünnəhir adlanan bölgənin adı. Geniş mənada isə türklərin yaşadığı bütün əraziləri bildirir. Turan Tovuz — Azərbaycanın Tovuz rayonunun futbol klubu. Turan informasiya agentliyi — informasiya agentliyi. Turan Air — Azərbaycanda aviaşirkət Turan (veriliş) — Silsilə televiziya verilişi Turan sevgisi (film) — film Uyuk Turan — abidə Turan İntellektual Oyunlar Klubu — intellektual oyunlar klubu.
Turan (tank)
Turan tankı — İkinci Dünya müharibəsi zamanı Çexoslovakiyanın Skoda şirkəti tərəfindən hazırlanan tank. T21 orta tank prototipinin dizaynına əsasən, iki əsas variantda hazırlanmışdır: 40 mm qurğuşun ilə 40M Turan (və ya Turan I) və 75 mm top qülləsi ilə 41M Turan (və ya Turan II) . Ümumi 424 ədəd istehsal edilmişdir.
Turan (Şəki)
Turan (əvvəlki adı: Orconikidze) — Azərbaycan Respublikasının Şəki rayonunun Turan qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Orconikidze qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Orconikidze şəhər tipli qəsəbə Turan şəhər tipli qəsəbə, Orconikidze qəsəbə inzibati-ərazi vahidi Turan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbənin əhalisi 2,150 nəfərdir Qəsəbədə Turan qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Turan (şəhər)
Turan — Rusiya Federasiyasının Tıva Respublikasında şəhər.
Turan Air
Turan AİR - Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkət. "Turan air" aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin təsisçiləri «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İTİ Trading İnternational» amerikan şirkəti olub. 1997-ci ilin yanvar ayında «AZAL» DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.
Turan Bayramov
Turan Rövşən oğlu Bayramov (11 yanvar 2001, Gəncə) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Turan Bayramov 2016-cı ildə Tbilisi şəhərində (Gürcüstan) yeniyetmələr arasında Dünya Çempionatını 11-ci pillədə başa vurdu. Daha sonra Turan Bayramov 2017-ci ildə Sarayevo şəhərində (Bosniya və Herseqovina) yeniyetmələr arasında Avropa Çempionatının bürünc, Afina şəhərində (Yunanıstan) yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu. Turan Bayramov 2018-ci ilin mayında KYRM-da baş tutan gənclər arasında Avropa Çempionatının, iyulunda isə Xorvatiyada baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Turan Bayramov 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Birinci görüşdə onun rəqibi Yeni Zelandiya güləşçisi Vesterli Ainsley oldu. Həmin görüşdə Turan Bayramov rəqibinə 10:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə isə onun rəqibi Pakistan güləşçisi İnayat Ullah oldu. Həm İnayat Ullah, həm də Turan Bayramov birinci görüşlərində qalib gəlmişdi. Bu görüşdə qalib gələn güləşçi, turnirin final görüşünə vəsiqə qazanacağdı.
Turan Cavid
Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı. Turan Cavid Hüseyn Cavid qızı 2 oktyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuş, 1940-cı ildə Bakı şəhəri 189 N-li məktəbi, 1950-ci ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Müharibə illərində — 1942-1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində arxivarius, 1943-1944-cü illərdə həmin komitədə məsul redaktor, 1944-1945-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi, 1945-1949-cu illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində baş laborant, 1950-1953-cü illərdə müəllim (1983-cü ilə kimi), 1953-1967-ci illərdə, eyni zamanda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi, 1968-1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində çalışmışdır. Hüseyn Cavidin ev muzeyi yarandığı gündən ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik etmişdir. Muzeyin yaradılmasında, eksponatların toplanıb sərgiyə hazırlanmasında, onların tədqiqi və təbliğ edilməsində çox böyük xidmətləri olmuşdur. Onun gərgin əməyi nəticəsində bu gün muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondlarında isə 300-dən artıq eksponat toplanmışdır. O, Hüseyn Cavidin ev muzeyinin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və video yazılarla zənginləşdirmişdir. Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H.Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkmişdir. Turan Cavid "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Turan Dursun
Turan FK
Turan Tovuz FK —Azərbaycanın Tovuz şəhərini təmsil edən futbol klubu. Turan FK (Yaypan) — Özbəkistan Pro Liqasında çıxış edən futbol klubu.
Turan Həsənzadə
Turan Həsənzadə – Azərbaycan alimi. 1926-cı ildə Ordubad rayonunun Əylis kəndində ziyalı ailəsində anadan olmuşdur. Turan müəllimin atası Mirzə Vahab kişi dövrünün çox savadlı, ziyalı şəxsiyyətlərindən biri olub. Ərəb, fars dillərini çox mükəmməl bilən Mirzə Vahab islam tarixini dərindən öyrəndiyindən onu çox dürüst qavramışdı. O, 1912-ci ildə Əylis kəndində Üsuli-cədid məktəbi açmış, xalqın maariflənməsi yolunda böyük zəhmət çəkmişdir. 1923-cü ildən Naxçıvan Maarif Komitəsinə dəvət olunan Mirzə Vahab uzun illər burada çalışmış, Naxçıvan İnqilab Komitəsinin üzvü, Ordubad İnqilab Komitəsinin sədri olmuşdur. Göstərdiyi xidmət və fəaliyyət həmişə diqqət mərkəzində olduğundan, gördüyü işlər mükəmməl alındığından Mirzə Vahabın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Sonralar Bakıda Elmlər Akademiyasında Şərq şöbəsinin müdiri işləmiş Mirzə Vahab Həsənzadənin oğlu Turana böyük təsiri olmuşdur. İbtidai təhsilini Əylis kəndində alan Turan Həsənzadə 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq (fars) fakültəsini bitirmişdir. Bir müddət respublikamızın şimal bölgəsində pedaqoji fəaliyyətlə məşğul olan Turan Həsənzadə 1961-ci ildən paytaxta qayıtmış, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda işə qəbul olunmuşdur.
Turan Manafov
Turan Manafov Elman oğlu (19 sentyabr 1998, Bakı) — azərbaycanlı futbolçu. Bakını təmsil edən "Səbail" klubunda oynayır. Turan Manafov futbola əvvəlcə Qarabağın, sonra isə Qəbələnin futbol akademiyasında başlayıb. Daha sonra "Qarabağ"a keçən futbolçu, "Qarabağ"ın 2017-ci il yay toplanışlarına qatılır və Rusiyanın "Axmat" klubu ilə yoldaşlıq oyununda Ansi Aqollini əvəzləyərək meydana çıxır. 2017-ci ildə Qarabağın Azərbaycan Premyer Liqasında bir neçə oyununda adı oyunun iştirak ərizəsinə salınır. Futbolçu həmçinin UEFA Çempionlar Liqasında iştirak edən komandaların gənc futbolçuarının iştirakı ilə keçirilən "UEFA Gənclər Liqası"nın qrup mərhələsinin ilk turunda keçiriləcən "Çelsi" U-19 — "Qarabağ" U-19 oyununda iştirak edir. 2018-ci ildə futbolçu "Sumqayıt" klubuna dəvət edilir. "Sumqayıt"ın əvəzedici komandasının heyətində, Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında meydana çıxır. 2018–19 mövsümundə "Sumqayıt"ın əsas heyətinə dəvət alır və 23 sentyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın "Keşlə" ilə oyununda debüt edir. Mövsümun ikinci yarısında futbolçu "Zaqatala" klubuna icarəyə verilir.
Turan Manafzadə
Turan Manafzadə (Turan İslam qızı Manafzadə; 25 may 1991, Bakı) — Azərbaycan dirijoru, bəstəkarı və pianoçu. 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını almışdır. 1991-ci il may ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Pianist İslam Manafovun qızı olan Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Mimar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub. Turan Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda konsertlər vermişdir. 2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır. 2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışmışdır. 2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılmışdır. O, böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə 2013-cü ilin aprel ayında 2 həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnirini təşkil etmişdir.
Turan Mirzəyev
Turan Mirzəyev (24 sentyabr 1979, Lənkəran) — Azərbaycanı təmsil edən ağır atlet. Turan Mirzəyev Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 327.5 (147.5 + 180.0) nəticə göstərdi və olimpiadanı 9-cu pillədə başa vurdu. Turan Mirzəyev 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2003-cü ildə isə Turan Mirzəyev Yunanıstanda baş tutan Avropa Çempionatının gümüş, Kanadada baş tutan Dünya Çempionatının isə bürünc medallarına sahib oldu. Daha sonra Turan Mirzəyev Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 332.5 (147.5 + 185.0) nəticə göstərdi və olimpiadanı 4-cü pillədə başa vurdu. 2008-ci ildə isə Turan Mirzəyev Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 327 (146 + 181) nəticə göstərdi və növbəti dəfə olimpiadanı 4-cü pillədə başa vurdu.
Turan Muradov
Turan Vaqif oğlu Muradov (5 dekabr 1994, Körpükənd, Zərdab rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Turan Muradov- 5 dekabr 1994-cü ildə, Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşdur. Xasa kənd orta məktəbində təhsilini almışdır. 2013–2014-cü illərdə Füzuli rayonunda müddəti hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra, müddətdən artıq hərbi xidmətə başlayıb. Xidmətdə fərqlənməsinə görə, o gizir hazırlığı kursuna göndərilib. Kursu başa vurduqdan sonra, gizir rütbəsi alıb və manqa komandiri təyin olunub. II Qarabağ Müharibəsində ön cəbhədə döyüşüb. Bir neçə strateji yüksəkliyin azad olunmasında iştirak edib. Suqovuşan, Talış və başqa bir neçə kəndin azad olunması uğrunda döyüşüb.
Turan Məhərrəmov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Beynəlxalq Turan Oyunları Komitəsi
Fərhad Turanlı
Fərhad Turanlı (26 dekabr 1960, Çiçəkli, Sabirabad rayonu) — tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin Humanitar elmlər fakültəsinin Ümumi və Slav dilləri kafedrasının professoru.. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019–2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. Turanlı Fərhad Qardaşxan oğlu 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977–1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979–1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində, o cümlədən Pırikarpatiya Polis akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1986-cı ildə ailə həyatı qurmuşdur (bir övladı və bir nəvəsi var). Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Ukraynanın Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakültəsini bitirib. 1993–1996-cı illərdə Ukraynanın Pırikarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tədqiqat işləri aparmaqla bərabər, 1994–1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs.
II Turanşah
Turanşah — Səlcuq şahzadəsi, Toğrul şahın kiçik oğlu. 1177-ci ildə qardaşı Arslanşahı məğlub edərək taxta gəlmişdi. Hakimiyyəti cəmi 7 il çəkmiş, Kirmanda vəfat etmişdir. Məhz onun dövründə Kirmana Oğuz hücumları başlamışdı.
I Turanşah (Kirman)
Turanşah (XI əsr – 1096, Böyük Səlcuq İmperiyası) — Qavurd bəyin oğlu, Kirman hakimi. Qardaşı Sultanşahın ölümündən sonra taxta çıxmışdır. Onun dövründə Böyük Səlcuqlarla əlaqələr yenidən pisləşmiş, Türkan xatun müharibə vəziyyəti yaratmışdı.1097-ci ildə Fars vilayəti uğrundakı döyüşdə Türkan xatunun ordusu məğlubiyyətə uğrasa da Turanşah döyüşdə aldığı yaradan tezliklə vəfat etmişdi. Kirmandakı Məlik Turanşahi Məscidi onun əmri ilə tikdirilmişdir.
I Turanşah (Kirman Səlcuq hökmdarı)
Turanşah (XI əsr – 1096, Böyük Səlcuq İmperiyası) — Qavurd bəyin oğlu, Kirman hakimi. Qardaşı Sultanşahın ölümündən sonra taxta çıxmışdır. Onun dövründə Böyük Səlcuqlarla əlaqələr yenidən pisləşmiş, Türkan xatun müharibə vəziyyəti yaratmışdı.1097-ci ildə Fars vilayəti uğrundakı döyüşdə Türkan xatunun ordusu məğlubiyyətə uğrasa da Turanşah döyüşdə aldığı yaradan tezliklə vəfat etmişdi. Kirmandakı Məlik Turanşahi Məscidi onun əmri ilə tikdirilmişdir.
Macar Turançılığı
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir. Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır.
Neoseiulus turangae
Neoseiulus turangae (lat. Neoseiulus turangae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Turan-T Tovuz İK
Turan Tovuz FK — Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 23 fevral 1992-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir. "Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb. 10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib. Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir. Azərbaycan çempionatı: Qızıl medal (1) — 1993/1994 Gümüş medal (1) — 1994/1995 Bürünc medal (2) — 1992, 1993 "Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib. Mənbə: uefa.com Son yenilənmə: 30 avqust 2010 Azərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir.
TuranBank
TuranBank 1992-ci il iyun ayının 12-də, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. Bu gün Bank ölkə iqtisadiyyatının, regional ticarətin, sahibkarlığın və ümumilikdə ölkənin qeyri-neft sektorunun inkişafına özünün uğurlu layihələri ilə dəstək olan etibarlı, seçilən banklardan birinə çevrilib. Fəaliyyəti ərzində TuranBank geniş təcrübə və müştəri etimadı qazanmış, yüksək keyfiyyətli xidmət və rəqabətqabiliyyətli məhsullar təklif edən universal bir banka çevrilmişdir. Hazırda Bankımızın 16 satış nöqtəsi vardır ki, onların da 9-u regionlarda – Qazax, Ağstafa, Tovuz, Gəncə, Sumqayıt, Ağcabədi, Xaçmaz, Zaqatala və Cəlilabadda yerləşir.
Turan Ağa xanım Qovanlı-Qacar
Turan Ağa xanım Nasirəddin şah qızı Qovanlı-Qacar (1862-1916)—Qacar şahzadəsi, şair, xəttat. Nasirəddin şahın qızı Turan Ağa xanım 1862-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Anası Xazənəddövlə xanımdır. Saray təlim-tərbiyəsi görmüşdü. Şair idi. Xoştəb şeirlər yazırdı. Xəttatlığı da vardı. Xoş xətlə kitab üzü köçürürdü. Turan Ağa xanım Furuğəddövlə ləqəbini daşıyırdı. 1904-cü ildə qardaşından və ərindən xəbərsiz Avropaya qaçmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 39.36 dəfə / 1 mln.
2002 ••• 10.28
2003 ••••• 23.23
2004 ••••• 24.93
2005 •••••••••••• 58.03
2006 ••••••••• 44.82
2007 ••••• 24.95
2008 ••••• 20.71
2009 ••••••••• 40.96
2010 ••••••••••••• 64.36
2011 ••••••••••• 52.59
2012 ••••••• 31.67
2013 •••••••• 36.47
2014 ••••• 22.31
2015 •••• 17.52
2016 ••• 13.19
2017 ••• 13.66
2018 •••••••••••••••••••• 101.13
2019 •••••••••••• 58.28
2020 •••• 18.57

"turan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#turan nədir? #turan sözünün mənası #turan nə deməkdir? #turan sözünün izahı #turan sözünün yazılışı #turan necə yazılır? #turan sözünün düzgün yazılışı #turan leksik mənası #turan sözünün sinonimi #turan sözünün yaxın mənalı sözlər #turan sözünün əks mənası #turan sözünün etimologiyası #turan sözünün orfoqrafiyası #turan rusca #turan inglisça #turan fransızca #turan sözünün istifadəsi #sözlük