talan-tarac sözü azərbaycan dilində

talan-tarac

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • talan-tarac • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Talan
Poqrom (rus sözüdür (погром), kökü "громить" - dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) - kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Termin kimi ilk əvvələr əsasən Rus İmperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar poqrom andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (“Сумгаитский погром”) adlandırılmışdır.
Talan adası
Talan adası — Oxot dənizinin şimal hissəsində yerləşən ada. Ada Tauy körfəzinin qərb kənarında, Maqadandan təxminən 100 km məsafədə yerləşən qayalı ərazidir. O Naqaev buxtasının sahilindən üfüqdə aydın axşamlarda görünür. Rusiyaya aiddir. Sahəsi təxminən 2,5 km²-dir. Onun zirvəsini qayalı silsilələr və bataqlıq çəmənlikləri olan yumşaq bir yayla tutur. Talanın üç tərəfində (cənub, qərb və şərq) hündürlüyü 150 m-ə çatan sıldırımlı qayalıqlar var. Sahilin çox hissəsi kiçik körfəzlərlə kəsilmiş və qayalarla haşiyələnmişdir. Şimal-qərb hissəsində daşlı sahil zonasının yarımdairəsi ilə əhatə olunmuş şirin su gölləri olan alçaq çəmənlik terrası vardır. Orta illik hava temperaturu -2,3 ° C; yanvarın temperaturu -15,8 ° C, avqust ayının temperaturu + 10,6 ° C olur.
Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi. == Baş vermiş hadisələr == Yorq Babeorvski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu.İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub.XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir. Əsassız həbslər, insanların təqibi və şəhərlərin talanması daha sonra ölkə ərazisində onlarla üsyanın baş verməsinə səbəb oldu. Bundan başqa varlıların əmlakını müsadirə etmək adı ilə evləri talayan qızıl ordulular çox vaxt bahalı restoranlarda içki məclisləri təşkil edir və sərxoş olduqdan sonra da şəhər əhalisinə problem yaradırdılar.

talan-tarac sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. грабёж, разбой; talan-tarac etmək разграблять, разграбить; talan-tarac olmaq разграбляться, быть разграбленным

    Azərbaycanca-rusca lüğət / talan-tarac

Oxşar sözlər

#talan-tarac nədir? #talan-tarac sözünün mənası #talan-tarac nə deməkdir? #talan-tarac sözünün izahı #talan-tarac sözünün yazılışı #talan-tarac necə yazılır? #talan-tarac sözünün düzgün yazılışı #talan-tarac leksik mənası #talan-tarac sözünün sinonimi #talan-tarac sözünün yaxın mənalı sözlər #talan-tarac sözünün əks mənası #talan-tarac sözünün etimologiyası #talan-tarac sözünün orfoqrafiyası #talan-tarac rusca #talan-tarac inglisça #talan-tarac fransızca #talan-tarac sözünün istifadəsi #sözlük