talaq sözü azərbaycan dilində

talaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • talaq • 89.6226%
  • Talaq • 7.5472%
  • TALAQ • 2.8302%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Talaq surəsi
65-ci surə
Talaqie TV
«Talaqie TV» (ərəb. «قناة تلاقي»‎) — Ərəb dilində yayımlanan, qərargahı Dəməşq şəhəri olan Suriya telekanalı. Telekanal 6 oktyabr 2012-ci ildən bəri yayımlanır. İnformasiya Nazirliyi və RTV 20 may 2013-cü ildə rəsmi olaraq milli, siyasət, sosial və iqtisadi məsələlərin əhatəsini təmin edən «Talaqie TV» peyk telekanalının yayımına başlamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2009 •• 0.16
2010 •••••••••••••••••••• 2.54
2011 •• 0.17
2013 •• 0.15
2014 •••••• 0.69

talaq sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] köhn. 1. Boşama, boşanma, nikahı ləğv etmə. Məşədi Qulamın talaq məsələsini aralığa qoymaması və hətta o barədə eşitmək belə istəməməsi Cavahirin ərdən çıxmasını daha artıq çətinləşdirirdi. T.Ş.Simurq. □ Talaq (talaqını) almaq – boşanmaq, çıxmaq, ayrılmaq. [Kərbəlayı Qubad:] Bəli, bu gün səndən talaq alacaqdır. Ü.Hacıbəyov. Talaq (talaqını) vermək – boşamaq, çıxarmaq. [Nəbi:] Elə sən, gəl, hacı, bu qızın talaqını ver. Ə.Haqverdiyev. [Minnət xanım:] Bu saat mənim talaqımı ver. Ü.Hacıbəyov. 2. Kəbin kəsilərkən kişinin arvada verdiyi kəbin kağızınla qeyd edilən miqdarda məbləğ (pul). Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / talaq

talaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

talaq sözünün antonimləri (əks mənalı sözlər)

talaq sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. устар. 1. развод (расторжение брака). Talaq (talağını) almaq получить развод, talaq (talağını) vermək дать развод жене, разводиться, развестись с женой 2. указанная в брачном свидетельстве сумма денег, которую обязан дать муж жене при разводе; talaq kağızı разводная (свидетельство о разводе, о расторжении брака)

    Azərbaycanca-rusca lüğət / talaq

talaq sözünün inglis dilinə tərcüməsi

talaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. куьгьн. 1. талакь, тӀалакь, некягь чӀурун; talaq (talağını) almaq талакьар къахчун, ччара хьун, хъфин, хкечӀун (гъуьлуькай); talaq (talağını) vermək талакьар вахкун, ччара хьун, хкудун, рахкурун (паб); 2. магьар, некягьдин пул (некягьдин кагъазда кхьенвай кьадар).

    Azərbaycanca-ləzgicə lüğəti / talaq

"talaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#talaq nədir? #talaq sözünün mənası #talaq nə deməkdir? #talaq sözünün izahı #talaq sözünün yazılışı #talaq necə yazılır? #talaq sözünün düzgün yazılışı #talaq leksik mənası #talaq sözünün sinonimi #talaq sözünün yaxın mənalı sözlər #talaq sözünün əks mənası #talaq sözünün etimologiyası #talaq sözünün orfoqrafiyası #talaq rusca #talaq inglisça #talaq fransızca #talaq sözünün istifadəsi #sözlük