tala-tala sözü azərbaycan dilində

tala-tala

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tala-tala • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Aşağı Tala
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir. Kəndin ərazisi 3.327 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir. == Mədəniyyəti == Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.
Tala (Qaraqoyunlu)
Talakənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Tala formasında qeyd edilir. Toponim «meşədə ağacsız çılpaq yer, sahə, açıqlıq» mənasında işlənən tala sözü ilə «yaşayış məntəqəsi»; mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmiş „ dir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ketahovit qoyulmuşdur. == Əhalisi == == Toponim == Tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində yer.
Tala (meşə)
Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Əsasən insan fəaliyyəti nəticəsində əmələ gəlir. Relyefdən, dəniz səviyyəsinin yüksəkliyindən, məhəllin cəhətlərindən asılı olaraq talada ya çəmən, yaxud da bozqır (çöl) bitkiləri üstünlük təşkil edir. Talalarda bəzən kənd təsərrüfatı bitkiləri əkilir. Taladan biçənək kimi də istifadə olunur. Kiçik Qafqazın dağ meşələrində, əsasən az meyilli yamaclarda çox rast gəlinir.
Yuxarı Tala
Yuxarı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə tikintisi 1910-cu ildə başa çatdırılımış Cümə məscidi var. Məscidin tikintisinin fikir müəllifi və tikintiyə rəhbərlik edən şəxs Şeyx Əhməd Əfəndi Talalı olmuşdur. Məscidin dam örtüyü xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən talalılara hədiyyə edilmişdir [mənbə göstərin] == Əhalisi == Əhalisi 7386 nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Üçüncü Tala
Üçüncü Tala (əvvəlki adı:Dombabinə) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Üçüncü Tala kənd inzibati-ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Dombabinə kənd inzibati-ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılmış və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == Din == Kənddə Dombabinə kənd məscidi dini icması fəaliyyət göstərir.
Həsən xan Tala
Həsən xan və ya Həsən xan Şahsevən (fars. حسن خان شاهسوان‎; d. 1730, Qalaqayın, Muğan mahalı, Səfəvilər dövləti – ö. 1789, Şəmkir, Şəmşəddil sultanlığı) — Şahsevən elinə mənsub olan Cavad xanlığının ikinci xanı, sərkərdə. == Həyatı == Həsən xan XVIII əsrin ikinci yarısında Muğanın, Cavad ərazisinin hakimi olmuşdu. El içində Həsən xanla bağlı bir deyim var: Həsən xan bəzi mənbələrdə "Talе Həsən xan", "Tala Həsən xan" kimi xatırlanır. Həsən xan 1768-ci ildən Fətəli xan Qubalının vassalı olmuşdu. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.
Tala təpə (Urmiya)
Tala təpə (fars. طلاتپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 796 nəfər yaşayır (264 ailə).

tala-tala sözünün rus dilinə tərcüməsi

  • 1 нареч. местами, кое-где, не повсюду. Dəmir tala-tala pas atmışdı железо заржавело местами, qar tala-tala əriyir снег тает местами, проталинами, tala-tala cücərmiş əkin sahələri местами проросшие посевные площади

    Azərbaycanca-rusca lüğət / tala-tala

tala-tala sözünün inglis dilinə tərcüməsi

tala-tala sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#tala-tala nədir? #tala-tala sözünün mənası #tala-tala nə deməkdir? #tala-tala sözünün izahı #tala-tala sözünün yazılışı #tala-tala necə yazılır? #tala-tala sözünün düzgün yazılışı #tala-tala leksik mənası #tala-tala sözünün sinonimi #tala-tala sözünün yaxın mənalı sözlər #tala-tala sözünün əks mənası #tala-tala sözünün etimologiyası #tala-tala sözünün orfoqrafiyası #tala-tala rusca #tala-tala inglisça #tala-tala fransızca #tala-tala sözünün istifadəsi #sözlük