* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Meşədə ağacsız, çılpaq yer, sahə; açıqlıq. Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Çəmənzəminli. Meşə qurtarırkən qarşılarında kiçik bir tala açıldı. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / tala1 Qaraqalpaq dilində “kurqan” (korğan) mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tala1 TALA I is. Meşənin qırılmış və ya əkilmiş biçənək yeri. Nağılda gördüyüm cin-şeytan kimi; Talada çəyirtkə hoppanıb-düşər (Ağa Laçınlı). TALA II f. Dağıtmaq, soymaq. Xəyallar başında at oynadaraq; Ömrünü taladı bir düşmən kimi (H.Billuri).
Azərbaycan dilinin omonimlər lüğəti / tala2 сущ. 1. поляна (ровное пространство, небольшой луг на опушке или посреди леса, иногда покрытое кустарником). Yaşıl tala зелёная поляна 2. прогалина, прогалок (свободное от деревьев место в лесу, лесная поляна или лужайка); 3 кулига, подсека, починок (расчищенное под пашню место в лесу)
Azərbaycanca-rusca lüğət / talaI (Zəngilan) böyürtkən. – Uşaxlar meşiyə tala yığma: getdilər II (Şərur) topa. – Qarpızı tərpətmə, tala dağılar
Azərbaycan dilinin dialektoloji lüğəti.