* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Hamar uzun tüklü, uzun qıçlı, iri ov iti cinsi. …Turac-qırqovul ovunda müvəffəqiyyət tulanın məharət və təcrübəsindən asılıdır. M.Rzaquluzadə. 2. Söyüş mənasında. [Zeynal:] …Sözlərinə bir baxın, nanəciblər, qudurğanlar, tulalar!… C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / tula1 Hərfi mənası “uzun” deməkdir, qulağı uzun it növlərindəndir. Fars dilində buna tazı (taz taxtən, yəni sıçramaq, qaçmaq məsdərinin əsasıdır) deyirlər. Monqol dilində tolay sözü “dovşan” deməkdir. Bəlkə, tula “dovşan tutandır?”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tula2 I сущ. 1. легавая (порода охотничьих собак, отыскивающая дичь чутьем и делающая перед ней стойку) 2. перен. бран. собачка (о человеке). Tula kimi dalınca düşüb ходит за ним (за ней) как собачка; tula kimi quyruq bulayır виляет хвостом, как собачка II прил. легавый
Azərbaycanca-rusca lüğət / tula