talan sözü azərbaycan dilində

talan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • talan • 97.2401%
  • Talan • 2.6679%
  • TALAN • 0.0920%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.55 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 •••••••••••• 6.69
2004 ••••••• 3.71
2005 •••••• 3.37
2006 •••••••••• 5.86
2007 •••••••• 4.44
2008 ••••• 2.68
2009 •••••••••• 5.92
2010 •••••••••••••• 8.26
2011 •••••••••••••••• 9.27
2012 ••••••••••••••• 9.03
2013 ••••••••••• 6.27
2014 ••••••••• 5.32
2015 ••••••••••••• 7.49
2016 •••••••• 4.34
2017 •••••••••••• 6.67
2018 ••••••••••••••••••• 10.94
2019 ••••••••••••••••• 10.01
2020 •••••••••••••••••••• 12.07

talan sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Qarət, çapovul, çapqın, soyğun. Qabaqlarda dağlarda talan və qarətlə məşğul olan quldurlar çoxdan tutulmuşdur. Ə.Vəliyev. 2. Əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı mürtəce şovinistlərin quldurcasına çıxışı, onların mal-mülkünün qarət edilməsi və adamlarının öldürülməsi. Şəhərdə talanlar başlandığı haqqında ciddi şayiələr buraxıldı. M.S.Ordubadi. // məc. Soyğunçuluq. Bu, alver deyil, talandır. □ Talan etmək – bax talamaq. Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu; Eyləyirlər mühafizə xain İran qurdunu. A.Səhhət. Talan olmaq – bax talanmaq. Züleyxa və Cəlil yenicə atasız qalmışlardı. Ataları kəndləri talan olan zaman öldürülmüşdü. T.Ş.Simurq.

    Azərbaycan dilinin izahlı lüğəti

talan sözünün etimologiyası

  • 1 Ad-feil omonimdir: sözün kökü tala feilidir, talanmaq məchul növdür, talan olmaq isə “dağıtmaq”, “gəlir əldə etmək” deməkdir. Talan həm də isim kimi işlədilir (talançılıq...). Fars mənşəli hesab edənlər də var, əslində, öz sözü­müzdür. Cağatay (qədim özbək) dilində də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

talan sözünün sinonimləri (yaxın mənalı sözlər)

talan sözünün rus dilinə tərcüməsi

  • 1 1. погром; 2. грабеж, разбой, ограбление;

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. грабёж, ограбление, разбой: 1) похищение чужого имущества, совершаемое обычно с насилием 2) перен. о явном вымогательстве, о несправедливой убыточной сделке, поборах. Bu alver deyil, talandır это не торговля, а грабёж 2. погром (реакционношовинистическое выступление против какой-л. национальной группы населения, сопровождающееся разграблением имущества и убийствами). Yəhudi talanları истор. еврейские погромы; talan etmək: 1. грабить, ограбить, разграбить. Dükanları talan etmək разграбить магазины, kəndləri talan etmək грабить сёла; 2. разорять, разорить вконец. Müharibə ölkəni talan etdi война разорила страну; 3. расхищать, расхитить. El malını talan etmək расхищать народное добро; talan olmaq см. talanmaq, ограбляться, быть ограбленным; разграбляться, быть разграбленным. Ölkənin var-yoxu talan olub богатство страны разграблено

    Azərbaycanca-rusca lüğət

talan sözünün inglis dilinə tərcüməsi

  • 1 i. robbery, pillage, plunder(ing), pogrom; ~la məşğul olmaq to be* engaged in plunder, to plunder (d.), to pillage (d.); to loot (d.); ~ etmək bax talamaq

    Azərbaycanca-ingiliscə lüğət

talan sözünün fransız dilinə tərcüməsi

talan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. талан, тараш, чапхун; 2. тарашун, къакъудун, ягъун, рекьин, мал-мулк, авай-авачир вири гъиляй къахчун; talan etmək кил. talamaq; talan olmaq кил. talanmaq.

    Azərbaycanca-ləzgicə lüğəti

talan sözünün türk dilinə tərcüməsi

"talan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#talan nədir? #talan sözünün mənası #talan nə deməkdir? #talan sözünün izahı #talan sözünün yazılışı #talan necə yazılır? #talan sözünün düzgün yazılışı #talan leksik mənası #talan sözünün sinonimi #talan sözünün yaxın mənalı sözlər #talan sözünün əks mənası #talan sözünün etimologiyası #talan sözünün orfoqrafiyası #talan rusca #talan inglisça #talan fransızca #talan sözünün istifadəsi #sözlük