talon sözü azərbaycan dilində

talon

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • talon • 82.7586%
  • Talon • 17.2414%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jan Talon
Jan Talon (8 yanvar 1626 – 23 noyabr 1694) — Yeni Fransanın birinci intendantı. Talon 2 dəfə Kral XIV Lyudovik və onun naziri Jan Batist Kolbert tərəfindən Kanada, Akadiya və Nyufaundlendə ədalətin, ictimai asayişin, maliyyənin intendantı kimi xidmət etmək üçün təyin edilmişdir: 1665–1668 və 1670 −1672. Talon kaloniyanın iqtisadi əsasını kürk ticarətindən kənd təsərrüfatına dəyişdirməyə çalışdı, lakin daha çox əhali olmadan buna nail olmaq mümkün deyildi. Talon Yeni Fransaya 800-dən çox kralın qızları (filles du roi) kimi tanınan mühacirlər də daxil olmaqla mühacirlərin gəlməsini təşkil etdi. Onlar burada evlənmək üçün gələn gənc yetim qızlar idilər. Talon evlilik təqaüdləri və körpə mükafatları sayəsində əhalinin artımını canlandırdı. Evlənəndə və yenidən uşaq sahibi olanda cütlüklərə maliyyə kompensasiyası verilirdi. O pivə hazırlamaq üçün kətan və mayaotu kimi yeni məhsullar təqdim edərək, gəmiqayırma zavodu və odun sənayesi başladaraq, dağ-mədən sənayesini ruhlandıraraq Yeni Fransanın iqtisadiyyatını fərqliləşdirməyə çalışdı. Talon Kanadanın Kvebek şəhərində 1668-ci ildə "La Brasseries due Roy" adında ilk pivə zavodunu açdı. Talon həmçinin əhalini, kənd təsərrüfatı istehsalını və çiçəklənən koloniyanın özəl sektorunun artırmaq üzərində işləyirdi.
Patris Talon
Patris Giyom Atanas Talon (fr. Patrice Guillaume Athanase Talon; 1 may 1958, Vida[d]) — Benin siyasətçisi və iş adamı, 6 aprel 2016-cı ildən Benin Prezidenti. == Həyatı == Talon fon kökənlidir və Vidada anadan olmuşdur. Onun kökəni kölə tacirlərindən gəlir. Atası Vidadan, anası Abomeydəki Qedeqbe ailəsindəndir. Seneqalın Dakar Universitetində bakalavr dərəcəsini bitirdikdən sonra Parisdəki Mülki aviasiya milli məktəbinə daxil olmaq istəmişdir. Pilot olmaq arzusunda olan Talon tibbi müayinədən keçə bilmədi və bu arzusu yerinə yetmədi.1983-cü ildə Talon qablaşdırma və kənd təsərrüfatı təchizatı ticarətinə başladı. 1985-ci ildə Beninə qayıtdı və pambıqçılara kənd təsərrüfatı məhsulları təmin edən Qitələrarası Paylama Şirkətini qurdu. 1990-cı ildə Dünya Bankının Qərbi Afrika iqtisadiyyatını liberallaşdırmaq üçün verdiyi tövsiyələrdən sonra Benin pambıq istehsalı zəncirindən çəkilməyə çağrıldı. Talon daha sonra Benində üç pambıq fabriki açma şansı qazandı.
Northrop T-38 Talon
Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 1961–1972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir. 1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir.T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər. Kritik komponentlər bel səviyyəsindədir və texniki heyət tərəfindən asanlıqla əldə edilə bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2006 ••••••••••••••••• 0.68
2010 ••••• 0.18
2011 ••••••• 0.26
2012 ••• 0.09
2013 •••••••• 0.29
2014 ••••• 0.17
2016 ••••• 0.17
2017 •••••••••••••••••••• 0.81
2018 •••••••• 0.30
2019 ••••••••••• 0.42

talon sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. Bir şey almaq hüququ verən kiçik vərəqə şəklində sənəd; pətə. [Adil:] Məktəbdə bir dəst paltar talonunu … başqa bir şagirdə verib dükana yolladılar. B.Bayramov. 2. Çek, order dəftərçəsinin kökündə qalan surəti (dublikatı). 3. Qiymətli kağızların (akkreditivin, aksiyaların və s.-nin) əsas hissəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / talon

talon sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. талон: 1. контрольный листок, дающий право получить что-л. истор. Çörək talonu талон на хлеб, yağ talonu талон на масло, ət talonu талон на мясо 2. дубликат документа, оставляемый в корешке чековой, ордерной и т.п. книжек. Nəzarət talonu контрольный талон 3. основная часть ценной бумаги (акции, аккредитива и т.п.) II прил. талонный. Talon kitabçası талонная книжка, talon sistemi талонная система; uçota düşmə talonu прикрепительный талон, uçotdan çıxma talonu открепительный талон

    Azərbaycanca-rusca lüğət / talon

talon sözünün inglis dilinə tərcüməsi

talon sözünün fransız dilinə tərcüməsi

talon sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] талон (1. са затӀ къачуниз ихтияр гудай гъвечӀи чарчин кӀус; 2. ордер, чек; 3. къиметлу кагъазрин, аккредетивдин, акцийрин ва мс. асул пай).

    Azərbaycanca-ləzgicə lüğəti / talon

talon sözünün türk dilinə tərcüməsi

"talon" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#talon nədir? #talon sözünün mənası #talon nə deməkdir? #talon sözünün izahı #talon sözünün yazılışı #talon necə yazılır? #talon sözünün düzgün yazılışı #talon leksik mənası #talon sözünün sinonimi #talon sözünün yaxın mənalı sözlər #talon sözünün əks mənası #talon sözünün etimologiyası #talon sözünün orfoqrafiyası #talon rusca #talon inglisça #talon fransızca #talon sözünün istifadəsi #sözlük