Balan sözü azərbaycan dilində

Balan

Yazılış

  • Balan • 94.3038%
  • balan • 5.6962%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dan Balan
Dan Mihai Bălan (6 fevral 1979, Kişinyov) — Moldovalı sənətçi, bəstəkar və prodüserdir. O, Moldovanın O-Zone qrupunun və qrupun 32 ölkədə hit-paradlarda birinci olub və bütün dünyada 12 milyon nüsxə satılan beynəlxalq hit sinqlı " Dragostea Din Tei "-nin yaradıcısıdır. Sənətçi Disney Channel Rumıniya tərəfindən Brandy & Mr. Whiskers seriyalının saundtrekini oxumaq üçün seçilib.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Balan (En)
Balan (fr. Balan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monlyuzel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01027. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2348 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1875 nəfər (15-64 yaş arasında) əmək qabiliyyətli insanlar arasında 1640 nəfər iqtisadi fəal, 235 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 87.5%, 1999-cu ildə 74.1%). 1640 fəal sakindən 1590 nəfər (1162 kişi və 428 qadın), 50 nəfər işsiz (17 kişi və 33 qadın) işlədi. 235 hərəkətsiz 85 nəfər arasında şagird və ya tələbə, 93 nəfər təqaüdçü, 57 digər səbəblərə görə hərəkətsizdir.
Balan (Kəleybər)
Balan (fars. بالان آبش‌احمد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 413 nəfər yaşayır (90 ailə).
Balan (Sərdəşt)
Balan (fars. بالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (29 ailə).
Balan (Meşəpara dehistanı)
Balan (fars. بالان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (11 ailə).
Dalbergia balansae
Dalbergia assamica (lat. Dalbergia assamica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Gölün su balansı
Meliton Balançivadze
Meliton Antonoviç Balançivadze (gürc. მელიტონ ანტონის ძე ბალანჩივაძე;24 dekabr 1862 (5 yanvar 1863) – 21 noyabr 1937, Kutaisi) — gürcü opera müğənnisi, bəstəkarı, həm Rusiya imperiyası dövründə, həm də ölkəsinin müstəqilliyi dövründə Gürcüstanın mədəniyyət səhnəsinin tanınmış üzvü. Məşhur xoreoqraf Corc Balançin və bəstəkar Andrey Balançivadzenin atası. Meliton Balançivadze 24 dekabr 1862-ci ildə (5 yanvar 1863 yeni üslubda) Banoja kəndində anadan olmuşdur. Kutaisi İlahiyyat məktəbində təhsil alıb. O, həmçinin kilsə xorunda da çıxış edib. 1880-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının xoruna daxil olur. 1889-cu ildə Peterburq Konservatoriyasına daxil olur və orada təhsil almağa başlayır. 1895–1917-ci illərdə Rusiyanın müxtəlif şəhərlərində gürcü musiqilərindən ibarət xorlar təşkil edir. 1918-ci ildə Kutaisidə musiqi məktəbi qurur.
Oksigen balansı
Oksigen balansı – fotosintez zamanı avtotrof orqanizmlərin ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf etdiyi oksigenin miqdarına nisbəti. Mühitdə həll olan (adətən suda) oksigenin miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin çatışmazlığından hidrobiontlar məhv olur. OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı (bütün canlı orqanizmlər üçün fərdi doza). Bitkinin fotosintezi ilə ayrılan oksigenin ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə təqribən 70 ⋅ 109 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon qazının dövranı ilə sıx bağlıdır. Oksigenin atmosferdən suya daxil olması (soxulması).
Passiflora balansae
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Passiflora foetida var. balansae
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Pyrus balansae
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Robert Baland
Robert Balard (ing. Robert Duane Ballard) - ABŞ dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Su balansı
Su balansı — atmosferdə, yer kürəsində və onun ayrı-ayrı sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. Su balansı Yerdə su dövranının kəmiyyətcə ifadəsidr. Yerin su balansı bərabərliyi ilə səciyyələnir. Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə hər hansı ərazi üçün su balansı qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə bərabər olur. Azərbaycan ərazisinin su balansında yağıntılar 427 mm, buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı axım) təşkil edir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Typhlodromus balanites
Typhlodromus balanites (lat. Typhlodromus balanites) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus balanites Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
Vitis balansana
Vitis balansana (lat. Vitis balansana) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.
Vladimir Balandin
Vladimir Balandin (Balandin Vladimir Aleksandroviç; 17 mart 1923, Suraxanı, Bakı qəzası – 30 dekabr 1944, Virbalis[d]) — Sovet İttifaqı Qəhrəmanı (19 aprel 1945 (ölümündən sonra)) Vladimir Balandin 17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur. Milliyətcə rusdur. 1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir. Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur. Vladimir Balandin 30 dekabr 1944-cü ildə həlak olmuşdur. Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir. Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.
Çoxsahəli Pambıq Əkini Sahələrində Balanslaşdırılmış Yem Bitkiləri (1984)
Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
Ölkələr üzrə cari əməliyyatlar balans siyahısı
Cari əməliyyatlar balansına (genişlənmiş xarici ticarət balansı) görə ölkələrin (ştatlar, asılı ərazilər) siyahısı.
Ölkələr üzrə ticarət balansı siyahısı
İxrac-idxalın xarici ticarət balansında olan ölkələrin (əyalətlər, asılı ərazilər) siyahısı təqdim olunur
İstilik balansı
Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
Balanslaşdırılmış büdcə
Balanslaşdırılmış büdcə (büdcənin balanslaşdırılması, balanslaşdırılmış büdcənin tərtib edilməsi; ing. balanced budget) — xərclərin onların maliyyələşmə mənbələrinə kəmiyyət uyğunluğundan (balansında) ibarət olan büdcənin formalaşdırılması və icrası prinsipi. “Maliyyə-kredit ensiklopedik lüğəti”nə görə büdcə balansı büdcə xərclərinin onların maliyyələşmə mənbələrinə kəmiyyət uyğunluğundan (balansında) ibarət olan büdcənin formalaşması və icrası prinsiplərindən biridir. Büdcə gəlirlərinin (büdcə gəlirlərinin) ümumi dəyəri ilə xərclərin həcmi arasında bərabərliyin əldə olunduğu prinsip. Müvafiq olaraq, büdcə tarazlığının olmaması disbalans yaradır: büdcə xərcləri büdcə gəlirlərini üstələdikdə (büdcə kəsiri yaranır), bu isə büdcənin prinsipcə mümkün olmadığını bildirir; büdcə gəlirləri büdcə xərclərini üstələdikdə (büdcə profisiti yaranır), bu isə büdcə vəsaitlərindən istifadənin ümumi səmərəliliyinin aşağı düşməsi deməkdir. Bir sıra iqtisadçılar balanslaşdırılmış büdcələşdirməni əməliyyat büdcələrinin xüsusiyyətlərini dəyişdirməklə idarə olunan müxtəlif maliyyə göstəriciləri arasında optimal tarazlığın tapılması prosesi kimi müəyyən edirlər. Yalnız gəlirlilik göstəricisinin və ya pul vəsaitlərinin hərəkətinin miqdarının köməyi ilə deyil: birincisi, pul boşluqları və daimi vəsait çatışmazlığı ilə təhdid edir, ikincisi - sərbəst nağd pulun aşkar olması ilə real mənfəətin olmaması. Bəzi iqtisadçılar balanslaşdırılmış büdcəni ümumi xərclərin ümumi gəlirə bərabər olduğu büdcə kimi müəyyən edirlər. Balanslaşdırılmış büdcə aşağıdakı xüsusiyyətlərə malikdir: pul vəsaitlərinin hərəkəti büdcəsi kəsirsizdir (gəlir xərcləri əhatə edir, investisiya xərcləri kreditlər və borclar hesabına ödənilir, likvidlik ehtiyatı verilir (planlaşdırılmamış ödənişləri ödəmək üçün və daxilolmalarda gözlənilməz gecikmələr olduqda)); kapitalın gəlirliliyi sahiblərin tələblərini ödəyir; maliyyə göstəriciləri məqsədlərə uyğundur. Əsas büdcə balanslaşdırma alətləri kimi aşağıdakılar istifadə olunur: dolayı pul vəsaitlərinin hərəkəti büdcəsi; Düpon tənliyi; Mobli matrisi.
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
Balanopsis
Ocotea (lat. Ocotea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2003 •••••••••••••••• 1.97
2004 •••••••• 1.01
2006 •••• 0.45
2007 ••••• 0.63
2008 •• 0.24
2009 •• 0.16
2010 •••••• 0.73
2011 ••••• 0.51
2012 ••• 0.34
2013 ••••••••• 1.02
2014 •• 0.17
2015 •• 0.17
2017 ••• 0.33
2018 •••••••••••••••••••• 2.55
2019 ••••• 0.56

"balan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#balan nədir? #balan sözünün mənası #balan nə deməkdir? #balan sözünün izahı #balan sözünün yazılışı #balan necə yazılır? #balan sözünün düzgün yazılışı #balan leksik mənası #balan sözünün sinonimi #balan sözünün yaxın mənalı sözlər #balan sözünün əks mənası #balan sözünün etimologiyası #balan sözünün orfoqrafiyası #balan rusca #balan inglisça #balan fransızca #balan sözünün istifadəsi #sözlük