* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Kütləsi köndələn vəziyyətdə çox yer tutan, yoğun (nazik müqabili). Qalın kitab. Qalın divar. Qalın döşək. Qalın gön. 2. Bir-birinə çox yaxın ağaclardan, kollardan ibarət olan; sıx. Gün çıxıb, dağ başından uçdu duman; Qaralırdı qalın, qara orman. A.Səhhət. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov. // Kəsif, qəliz, qeyri-şəffaf. [Müəllim] lampasını keçirmişdi; otaq qalın bir qaranlığa büründüyündən nə yapdığını seçə bilmirdi. S.Hüseyn. 3. məc. dan. Kobud, qaba.
Azərbaycan dilinin izahlı lüğəti / qalın2 Toyun başlandığı gün oğlan tərəfindən qız tərəfinə göndərilən hədiyyələr. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikası / qalın1 Qalaq sözü ilə kökdaşdır. Qədim etimon “qal”dır. Sər-in qəlibi üzrə əmələ gəlib. Antonimi yuxa sözüdür (naziklə yoğun antonimdir, qalın yox). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qalın6 1. QALIN (müxtəlif mənalarda) Səbrinin qalın dodaqlarına nisbətən çox yaraşıqlı görünən inci dişləri yenə parıldayırdı (M.Hüseyn); YOĞUN [Şahin] cavab gözləmədən öz maşınının arxasındakı yoğun zəncirin bir ucunu “Volqa”nın qabağındakı qarmağa ilişdirdi (B.Bayramov). 2. qalın bax kobud 1 3. qalın bax sıx 1
Azərbaycan dilinin sinonimlər lüğəti / qalın1 QALIN – İNCƏ Qalın dodaqları gömgöy kəsilir; Canından istilik uçub əskilir (S.Vurğun); Gözəllərin gərək incə belləri; Qənddən, nabatdan şirin dilləri. Aşıq Qurbani. QALIN – NAZİK Rade qoltuq cibindən köhnə cildli, qalın bir dəftər çıxardıb Silvaya göstərdi (S.Vəliyev); Qızın nazik, qırmızı dodaqları ağ sifətinə xüsusi bir gözəllik verirdi (S.Vəliyev). QALIN – SEYRƏK Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu (M.İbrahimov); Seyrək kirpiklərindən yaş gilələndi (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / qalın1 QALIN I sif. Sıx. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu (M.İbrahimov). QALIN II sif. Yoğun. Evin divarı qalındır. QALIN III sif. dan. Pullu, dövlətli. Yaman qalın adamdır, iki maşın almağa imkanı var.
Azərbaycan dilinin omonimlər lüğəti / qalın1 1. толстый, плотный, густой, частый; 2. дремучий (о лесе); 3. грубый; 4. грамм. твердый (о гласных, согласных);
Azərbaycanca-rusca lüğət / qalın2 1 I прил. 1. толстый. Qalın buz толстый лёд, qalın qar qatı толстый слой снега, qalın divar толстая стена, qalın dodaqlar толстые губы, qalın dəftər толстая тетрадь, qalın iplik толстая пряжа, qalın kağız толстая бумага, qalın kəndir толстая веревка, qalın kitab толстая (объёмистая) книга, qalın lay толстый слой 2. плотный. Qalın mahud плотное сукно, qalın parça плотная материя 3. густой. Qalın duman густой туман, qalın bulud layları густые тучи, qalın qaşlar густые брови, qalın meşə густой лес, qalın saçlar (tüklər) густые волосы, qalın tüstü густой дым, qalın bas муз. густой бас 4. твердый. лингв. Qalın variant (hallanmada) твердый вариант (в склонении), qalın damaq твердое небо, qalın əsas твердая основа, qalın saitlər твердые гласные, qalın samitlər твердые согласные 7. перен. нечуткий, неотзывчивый. Qalın adamdır он нечуткий человек II нареч. часто, густо. Ağaclar çox qalın (sıx) basdırılıb деревья посажены слишком часто, pambıq qalın bitir хлопчатник густо растёт 2 сущ. диал. 1. сорт чурека (хлеба) 2. лаваш
Azərbaycanca-rusca lüğət / qalın1 I. s. 1. thick, dense; ~ kitab a thick book; ~ ot thick grass; ~ taxta a thick board; ~ meşə thick / dense forest; ~ bulud thick / dense clouds; ~ duman thick / dense fog; ~ xalça / gəbə thick carpet; 2. (parça və s.) heavy, stout; ~ mahud heavy / stout cloth; 3. hard; ~ cild hard cover; ~ sait dilç. hard vowel; ~ samit hard consonant II. z. thick, thickly, densely
Azərbaycanca-ingiliscə lüğət / qalın1 sif. 1) épais, -se, dur, -e, serré, -e ; ~bağırsaq gros intestin m ; ~ meşə bois m épais, forêt f dense ; ~ dodaqlar des lèvres fortes ; 2) dilç. ~ samit consonne f dure
Azərbaycanca-fransızca lüğət / qalın1 прил. 1. къалин, яцӀу (мес. кьул, улуб, цал, ттар); 2. сад-сада акӀай, сигъ, къалин (мес. ттам, валар); 3. пер. рах. векъи, кубут.
Azərbaycanca-ləzgicə lüğəti / qalın(Cəbrayıl, Qarakilsə, Naxçıvan, İrəvan, Zəngilan, Zərdab) sacda bişirilən çörək. – Nənə, çörək pişirəndə mə: qalın sal (Cəbrayıl)
Azərbaycan dilinin dialektoloji lüğəti.