* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İnsan və heyvan bədəninin qara ciyər, mədə, bağırsaqlar, dalaq və s. orqanlar yerləşən hissəsi. Qarnı ağrımaq. Qarın boşluğu. Qarnı şişmək. – Eşikağası əllərini yerə dəstək verib qalxdı, arxalığını, çuxasını düzəltdi, yana sürüşmüş xəncərini şişman qarnının üstünə çəkib çıxdı. Çəmənzəminli. // dan. Mədə mənasında. Qarnı pozulmaq. – Qarın başa bəladır. (Ata. sözü). □ Bir qarın çörəyə möhtac olmaq – çox böyük ehtiyac içində olmaq, səfalət, yoxsulluq içində yaşamaq. [Firidun] bir qarın çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi… M.İbrahimov. Bir qarnı ac, bir qarnı tox – yarı tox, yarı ac, birtəhər. Qarnı doymamaq – ac qalmaq, aclıq çəkmək, doyunca yeməmək. [Kərəməli:] …Çıxıb özgəyə nökər duracağam, hacı çox az muzd verir, bir də qarnım doymur. M.F.Axundzadə. Qarnını bərkitmək – doyunca yemək, yeyib doymaq. Qarnını doyuzdurmaq – aclığını rəf etmək. Hüsnübəyim həm də səxavətli imiş, kasıb-kusuba əl tutarmış, acların qarnını doyuzdurarmış. İ.Məlikzadə. 2. Ana bətni, uşaqlıq. Uşaq əksəriyyətlə ana qarnında doqquz ay qalır. 3. məc. İç, batin. Onun qarnındakını heç kim bilmir. 4. məc. Bir şeyin qarın kimi qabağa çıxmış hissəsi. Samovarın qarnı. ◊ Qarın (qarnını) otarmaq – onun-bunun qapısında yeyib qarnını doyurmaq, özgəsinin süfrəsini güdmək. Öz evində yeməyib, and içirəm, bir gecə aş; Qarnın otarmaq üçün nəfsini heyvan elədi. S.Ə.Şirvani. Qarın sallamaq – 1) kökəlmək, şişmanlaşmaq. Yedi, yağlandı, qarın saldı qoyuntək hamı… S.Ə.Şirvani; 2) bax qarın vermək. Qarın vermək (sallamaq) – əyilmək, ortası aşağıya tərəf meyil etmək; uçulmaq, qopub tökülmək üzrə olmaq. Evin divarı qarın veribdir. – Qazmaçılar əyilib quyuya baxdıqdan sonra: – Bu quyu qarın sallayıb, indicə uçacağam, deyir. A.Şaiq. Qarnı ağrımaq məc. – umacağı olmaq, bir şey təmənnasında olmaq, ürəyindən bir şey keçmək. Doğrudan da, kişinin qarnı ağrıyırmış. “Kirpi”. Qarnı burnunda – boylu, ikicanlı, hamilə; doqquz aylıq hamilə. Qarnı qurdlu – qeyri-səmimi, qəlbiqara, ürəyindəkini gizləyən. Qarnını tüstü ilə doldurmaq – güllə ilə vurmaq (vurub öldürmək). [Heydər bəy:] Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə? M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qarın1 Bu söz həm “живот”, həm də “qarın boşluğunda yerləşən əzalar (içalat)” anlamında işlədilir. Qarnım ağrıyır dedikdə heç də живот nəzərdə tutulmur, içəridəkilər (mədə və s.) nəzərdə tutulur. Mədə yerinə çox vaxt qarın deyirik (qarın qutabı və s.). Qarın sözünün qədim mənası “boşluq” deməkdir, “kisə”dir, “qazan”dır, “qab”dır. Güman edirəm ki, qarın, qazan, qursaq sözləri qədimdə “qab” mənasında işlədilmiş qa sözü ilə kökdaşdır. İndi də kənd yerlərində qarından yağ qabı kimi istifadə edirlər. Maraqlıdır ki, farslar qarın yerinə, cigərgah işlədirlər. Deməli, qarın boşluğunda olanların hamısı ciyər hesab edilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qarın3 1. QARIN [Əsgər bəy:] Sən bu səfər get, yolda qarnın tutunca biz sənə çörək verərik (M.F.Axundzadə); BALAXƏNDƏK (məc., dan.) Xan iki dəfə əlini uzadınca axund beş loğma götürüb, balaxəndəyə ötürdü (Ə.Haqverdiyev); GÖDƏN (dan.) ..Məni min fikrə salan bu gödənimdir, gödənim (Ə.Qəmküsar); TULUQ (məc., dan.) Konyakı çay kimi içirsən axşam; Dolur ağzınacan tuluğun tamam (S.Rüstəm). 2. qarın bax bətn
Azərbaycan dilinin sinonimlər lüğəti / qarın2 I сущ. 1. живот, брюхо, утроба 2. разг. желудок 3. нутро (внутренняя сущность кого-л.; о внутреннем психическом мире, душе) II прил. 1. мед. брюшной. Qarın boşluğu брюшная полость, qarın venası брюшная вена, qarın aortası брюшная аорта, qarın yatalağı брюшной тиф 2. мед. чревный. Qarın üçayağı чревный треножник, qarın limfa düyünləri лимфатические чревные узлы ◊ bir qarnı ac, bir qarnı tox: 1. полуголодный; 2. впроголодь; bir qarın çörəyə möhtac olmaq нуждаться в куске хлеба, находиться в сильной нужде; qarnını bərkitmək подкрепиться, наесться, набить себе брюхо; qarnını otarmaq: 1. питаться за чужой счет; 2. слишком заботиться о еде; qarın vermək перекашиваться, перекоситься, коробиться, покоробиться; qarnını doldurmaq см. qarnını bərkitmək; qarnını (qarnının piyini) əritmək спустить (сбросить) лишний жир; qarnı ağrımaq чего-то хотеть, иметь скрытое желание; qarnı burnuna dəyir простореч. в положении (о беременной), с большим животом; qarnını tüstü ilə doldurmaq kimin пустить пулю в живот к ому, убить кого; qarnını suya qoymaq приготовиться к обильной еде; qarnı piy bağlamaq нагулять брюшко; sözdən qarın doymaz словом сыт не будешь, соловья баснями не кормят; ağzıma dad, qarnıma vay-şivən по усам текло, а в рот не попало
Azərbaycanca-rusca lüğət / qarın1 I. i. belly, stomach; anat. abdomen; qarnı ağrımaq to have* stomach-ache; qarnını doldurmaq to fill one’s belly; ~ı tox olmaq to be* full, to have* had enough; qarnı üstə sürünmək to crawl on one’s belly ◊ ~ açmaq to eat* much; ◊ gülməkdən qarnı / dağılmaq / cırılmaq to split* one’s sides with laughter; bir qarnı ac, bir qarnı tox yaşamaq ◊ to live from hand to mouth II. s. abdominal; ~ boşluğu abdominal cavity
Azərbaycanca-ingiliscə lüğət / qarın1 is. ventre m, bedaine f, panse f, sein m, entrailles f pl ; tib. abdomen m ; ~ boşluğu cavité f abdominale ; ~ yatalağı typhus m abdominal, fièvre f typhoïde ◊ bir qarnı ac, bir qarnı tox yaşamaq ne pas manger à sa faim ; manger de la vache enragée, tirer le diable par la queue ; qarnı burnuna dəyir elle est grosse (enceinte) ; sözlə ~ doymaz ventre affamé n’a point d’oreilles
Azərbaycanca-fransızca lüğət / qarın1 сущ. 1. руфун; qarnı şişmək руфун дакӀун; // bir qarın çörəyə möhtac olmaq са руфун фахъ муьгьтеж хьун, дарвал чӀугун, игьтияждик хьун, гзаф кесибдаказ яшамиш хьун; // руфунин; qarın boşluğu руфунин къен; qarın ağrısı а) руфунин тӀал; б) кил. qarınağrısı; 2. къен; qarnı ağrımaq руфун (къен) тӀа хьун; qarnı bərkimək (işləməmək) къен кӀеви хьун, къен кьун; 3. рах. хук; гвадан; qarnı doymamaq руфун (хук) ацӀун тавун, тух тахьун, гишила амукьун, ккаш чӀугун, ккаш фин, тухдалди тӀуьн тавун; qarnını bərkitmək руфун тӀарам(ар)ун, руфун къени авун, тухдалди тӀуьн, тӀуьна тух хьун; qarnını doyuzdurmaq руфун тухарун, ккаш кьин; 4. аялдин кӀвал, руфун (дидедин); 4. пер. къен, къен пад; 5. пер. са затӀунин руфун хьиз вилик экъис хьанвай пай; nehrənin qarnı кварцин руфун; // qarın vermək (sallamaq) руфун гун, руфун хьиз вилик хкатун, какун; ацахьиз, уьцӀвез, чкӀиз, акьалдиз мукьва хьун; divar ortadan qarın veribdir цла юкьвалай руфун ганва; ** qarın (qarnını) otarmaq руфун тӀарамун, руфун(ин) йикье ягъун, руфун вилик кутун, идан-адан ракӀарал тӀуьна руфун тухарун, вил ччарадан суфрадал хьун; qarın sallamaq а) руфун гьалдун, руфун метӀерал вегьин, руфун куьрсарун, куьк хьун, яцӀу хьун; б) кил. qarın vermək; qarın ağrımaq пер. руфун тӀа хьун, са затӀ кӀан хьун, рикӀе акьун, рикӀяй фин; qarnı burnunda руфунал залан, кӀвачел залан; руфуна кӀуьд вацран аял авай; qarnı qurdlu кӀукӀ къене авай, рикӀ михьи тушир, рикӀе буьгъуьяр авай, рикӀе авайди чуьнуьхдай; qarnını tüstü ilə doldurmaq къене (руфуна) гум ттун, гуьлледив ягъун (яна кьин).
Azərbaycanca-ləzgicə lüğəti / qarınqarın gətirməməx’: (Şuşa) gözü götürməmək. – Kişinin qarnı gətirmədi, evi satdı getdi
Azərbaycan dilinin dialektoloji lüğəti.