Qalça-qarınaltı sinir
Qalça-qarınaltı sinir (lat. nervus iliohypogastricus) XII döş və bel kələfiniə aid II bel sinirlərinin ( Th12 və L2 ) liflərindən təşkil olunmuşdur.
Yan dəri şaxəsi (lat. R. cutaneus lateralis) qalça darağının ortasında qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn əzələsindən keçərək bud nahiyəsi dərisinin yuxarı bayır hissəsinə şaxələnərək XII döş sinirinin (Th12)yan dəri şaxələri ilə birləşir.
Ön dəri şaxəsi (lat. R. cutaneus anterior) qalça-qarınaltı sinirin davamı olaraq, xarici köndələn əzələ aponevrozundan keçərək, qasıq naiyəsi dərisinə şaxələnir.
Əzələlər şaxəsi (lat. Rami musculares) qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn və daxili çəp əzələlərinə şaxələnir.
Qalça-qarınaltı sinir qarışıq sinirlərdən olub hissi və hərəki sinir liflərindən təşkil olunmuşdur.
Hissi sinir lifləri sarğının yuxarı hissəsinin dərisini, qasıq naiyəsinin dərisini innervasiya edir.