* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [türk.] kit. Sabah, gələcək gün. Bütün arzularım gülür yarına; Xəyaldan ilhamlar almamaq üçün. S.Vurğun. Mübarizə bu gün də var; yarın da; Mən də onun ən ön sıralarında. R.Rza. // Gələcək. Kim bilir, yarın bu pirin böyük daşı şəhərin hansı ehtiyacına sərf ediləcəkdi. S.Hüseyn. Müjdə verdin bizlərə gözlənilən yarından. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / yarın1 Yaru “işıqlanmaq” deməkdir. Həmin feildən yaruq sözü düzəlib və “işıq” anlamında işlədilib. Yarın sözü “заря” kimi tərcümə olunub. Deməli, sabah, səhər (bunların hər ikisi alınma sözdür) mənasını verən yarın kəlməsi (R.Rzada yarın sözü işlədilib) “qaranlıqdan (gecədən) sonrakı (işıqlı) vaxt, səhər, sabah” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yarın1 устар. I сущ. 1. завтрашний, грядущий день 2. будущее, грядущее II нареч. завтра
Azərbaycanca-rusca lüğət / yarın