yarıq-yarıq sözü azərbaycan dilində

yarıq-yarıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yarıq-yarıq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyük Yarıq
Böyük Yarıq — Adi gözlə, Süd Yolunun parlaq qolunu, uzunluğunun üçdə biri qədərini uzunlamasına bölən və çoxlu sayda ulduzun zolaqları ilə əhatə olunmuş qaranlıq bir zolaq kimi görünür. Astronomiyada Böyük Yarıq-(bəzən Qaranlıq Yarıq kimi , çox az hallarda Qaranlıq Çay kimi də adlandırılır) Günəş Sistemi ilə Süd Yolu qalaktikasının Oxatan qolu arasında uzanan örtülü, qeyri-parlaq, molekulyar toz buldudunun birləşməsidir. Bu buludlar Yerdən 800–1000 parsek (2600–3300 i.i.) məsafədə yerləşir. Buludlar 1 milyon günəş kütləsi tərtibində plazma və tozdan ibarətdir.Böyük Yarıq Qu bürcündən başlayaraq burada, Qu Yarığı və ya Şimal Kömürü adlandırılır, Qartal bürcünə uzanır; İlandaşıyan bürcündə genişlənir; Oxatan bürcündə Qalaktik Mərkəzdə gizlənir; və nəhayət Sentavr bürcünə uzanır. Qaranlıq ən vacib bölgələrdən biri, Qu OB2 assosiasiyasıdır, o gənc ulduzların böyük bir qrupunu özündə birləşdirməklə bərabər həm də Dünyanın yaxınlığındakı ən böyük ulduzəmələgəlmə bölgələrindən biridir. Bu cür qaranlıq yarıqlar, Andromedada NGC 891 və Veronikanın Saçları bürcündə NGC 4565 (İynə qalaktikası) kimi bir çox kənar qalaktikalarda görülə bilər.
Yarıq boyu pillə
Yarıq boyu pillə – (rus. уступ приразломный, ing. fault line scarp) bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaran­mış pillə. Ekzogen qüvvələr nəti­cəsində relyefdə əksini tapmış, tek­tonik qırılma. Denudasiya proses­ləri nəticəsində kəskin dəyişilmiş olur.
Avatar: Aanq haqqında əfsanə — Yarıq
Yarıq (ing. The Rift); tam adı Avatar: Aanq haqqında əfsanə — Yarıq (ing. Avatar: The Last Airbender – Rift) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2014-cü ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Axtarış komiksindən sonra baş verir.

yarıq-yarıq sözünün leksik mənası və izahı

  • 1 zərf Yarığı, kəsiyi çox olan; hər tərəfi yarıq; yarılmış, yarıqlarla örtülmüş; çatlaq-çatlaq. Əlləri yarıq-yarıq olmuşdu. Taxta yarıq-yarıqdır. – Torpağın sinəsi yarıqyarıqdır; Əkinçi qocadır, öküz arıqdır. S.Vurğun. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. M.İbrahimov. Boz dağın ətəyi insan əlindən; İndi yarıqyarıq, oyuq-oyuqdur. R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / yarıq-yarıq

yarıq-yarıq sözünün rus dilinə tərcüməsi

yarıq-yarıq sözünün inglis dilinə tərcüməsi

yarıq-yarıq sözünün fransız dilinə tərcüməsi

yarıq-yarıq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#yarıq-yarıq nədir? #yarıq-yarıq sözünün mənası #yarıq-yarıq nə deməkdir? #yarıq-yarıq sözünün izahı #yarıq-yarıq sözünün yazılışı #yarıq-yarıq necə yazılır? #yarıq-yarıq sözünün düzgün yazılışı #yarıq-yarıq leksik mənası #yarıq-yarıq sözünün sinonimi #yarıq-yarıq sözünün yaxın mənalı sözlər #yarıq-yarıq sözünün əks mənası #yarıq-yarıq sözünün etimologiyası #yarıq-yarıq sözünün orfoqrafiyası #yarıq-yarıq rusca #yarıq-yarıq inglisça #yarıq-yarıq fransızca #yarıq-yarıq sözünün istifadəsi #sözlük