yazıq sözü azərbaycan dilində

yazıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yazıq • 75.5102%
  • Yazıq • 24.0363%
  • YAZIQ • 0.4535%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yazıq sözünün leksik mənası və izahı

  • 1 sif. Dinc, sakit, fağır, aciz. Yazıq adam. – Yazıq Ələsgəri oda salıbdı; Fələk gözdən salıb, o da salıbdı. Aşıq Ələsgər. Gah müdirin acıqlı qaşqabağı; O sayaq qorxudub yazıq uşağı… A.Səhhət. Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn. // İs. mənasında. [Əkinçi] Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani. Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa. H.K.Sanılı. // Acınacaqlı, zavallı, bədbəxt. Etmək olmaz səni agah könül halından; Yazıq ol kim, sənə könlün verə səndən qafil. Füzuli. [Tanrıverdi:] Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, – dedi. A.Şaiq. [Musa kişi:] Arvad, … bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar. M.İbrahimov. □ Yazığı gəlmək – rəhmi gəlmək, mərhəmət etmək, halına acımaq, heyfi gəlmək. Mənim ona yazığım gəlir. – …Balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan… S.S.Axundov. // İntonasiyadan asılı olaraq bəzən kinayə, etinasızlıq, istehza məqamında işlənir. Ay yazıq! – [Bəhram:] Bax, mənə nə deyir, yazıq! Sən nə ətsən, nə də balıq. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / yazıq
  • 2 sif. məh. Yumurtladığı yerini yadırğamış, yayınmış. Yazıq toyuqdan yumurta umma.

    Azərbaycan dilinin izahlı lüğəti / yazıq

yazıq sözünün etimologiyası

  • 1 Dilimizdə azmaq (yazmaq) sözü var. El arasında azca səhvə yol verən adam “qıl yazdı” deyir (yəni qılın diametri qədər səhv edildi). Toyuq fallığını itirəndə ya­zıxıb deyirlər. Deməli, yazıxmaq səhvə yol verməkdir. Yazıq sözü də bununla bağlıdır: səhv etmış (günaha yol vermiş) adama yazıq deyiblər. İndi məna də­yişib, yazıq sözü “fağır”, “kimsəsiz” və s. anlamları əks etdirir. Anadolu türk­lərin­də yazıq sözünün qədim mənası indi də qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yazıq

yazıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bədbəxt — acınacaqlı — zavallı

    Azərbaycan dilinin sinonimlər lüğəti / yazıq
  • 2 dinc — sakit — fağır — aciz — zəlil — məzlum — dilsiz — ağılsız

    Azərbaycan dilinin sinonimlər lüğəti / yazıq
  • 3 1. YAZIQ, FAĞIR [Hacı:] Qul oldunuz bir vaxt xana; Yazıqsınız, fağırsınız; Aldanmayın Natəvana (M.Rahim); BAŞIDAŞLI (dan.) Bir kənddə camaat ağlaşa-ağlaşa yüzbaşının yanına yıxılıb: “Bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək?” – deyirdi (Çəmənzəminli); BİÇARƏ (köhn.) Molla Səfi: Biçarə kişinin ovqatı təlx oldu (N.Vəzirov); BİNƏVA (köhn.) Binəva övrət xiffətindən naxoşluğa düşüb.. (Ə.Haqverdiyev); DİLSİZ (məc.) Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər (N.Nərimanov); DİLSİZ-AĞIZSIZ (məc.) Hər kəs dilsiz-ağızsız, bacarıqsız bir talibə zənn edirdi (S.Hüseyn); MƏZLUM Xəlil: Kaş bu yaradan öləydim, səni bu halətdə görməyəydim, yazıq ağa, məzlum ağa (N.Vəzirov); ZAVALLI Özünü unudubdur; Bu zavallı xəstənin; Nəbziylə yaşayır o (B.Vahabzadə); ZƏLİL Bu polad çiynimdən asılacaqdır; Zalimlər önündə olacaq zəlil (S.Rüstəm); BƏDBƏXT (bax), QƏRİB. 2. yazıq bax aciz

    Azərbaycan dilinin sinonimlər lüğəti / yazıq

yazıq sözünün antonimləri (əks mənalı sözlər)

yazıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. бедный, бедняга, жалкий; 2. безобидный;

    Azərbaycanca-rusca lüğət / yazıq
  • 2 I сущ. бедняга, бедняжка II прил. 1. бедный, жалкий, несчастный (вызывающий сострадание, жалость). Yazıq məxluq (bəndə) жалкое существо, жалкое создание, yazıq görkəm жалкий (несчастный) вид, yazıq təbəssüm жалкая улыбка 2. жалобный (выражающий скорбь, тоску). Yazıq səslə demək сказать жалобным голосом 3. безобидный (не причиняющий обиды, вреда). Yazıq adam безобидный человек; yazığı gəlmək kimə: 1. жалеть, пожалеть кого сжалиться над кем, пощадить кого 2. kimin становиться, стать жалко кому кого, чего, что. Mənim sizə yazığım gəlir я жалею вас, мне вас жалко; məgər ona yazığın gəlmir? неужели тебе не жалко его? неужели ты его не жалеешь? yazığım gəldi kimə (я) сжалился над кем; adamın yazığı gəlir kimə, nəyə вызывает жалость у кого кто, что; становится жалко кого, yazığın gəlsin! пожалей! mən yazıq neyləyim что мне, бедному, остаётся делать, yazıq etmək губить, погубить ◊ yazıq o adamın halına ki, … не завидую тому, кто …, горе тому, кто …

    Azərbaycanca-rusca lüğət / yazıq

yazıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. poor fellow / boy / thing; (yaşlı kişi) poor devil; (qız) poor girl; (qadın) poor woman* II. s. 1. poor; unhappy, unlucky, wretched; miserable; ~ adam a poor man*; 2. (ziyansız) harmless, humble; helpless; yazığı gəlmək to pity, to feel* sorry (for), to be* sorry (for); ~ etmək to ruin (d.); bir kəsi ~ etmək to ruin smb.; ~ olmaq to be* ruined, to be* driven into trouble / poverty

    Azərbaycanca-ingiliscə lüğət / yazıq

yazıq sözünün fransız dilinə tərcüməsi

yazıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. язух, динж, секин, фагъир, ажуз, тӀува; yazıq adam язух кас; // заваллу, бедбахт; yazığı gəlmək язух атун, тӀува атун, мергьямет авун, гьалдихъ ккун, гьайиф атун.

    Azərbaycanca-ləzgicə lüğəti / yazıq
  • 2 прил. нугъ. муг квахьай, кака хайи чка рикӀел аламачир (верч).

    Azərbaycanca-ləzgicə lüğəti / yazıq

yazıq sözünün türk dilinə tərcüməsi

"yazıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yazıq nədir? #yazıq sözünün mənası #yazıq nə deməkdir? #yazıq sözünün izahı #yazıq sözünün yazılışı #yazıq necə yazılır? #yazıq sözünün düzgün yazılışı #yazıq leksik mənası #yazıq sözünün sinonimi #yazıq sözünün yaxın mənalı sözlər #yazıq sözünün əks mənası #yazıq sözünün etimologiyası #yazıq sözünün orfoqrafiyası #yazıq rusca #yazıq inglisça #yazıq fransızca #yazıq sözünün istifadəsi #sözlük