Tülü sözü azərbaycan dilində

Tülü

Yazılış

  • Tülü • 96.8127%
  • tülü • 1.5936%
  • TÜLÜ • 1.5936%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Tülü (Balakən)
Tülü — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü kəndi Balakən rayonunun Katexdən sonra ikinci böyük kəndidir. Əhalisi 8000 nəfərdən çoxdur. Balakən şəhəri ilə bitişikdir. == Tarixi == Bir-neçə min il yaşa malik olan bu qədim kənd öz adını qədim Dulu türk tayfalarından götürmüşdür. Kənddə bir sıra qədim, lakin hələ də yetərincə öyrənilməmiş tarixi abidələr, o cümlədəm Nur Kilsə, qədim ay məbədləri olduğu güman edilir. Ərazisində bir orta, bir natamam-orta məktəb, bir uşaq bağçası, bir ambulatoriya fəaliyyət göstərir. Hazırda KHTC-ın nəzdində olan və istifadəsiz qalan Balakən aeroportu da bu kənddə yerləşir. Yerli musiqi aləti sayılan damburun (Dambır,Tənbur, Tambur) ən mahir ifaçıları bu kənddədir. Tülü və ona bitişik olan Talalar kəndlərində dambur çox sevilir.
Tülü (Lerik)
Tülü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 20 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dilli dulu tayfasının adı ilə bağlayırlar. Dulu tayfaları II əsrdə hunlarla birlikdə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. VI əsrdə Qərbi Türk xaqanlığının tərkibinə daxil idilər. Müasir qırğızların tərkibində tolo adı ilə qalmışlar.
Tülü bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qışlaq (Tülüconu, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.90 dəfə / 1 mln.
2003 ••••••••••••••••• 1.57
2005 ••••••••••••••• 1.35
2006 ••••• 0.45
2007 ••••••• 0.63
2008 ••• 0.24
2009 ••••••••••• 0.96
2010 •••••••••••• 1.09
2011 •••••••••••••••••••• 1.89
2012 ••••••••••• 1.03
2013 •• 0.15
2014 •••••• 0.51
2016 •••••••• 0.69
2017 ••••••••••• 0.98
2018 •••••••• 0.75
2019 •••••••••••••••••• 1.67
2020 •••••••••• 0.93

tülü sözünün rus dilinə tərcüməsi

tülü sözünün inglis dilinə tərcüməsi

tülü sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağbaba, Çənbərək, Qarakilsə, Qax, Naxçıvan, Oğuz, Ordubad, Şəki, Şərur) oğru. – Oğru olufdu, ona görə tülü di:llər (Oğuz); – Kəndə tülü ha tökülmüyüf, niyeymənirsəη? (Çənbərək); – Həsən lap tülüdü (Ordubad) II (Borçalı, İrəvan) bax tüli. – Tülü adamın hörməti olmaz (Borçalı) III (Borçalı) ting, ağac şitili. – Biz sovxozdan iku:z tülü aldıx IV (Qax, Oğuz, Şəki, Zaqatala) qadın baş örtüsü, qadınların saçlarını içinə yığdığı torbaya bənzər örtük. – Bacım tülü geyirdi (Qax); – Balakişi arvadın tülüsünü başına bağlayıf, adına de:flər tülü Balakişi (Oğuz); – Tülünü ağdan da tikirix’, çitdən də (Şəki) ◊ Tülüqabağı (Şəki) – tülünün qabağına tikilən bəzək. – Yarım ərşin tülüqabağı aldım

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tülü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tülü nədir? #tülü sözünün mənası #tülü nə deməkdir? #tülü sözünün izahı #tülü sözünün yazılışı #tülü necə yazılır? #tülü sözünün düzgün yazılışı #tülü leksik mənası #tülü sözünün sinonimi #tülü sözünün yaxın mənalı sözlər #tülü sözünün əks mənası #tülü sözünün etimologiyası #tülü sözünün orfoqrafiyası #tülü rusca #tülü inglisça #tülü fransızca #tülü sözünün istifadəsi #sözlük