tülkü-çaqqal sözü azərbaycan dilində

tülkü-çaqqal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tülkü-çaqqal • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsi ilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. == Xüsusiyyətləri == Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. == Qidalanma == Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Tülkü
Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar. == Həyat tərzi == Özü qazdığı ya da boş yuvalarda məskən salır.
Adi çaqqal
Adi çaqqal (lat. Canis aureus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == Əsasən iki yarımnövə ayrılır. Aralıq Dənizi və Cənubi Avropada (bura həmçinin Qafqaz və Dağıstandada yaşayanlar da aiddir) yaşayan çaqqallar Canis aureus maeoticus yarımnövünə aid hesab olunur. Yaşayış arealın şərq hissəsində (Hindistan, Orta Asiya, İran) yaşayanlar isə tipik Canis aureus aureus yarımnövünə aid hesab edilir. Bunlardan başqa adi çaqqalın Şimali Afrikada yaşayan və sayı az olan bir neçə yarımnövü də var: Canis aureus algirensis Canis aureus anthus Canis aureus bea Canis aureus lupaster Canis aureus maroccanus Canis aureus riparius Canis aureus soudanicusLakin adi çaqqalın bu cür təsnifatı ilə bütün zooloqlar razılaşmır.
Yəhəraltı çaqqal
Yəhəraltı çaqqal (lat. Canis mesomelas və ya Lupulella mesomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. CAR-da və Afrikanın şərq sahillərində Nubiyadan Ümid burnuna qədər ərazilərdə yaşayır. Çaqqalın bu növü insanlara tez alışır.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Çaqqal Karlos
İliç Ramires Sançes (isp. Ilich Ramírez Sánchez) və ya tanınan adı ilə Çaqqal Karlos – hazırda Fransada həbsdə olan Venesuela terrorçusu. 16 qətldə şübhəli bilinir. == Bioqrafiya == 1949-cu ilin 12 oktyabr tarixində Venesuelada anadan olub. Çaqqal gənclik dövründə 10-dan çox ölkədə yaşayıb. Onun ailəsi intelligent ailə idi. Dindar müsəlman olan anası vaxtının çoxunu dini öyrənməyə sərf edirdi. Ramiresin atası qatı kommunist idi. O, SSRİ-nin yaranma ideyasını dəstəkləyir, Vladimir Leninə pərəstiş edirdi. Bu səbədən üç övladını Leninin şərəfinə adlandırmışdı.
Çaqqal oğlu çaqqal (film, 1972)
== Məzmun == Multiplikasiya filmində çaqqal acgözlük edib ələ keçirdiyi qəniməti canavarla yarı bölmək istəmir, ona görə də hiyləyə əl atır. Müəlliflər demək istəyirlər ki, acgözlük insanı hər cür sifətə salır, onu yaltağa çevirir. Yaltaq isə dostunu düşməndən seçə bilmir. == Film haqqında == Kukla filmidir. Bu ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Rəfiyev Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Mirzə Rəfiyev, Eduard Abdullayev Rejissor assistenti: Hafiz Əkbərov Multiplikasiya rəssamı: Rauf Dadaşov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Əziz Şeyxov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Adi tülkü
Adi və ya qırmızı tülkü (lat. Vulpes vulpes) itlər fəsiləsindən (lat. Canidae) olan yırtıcı məməli növüdür. == Yayılması == Adi və ya başqa adla qırmızı tülkü Avrasiyanın böyük hissəsini, Afrika və Amerikanın şimal vilayətlərini əhatə edən geniş areala malikdir. Bu nəhəng ərazidə tülkülərin fərdi və coğrafi, xüsusən rəng müxtəlifliyi o qədər böyükdür ki, zooloqlar 40-a yaxın yarımnöv ayırd edirlər. == Azərbaycanda yayılması == Qafqazda o cümlədən Azərbaycanda düzən, meşə və dəniz səviyyəsindən 3000 m-dək yüksəkdə olan dağ zonalarında yaşayır. Azərbaycanda ona ən çox Kür-Araz ovalığının açıq landşaftlarında, xüsusən Muğan, Mil, Şirvan və digər rayonların becərilməyən torpaqlarında, Kiçik Qafqazın düzən, dağətəyi rayonlarında təsadüf edilir. Meşə zonalarında azsaylıdır. Kür, Araz, Alazan və Qabırrıçay çayları boyunca yerləşən tuqay və digər meşələrdə onlara çox nadir hallarda təsadüf olunur. Subalp çəmənliklərdə tülkülərin sayı meşə zonalarına nisbətən çoxdur, lakin Böyük və Kiçik Qafqazın alp çəmənliklərində isə azsaylıdırlar.
Tülkü adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Uçan tülkü
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Tülkü qızılquş
Tülkü qızılquş (lat. Falco alopex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. == Təsviri == Bu, uzun ensiz qanad və quyruğa malik böyük müşgüldür. Uzunluğu 32-38 sm, açılan vəziyyətdə qanadlarının uzunluğu 76-88 sm, kütləsi 250-300 qram arasında dəyişir. Dişiləri erkəklərindən 3% böyük olur.
Adi çaqqal qanqalı
Kiçik Tülkü (bürc)
Kiçik Tülkü (lat. Vulpecula) — göyün şimal yarımkürəsində bürc.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Çaqqal nəfəsi (film, 2013)
Çaqqal nəfəsi — İranlı rejissor Babək Şirinsifətin çoxseriyalı filmi. == Məzmun == Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi yer alıb. == Haqqında == “Çaqqal nəfəsi” adlı serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov, Elgün Həmidov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazıb.
Tülkü Həccə Gedir (1971)
== Məzmun == Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. == Film haqqında == Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev == Mənbə == “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Tülkü həccə gedir (dəqiqləşdirmə)
Tülkü həccə gedir - uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmış cizgi filmi. Tülkü həccə gedir - bəstəkar Rəşid Şəfəqin uşaqlar üçün yazdığı opera.
Tülkü və Alabaş (opera)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Tülkü həccə gedir (film, 1971)
== Məzmun == Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. == Film haqqında == Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev == Mənbə == “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Tülkü və Alabaş (opera-balet)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Tülkü və ov iti (cizgi filmi, 1981)
Tülkü və ov iti (ing. The Fox and the Hound) — 1981-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmi, Disney studiyası tərəfindən yaradılmış sayca 24-cü cizgi filmi. İlk nümayişi 10 iyul 1981-ci ildə təqdimatı olmuşdur. Deniel Menniksin eyniadlı romanının ekranlaşdırmasıdır. Film rejissoru Ted Berman və Riçard Riç. Mahnılarını yazanlar Riçard Conston, Riçard Riç, Cim Stafford, və Jeffrey Patch, ilə orjinal patrisyon Baddi Beyker. Kurt Rassel, Miki Runi, Cek Albertson, Pörl Beyli, Pet Battram, Sendi Dankan, Riçard Bakalyan, Paul Uinçel, Janet Nolan, Con Fidler, Con Makintayr, Keyt Kuqan, və Kori Feldman filmdə rol almışlar. Film iki ehtimal dostları hekayə, Tod adlı bir qırmızı tülkü və düşmən olmalarını tələb onların inkişaf etməkdə olan instinktlərdən və ətraf sosial təzyiqlərə baxmayaraq onların dostluq qorumaq üçün mübarizə Kopper adlı ov it deyir. 1981-ci göstəri əsnasında, film dünya səviyyəsində cəmi 12 milyon dollarlıq büdcəsi ilə nümayişə girdiyi anda ən bahalı animasiya filmiydi. 1981-ci gösteriminde film dünya səviyyəsində cəmi 39 milyondan 900 min dollar hasılat əldə etdi.

Oxşar sözlər

#tülkü-çaqqal nədir? #tülkü-çaqqal sözünün mənası #tülkü-çaqqal nə deməkdir? #tülkü-çaqqal sözünün izahı #tülkü-çaqqal sözünün yazılışı #tülkü-çaqqal necə yazılır? #tülkü-çaqqal sözünün düzgün yazılışı #tülkü-çaqqal leksik mənası #tülkü-çaqqal sözünün sinonimi #tülkü-çaqqal sözünün yaxın mənalı sözlər #tülkü-çaqqal sözünün əks mənası #tülkü-çaqqal sözünün etimologiyası #tülkü-çaqqal sözünün orfoqrafiyası #tülkü-çaqqal rusca #tülkü-çaqqal inglisça #tülkü-çaqqal fransızca #tülkü-çaqqal sözünün istifadəsi #sözlük