saqqal sözü azərbaycan dilində

saqqal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • saqqal • 88.7363%
  • Saqqal • 10.9890%
  • SAQQAL • 0.2747%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Saqqal
Saqqal — kişiləri qadınlardan fərqləndirən, üzdə bitən tüklər. == Xarici keçidlər == Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Mavi saqqal
Mavi Saqqal (fr. La Barbe bleue) — fransız yazıçı Şarl Perro tərəfindən yazılmış nağıl. == Mövzu == Mavi saqqal, bir çox insanın ondan çirkin və mavi saqqalı ucbatından qorxduğu zəngin bir aristokdatdır. Bir neçə dəfə evlənmiş, lakin arvadlarına nə olduğu bilinməməkdədir. Bu səbəbdən o ətrafda yaşayan qızlar ondan qaçırlar. Bir gün bir qonşusunu ziyarət edir və üç qızından biri ilə evlənmək istədiyini deyir. Qızları heç biri isə onunla evlənmək istəmədiyindən hərəsi digərini önə çıxarır. Nəyahət mavi saqqal kiçik qızla evlənib, qəsrdə yaşamağa başlayır. Bir müddət sonra mavi saqqal səyahətə çıxmağa qərar verir. Qəsrin bütün qapılarının açarını arvadına verərək yola düşür.
Qara Saqqal
Edvard Tiç (ing. Edward Teach) ləqəbi Qarasaqqal (ing. Blackbeard ; 1680, Bristol, İngiltərə - 22, о. Окракок, Şimali Karolina ) - Vest-Hinddə və Böyük Britaniyanın Şimali Amerika koloniyalarının şərq sahillərində fəaliyyət göstərən ingilis piratı. Onun erkən həyatı haqqında çox az şey məlumdur, lakin o, Bahamanın Nyu Providence adasında məskunlaşmazdan əvvəl Kraliça Anna müharibəsi zamanı matros olub. Kapitan Benjamin Hornigqld Nyu Providens adasında yerləşirdi və Tiç 1716-cı ildə onun komandasına qoşuldu. Horniqold onu ələ keçirdiyi gəmiyə komandir təyin etdi və onlar çoxsaylı pirat fəaliyyətlərinə birlikdə iştirak etdilər. Onların donanmasına daha iki gəmi əlavə edildi, onlardan birinə Stid Bonnet komandanlıq etdi, lakin 1717-ci ilin sonunda Horniqold özü ilə iki gəmi götürərək piratçılıqdan uzaqlaşdı. Tiç Fransız kölə gəmisi olan "Koncord"-u ələ keçirdi, və onun adını "Kraliça Annanın qisası" qoydu. Onu 40 topla təchiz etdi və 300-dən çox adamdan ibarət heyəti idarə etdi.
Saqqal vergisi
Saqqal vergisi (rus. Налог на бороду) — müxtəlif dövrlərdə saqqal saxlayan kişilərə tətbiq olunan vergidir. 5 sentyabr 1698-ci ildə Rusiya çarı I Pyotr saqqal saxlayanlardan saqqal vergisi ödəmələrini tələb edən fərman vermişdi. Keşişlərdən və kəndlilərdən başqa bütün əhali ya saqqalını qırxmalı, ya da vergi verməliydi. Kəndlilər şəhərə daxil olduqda və ya çıxdıqda saqqal rüsumu ödəyirdilər. Vergini ödəyənlər xüsusi ödəmə tarifi olaraq "saqqal sikkələri" (və ya "saqqal nişanələri", "saqqal tarifi") alırdı. "Saqqal sikkə"lərinin ayrı-ayrı vaxtlarda 3 müxtəlif növü olmuşdu. 1705-ci il göstərişilə, saqqala görə ödəmələrin 4 forması ayırd edilmiş, 10 il sonra adambaşına 50 rubl olmaqla, vahid formaya salınmış, 1772-ci ildə isə bu ödəmələr tamamilə ləğv edilmişdi. Saqqal vergisi Rusiyadan əvvəl XVI əsrdə İngiltərə və Fransada tətbiq edilmişdi.
Saqqal-ı Şərif
Saqqal-ı Şərif - İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Dünya saqqal və bığ çempionatı
Dünya saqqal və bığ çempionatı — qeyri-adi yarış növü. İştirakçılar bığ və saqqallarının uzunluğu, eləcə də, stili ilə yarışırlar. == Tarixi == Birinci yarış 1990-cı ildə Almaniyanın Höfen-an-der-Ents qəsəbəsində baş tutmuşdur. 2025-ci ildəki yarış İngiltərənin Bristol şəhərində baş tutacaq. == Kateqoriyalar == Yarışın bığ, tam saqqal, yarım saqqal kimi kateqoriyaları var. == İstinadlar == == Xarici keçidlər == 2019-cu ildəki yarışın nəticələri.
Afrika saqqallıları
Afrika saqqallıları (lat. Lybiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Madonna saqqalsız Müqəddəs Cozeflə (Rafael)
Madonna saqqalsız Müqəddəs Cozeflə (it. Sacra Famiglia con san Giuseppe imberbe) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-cı ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna saqqalsız Müqəddəs Cozeflə" əsəri hal-hazırda Rusiyada, Sankt-Peterburq şəhərində, Ermitajda saxlanılır.
Qırmızı-Saqqallar
Qırrmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı-Saqqallar kənd inzibati ərazisi hazırda erməni təcavüzkarları tərəfindən işğal altındadir. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib. 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Qırmızı Saqqallar
Qırrmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı-Saqqallar kənd inzibati ərazisi hazırda erməni təcavüzkarları tərəfindən işğal altındadir. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib. 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Qırmızımtıl-sarı saqqallı
Qırmızımtıl-sarı saqqallı (lat. Trachyphonus erythrocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin afrika saqqallıları fəsiləsinin trachyphonus cinsinə aid heyvan növü.
Saqqalcıqlı baldırğan
Saqqalcıqlı baldırğan (lat. Heracleum barbatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Saqqalcıqlı gərməşov
Saqqallar
Saqqal — kişiləri qadınlardan fərqləndirən, üzdə bitən tüklər. == Xarici keçidlər == Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Saqqallı akulakimilər
Saqqallı akulakimilər (lat. Orectolobiformes) — Akulalar dəstəsi. Saqqallı akulakimilərin hamısında iki tikansız arxa üzgəclər, səpələyicilər və 2-4-ü döş üzgəclərindən başlayaraq yerləşmiş 5 qəlsəmə yarığı var. Əksər növlərinin gözləri nisbətən yuxarı hissədə yerləşmişdir. == Təsnifatı == Saqqallı akulakimilərin 2 yarımdəstəsinin, 7 fəsiləsi və bura daxil olan 14 cinsə aid 32 növü var.
Saqqallı keçi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. == Ümumi xarakteristikası və görünüşü == Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Saqqallı qartal
Saqqallı qızılağac
Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü. == Qısa morfoloji təsviri == Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya biraz daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Saqqallı yapalaqca
Saqqallı yapalaqca (lat. Strix nebulosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Saqqallılar
Saqqallılar (lat. Capitonidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Saqqalı-Şərif
Saqqal-ı Şərif - İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Adi saqqallı suiti
Adi saqqallı suiti (lat. Erignathus barbatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin saqqallı suiti cinsinə aid heyvan növü.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.25 dəfə / 1 mln.
2003 ••• 0.79
2004 ••••••••• 2.36
2005 ••••• 1.35
2006 •••••• 1.58
2007 •• 0.42
2008 0.24
2009 ••• 0.80
2010 •••• 1.09
2011 ••• 0.77
2012 0.26
2013 •••••••••••••••• 4.38
2014 •••••••••••••••••••• 5.83
2015 •• 0.34
2016 ••••• 1.39
2017 •••• 1.14
2018 •• 0.45
2019 •• 0.42
2020 •• 0.53

saqqal sözünün leksik mənası və izahı

  • 1 is. 1. Kişilərin üzündə və alt çənələrinin üstündə bitən tüklər. Uzun saqqal. Saqqal qoymaq. – [Məşədi İbad:] Hə… Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. Ü.Hacıbəyov. [Musa:] Saqqal yalnız üzü örtən tüklərdən ibarətdir. S.Rəhman. 2. Bəzi heyvanların və quşların çənəsinin altından sallanan tük topası. Keçi saqqalı. ◊ Saqqal ağar(t)maq – qocalmaq. Saqqal ağarıb, bel bükülüb, dinmə, filanı; Ovqatım olub təlx. M.Ə.Sabir. Ağardı saqqalı, saçı qar oldu; Sənəti sərxoşluq və qumar oldu. S.Vurğun. Saqqala (saqqal içinə) ağ düşmək – bax saqqalı ağarmaq. Saqqala salam verməmək zar. – saymamaq, etinasızlıq göstərmək. Oğlan, saqqala niyə salam vermirsən? Ə.Haqverdiyev. [İnayət:] Xoş gördük, ay Məşədi Püstə bacı. Əlin böyüklər ətəyindədir, yenə saqqala salam vermirsən. H.Sarabski. Saqqala soğan doğramaq – ələ salmaq, oynatmaq, masqaraya qoymaq. [Rüstəm Səkinəyə:] Deməli, bu ağbirçək vaxtında saqqalıma soğan doğramaq qalmışdı, hə? M.İbrahimov. [Əşrəf Sədəfə:] Bacı, saqqalıma soğan doğrama. B.Bayramov. Saqqal-bığ basmaq – üz-gözü tüklənmək, saqqalıbığı uzanıb bir-birinə qarışmaq. …Qapıdan cır-cındır içində, saqqal-bığ basmış bir adam girdi. Çəmənzəminli. Saqqalı çallatmaq – bax saqqal ağartmaq. [Səməndər Mixailə:] Saqqalı çallatsan da, yaman boşboğazsan ha! B.Bayramov. Saqqalı ələ vermək – başqasının təsiri altına düşmək, başqasının iradəsinə tabe olmaq, ixtiyarını başqasının əlinə vermək. Saqqalım yoxdur, sözüm ötmür – sözünə əhəmiyyət verilməyən, sayılmayan, dediklərinə qiymət verilməyən adamın özünə göstərilən münasibətə qarşı istehzalı cavab ifadəsi. [Salamov:] Gördün, ağa Bahadır, nə oldu? Salamməleyküm! Saqqalım yoxdur, sözüm ötmür. C.Cabbarlı. Saqqalın ağarsın! – qocal, uzun ömür sür mənasında alqış ifadəsi. Saqqalın tökülsün! – qarğış məqamında işlənən ifadə. [Arvad:] A kişi, mənim üstümə arvad alırsan? A sənin saqqalın tökülsün. Ü.Hacıbəyov. Saqqalına dən düşmək – qocalmağa, yaşa dolmağa başlamaq. Qərənfilin atası Rüstəm kişi qısaboy bir adamdı. Saqqalına dən düşmüşdü. S.Rəhman. Saqqalında bir tük (sağ) qoymamaq – bərk dalaşmaq, saqqalını yolmaq, saqqalının tüklərini didmək (ər haqqında). [Arvad:] Görək, Kərbəlayı Qubad, hərgah sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. Ü.Hacıbəyov. Saqqalını (saç-saqqalını) dəyirmanda ağartmaq – 1) çox görüb, çox işləyib böyük təcrübə qazanmaq; 2) qocaldığı halda heç bir şey öyrənməmək. Saqqalının ağ vaxtında – qoca vaxtında, yaşlı çağında. [Sultan kəndlilərə:] Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz? C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / saqqal

saqqal sözünün etimologiyası

saqqal sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SAQQAL [Mümtaz Mötəbərov:] Saqqalım yoxdur sözüm ötmür! (M.Hüseyn); RİŞ (kl.əd.) ..Qismətin olmur, olmasın!.. Başına eşqi dolmasın! Kişini Zalxa yolmasın! (M.Ə.Sabir).

    Azərbaycan dilinin sinonimlər lüğəti / saqqal

saqqal sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. борода: 1. волосяной покров на нижней части лица. Uzun saqqal длинная борода, seyrək saqqal редкая борода, kürən saqqal (şələ saqqal) окладистая борода, saqqal qoymaq (uzatmaq) отпустить бороду, saqqal basmaq обрастать, обрасти бородой 2) у некоторых животных и птиц: пучок длинных волос или перьев у шеи на груди. Keçinin saqqalı борода козла ◊ saqqalı ağarmaq постареть; saqqal ağartmaq: 1. постареть; 2. nədə собаку съесть, зубы съесть на чем; saqqal tərpətmək замолвить словечко за кого-л.; saqqalına dən düşmək: 1. засеребриться, начать седеть (о бороде); 2. см. saqqalı ağarmaq; saqqala salam verməmək не здороваться, не замечать кого-л.; saqqala soğan doğramaq подтрунивать, (кое-как) сводить концы с концами; saqqalı dəyirmanda ağartmaq видать виды; saqqalı ələ vermək быть на поводу у кого-л.; saqqalı çallamaq см. saqqalı ağarmaq; saqqalın ağarsın! чтобы борода твоя поседела, чтобы ты дожил до глубокой старости; saqqalı(-n) tökülsün! чтобы тебя не стало; saqqalımın (saqqalının) ağ vaxtında на старости лет; saqqalında bir tük qoymaram! выщиплю всю бороду (угроза старому мужчине); saqqalında şeytan tükü var умеет предрасположить к себе кого-л. (обычно женщин); saqqalından utanmamaq не стыдиться седых волос; saqqalından utan! стыдись хоть своих седых волос! saqqalının altından keçmək kimin подмазать колеса кому, дать барашка в бумажке; saqqalı uzun, ağlı gödək борода длинна, да ум короток

    Azərbaycanca-rusca lüğət / saqqal
  • 3 … бородый (вторая часть сложных прилагательных, указывающая на цвет или качество бороды). Qarasaqqal чернобородый, çalsaqqal (ağsaqqal) седобородый, uzunsaqqal длиннобородый

    Azərbaycanca-rusca lüğət / saqqal

saqqal sözünün inglis dilinə tərcüməsi

  • 1 i. beard; ~ buraxmaq / saxlamaq to let* the beard grow; ◊ ~ı ələ vermək to allow oneself to be led by the nose; to be* under smb.’s influence; ~ qoymaq to let* the beard grow; ◊ Saqqaldan götürüb bığa yaxmaq ≅ Rob one’s belly to cover one’s back

    Azərbaycanca-ingiliscə lüğət / saqqal

saqqal sözünün fransız dilinə tərcüməsi

  • 1 is. barbe f ◊ ~ ağartmaq vieillir vi, devenir vi (ê) vieux ; ~ tərpətmək intercéder pour qn, toucher un mot en faveur de qn, souffler un petit mot ; ~ına dən düşmək argenter (s’) ; commencer à grisonner (à blanchir) ; ~a soğan doğramaq moquer (se) de qn ; ~ı ələ vermək être mené, -e à la bride par qn ; ~ından utan! Aie honte au moins de tes cheveux blancs! ~ının altından keçmək graisser la patte à qn

    Azərbaycanca-fransızca lüğət / saqqal

saqqal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ччуру; qara saqqal чӀулав ччуру; 2. бязи гьайванрин ва къушарин ченедин кӀаникай куьрс жедай чӀарар; keçi saqqalı цӀегьрен ччуру; ** saqqal ağar(t)maq ччуру рехи (лацу) хьун (авун), кьуьзуь хьун; saqqala (saqqal içinə) ağ düşmək кил. saqqalı ağarmaq; saqqala salam verməmək зар. ччурудиз салам тагун, гьисаба такьун, кваз такьун, саймиш тавун; saqqala soğan doğramaq арадал вегьин, къугъурарун, айгьанатун; saqqal-bığ basmaq ччуру-спелди кьун, ччин чӀарчӀи кьун, ччинал чӀар акьалтун; saqqalı çallatmaq кил. saqqal ağartmaq; saqqalı ələ vermək ччуру гъиле гун (ттун), масадан таъсирдик акатун, масадалай аслу хьун, ихтияр чарадан гъиле гун; saqqalın ağarsın! ви ччуру рехи хьуй! (кьуьзуь жедалди, яргъи уьмуьр гьала манада алхиш); saqqalına dən düşmək ччурудик твар акатун, ччуру рехи (лацу) жез авалун, кьуьзуь (яшлу) жез авалун; saqqalında bir tük (sağ) qoymamaq ччурудал са чӀар тун тавун, кукӀун, ччуруяр чухун (гъуьлуьн гьакъинда); saqqalını (saç-saqqalını) dəyirmanda ağartmaq ччуру (чӀарар, кьил) регъуьн рекье рехи авун а) гзаф акуна, гзаф кӀвалахна тежриба кӀватӀун; б) кьуьзуь хьанватӀани са затӀни ччир тавун (тахьун); saqqalının ağ vaxtında ччурудин рехи вахтунда, кьуьзуь кьиляй.

    Azərbaycanca-ləzgicə lüğəti / saqqal

saqqal sözünün türk dilinə tərcüməsi

saqqal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Kürdəmir) qarğıdalı saçağı. – Qardığalı:n saqqalın heyvan yap yaxşı ye:r

Azərbaycan dilinin dialektoloji lüğəti.

"saqqal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saqqal nədir? #saqqal sözünün mənası #saqqal nə deməkdir? #saqqal sözünün izahı #saqqal sözünün yazılışı #saqqal necə yazılır? #saqqal sözünün düzgün yazılışı #saqqal leksik mənası #saqqal sözünün sinonimi #saqqal sözünün yaxın mənalı sözlər #saqqal sözünün əks mənası #saqqal sözünün etimologiyası #saqqal sözünün orfoqrafiyası #saqqal rusca #saqqal inglisça #saqqal fransızca #saqqal sözünün istifadəsi #sözlük