* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Südverən heyvanların yelinindən südü süzüb çıxarmaq. Camışı sağmaq. – Tez durub sübh sağardım inəyi; Xansənəmdən diləməzdim köməyi. M.Ə.Sabir. [Ayrım qızı:] İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edərdik, [ərim] çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. [Ana Pəriyə:] Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq. Ə.Məmmədxanlı. 2. məc. Birinin pulunu, malını tədricən əlindən almaq, birindən daim pul və s. çəkmək. [Nəbi:] [Ağamı] qumarda sağmal inək kimi sağırlar. S.S.Axundov. Hacısan, məşhədisən, sahibimizsən, ağasan; İstəyirsən həmi qırxıb bizi, həm də sağasan. Ə.Nəzmi.
Azərbaycan dilinin izahlı lüğəti / sağmaq1 Dilimizdəki sığamaq feili rusca “проводить рукой” kimi açıqlanır. Heyvanı sağanda da əl ilə əmcəklərini sığayırlar. Deməli, sağmaq və sığamaq kökdaş sözlərdir. M.Kaşğarinin “Lüğət”ində bal sağmaq birləşməsi var. Bu da balı sığayıb çıxarmaqla əlaqədardır. Mənbələrdə sağmaq sözü rus dilinə “вынуть”, “высосать” kimi tərcümə edilib. Dilimizdə (dialektlərdə) sıpqarmaq sözü də var (sıpqarmaq “son damlasına qədər içmək”, “boşaltmaq” və s. deməkdir). Mənbələrdə rus dilinə ососать kimi tərcümə olunub. Bu da, çox ehtimal ki, “sağmaq”, “sorub çıxartmaq” anlamı ilə bağlıdır. Deməli, sağmaq feili “sığayıb, sorub çıxarmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sağmaq2 глаг. доить: 1. выцеживать молоко из вымени; подоить, выдоить. İnəyi sağmaq доить (подоить) корову 2. перен. неограниченно пользоваться чьими-либо материальными средствами, вымогать; извлекать из кого -, чего-л. какую-л. материальную пользу для себя ◊ inək kimi sağmaq kimi доить как корову кого; sən ağa, mən ağa – inəkləri kim sağa?! ты сударь, я сударь, а кто же хлеба пахарь
Azərbaycanca-rusca lüğət / sağmaq1 гл. 1. ацун; inəyi sağmaq ккал ацун; 2. пер. ацун (садан пул, мал яваш-яваш тӀуьн, садагъ даим пул акъудун).
Azərbaycanca-ləzgicə lüğəti / sağmaq