* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Havadan qar, yağış, dolu kimi şeylər düşmək, tökülmək. Qar yağmaq. Dolu yağmaq. – Havalar gözəl keçirdi, teztez yağış yağırdı. C.Məmmədquluzadə. 2. Çox miqdarda, arası kəsilmədən tökülmək. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq. // məc. Bir şeyin çoxluğunu, şiddətini, davamlılığını bildirir. Üsyançılar qalib gələn kimi bizim olduğumu bu evə yağan güllələrin sayı-hesabı olmayırdı. H.Nəzərli. Göydən yerə zülm yağır; Çörək baha, vergi ağır. S.Vurğun. // Bir şeyin bolluğunu bildirir. □ Bərəkət yağmaq – bolluq olmaq, artmaq, çoxalmaq. Şəms padşaha dua-səna edib xəzinənin üstünə gəldi, açarları alıb işə başladı. Onun vaxtında xəzinənin üstünə gündən-günə bərəkət yağdı. (Nağıl). 3. məc. dan. Bir şeyi ifadə etmək. Onun üzündən biclik yağır. Sifətindən nur yağır. – Yağır gözlərindən odlu ildırım; Görməmişdi Qozluq belə bir qırım. H.K.Sanılı. Hüzn və ciddiyyət yağan çöhrəni bir anda ilıq bir məmnuniyyət ifadəsi qapladı. M.S.Ordubadi. Kəsalət yağan vücudunun tərsinə olaraq çox cəld və quş kimi yüngül hərəkət edən ruznaməçi İranpərəst tez qaçıb portfelini gətirdi. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / yağmaq1 Qar, dolu və s. yağır, güllə də yağır... Yağmaq “yuxarıdan aşağı enmək” deməkdir. Söz ağmaq feili ilə bağlı əmələ gəlib, “yuxarıdan enmək” deməkdir. Yağmur həm qar, həm də yağışı əhatə edən sözdür (yağışdan çıxdıq, yağmura düşdük deyirik), yağış isə “su” anlamı ilə bağlıdır və mənbələrdə çağuş, çağış kimi də verilib. Deməli, yağmur (yuxarıdan aşağı gələn) və yağış (su) müxtəlif sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yağmaq2 YAĞMAQ (qar, yağış haqqında) Sulu qar yağırdı (Elçin); TÖKMƏK Yağış hələ tökürdü (H.Abbaszadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / yağmaq2 глаг. 1. выпадать, выпасть; идти, пойти (об атмосферных осадках). Dolu yağır идёт град, qar yağır идёт снег, yağış yağır идёт дождь, fasiləsiz yağmaq идти непрерывно (о дожде, снеге) 2. сыпаться, поступать непрерывным потоком. Üstümüzə güllə yağırdı на нас сыпались пули ◊ qalan işə qar yağar употребляется как предостережение не откладывать начатое дело; dəvə oynayanda qar yağar говорится, когда кто-то делает что-л. неподобающее; o günü göydən daş yağar, əgər … в тот день (или тогда) мир перевернётся, если …; gözlərindən cin yağır kimin чертенята в глазах у кого; göydən yerə od yağır очень жарко (о жаркой погоде); печёт; kimin ğözündən nur yağır в глазах светится доброта у кого; sir-sifətindən zəhrimar yağır kimin волком смотрит кто; sir-sifətindən kədər yağır kimin веет грустью от кого, gözündən qəzəb yağır kimin глаза чьи выражают гнев; üz-gözündən sevinc yağır kimin глаза чьи излучают радость; gözlərindən qığılcım yağır kimin глаза чьим ечут искры, злобно смотрит кто; yağmasa da, guruldayır о таком, который отделывается громкими словами (обещаниями)
Azərbaycanca-rusca lüğət / yağmaq1 f. 1. to fall*; yağış ~ to rain; qar ~ to snow; dolu ~ to hail; Bərk yağış yağıb There has been a heavy fall of rain; 2. məc. to rain down, to pour forth; Üstümüzə sual yağdı Questions rained down on us; üzündən nur ~ to shine* with kindness; üzündən sevinc ~ to shine* with joy
Azərbaycanca-ingiliscə lüğət / yağmaq1 f. pleuvoir, neiger, grêler ; yağış yağır il pleut ; qar yağır il neige ; dolu yağır il grêle ; üzündən nur yağır son visage rayonne de joie
Azərbaycanca-fransızca lüğət / yağmaq1 гл. 1. къун (марф, жив, хар ва мс.); dolu yağmaq хар къун; qar yağır жив къвазва; 2. пер. са затӀунин гзафвал, булвал, ара тагурвал къалурун манада; bərəkət yağmaq берекат къун, буллух хьун, артух хьун, гзаф хьун; 3. пер. рах. авахьун, чукӀун.
Azərbaycanca-ləzgicə lüğəti / yağmaq