* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Müsəlman qadınlarının yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü. Sal ağızdan yaşmaq, şəkkər dəhanın; Şirin-şirin danışmağı görünsün. Q.Zakir. Çəkibən yaşmağı, üzünü örtmə; Sinəmin üstünə dağ qoyan dilbər! Molla Cümə. [Mələk] məni görüncə dönüb, yaşmağı ağzına çəkib qönçə dəhanın gizlətdi. A.Divanbəyoğlu. □ Yaşmaq tutmaq (vurmaq) – üzünün alt hissəsini yaşmaqla örtmək. Mən yad bir kişi xeylağı olduğuma görə, [Nisə xala] şalın ucunu boynundan dolayıb, ağzına yaşmaq vurmuşdu. Qantəmir. Arvadlar bir az geri çəkilmiş, yaşmaq tutmuşdular, cavanların ancaq gözləri güclə görsənirdi. Ə.Əbülhəsən. // məc. Ümumiyyətlə, örtü, pərdə mənasında. Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi. S.Rəhimov. 2. xüs. Qapı taylarından birinə və qapı çərçivəsinin alt hissəsinə vurulan nazik uzun taxta parçası. 3. məc. Toyuğun cəhənglərində olan tüklər.
Azərbaycan dilinin izahlı lüğəti / yaşmaq2 Qadınların yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü. (“Koroğlu” dastanının lüğəti) Dərzidən bir dəst gözəl paltar alıb geyinib-keçindi. Qarının dişləri olmadığına görə ağzına yaşmaq tutdu. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası / yaşmaq1 Yöşürmək (gizlətmək, örtmək) sözü ilə bağlıdır. Dialektlərdə yamşaq kimi də işlədilir, ağızı örtmək deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yaşmaq2 сущ. 1. яшмак (конец головного платка, закрывающий нижнюю часть лица женщины). Yaşmaq tutmaq закрывать нижнюю часть лица концом головного платка 2. разг. повязка, маска (предохранительная повязка, используемая при хирургических операциях и т.п.). Tənzifdən yaşmaq tutmuş tibb bacıları медицинские сёстры с марлевой повязкой (маской) на лице 3. притвор (притворная планка) у двери или окна. Pəncərə yaşmağı оконный притвор, qapı yaşmağı дверной притвор
Azərbaycanca-rusca lüğət / yaşmaq1 сущ. 1. яшмагъ, вилерилай агъуз ччин кӀевдай затӀ (мусурман дишегьлийри); // пер. кӀевдай затӀ, перде; yaşmaq tutmaq (vurmaq) яшмагъ кьун (ягъун), яшмагъдалди ччин кӀевун; 2. хуьс. яшмагъ, рикӀинин хилерикай садаз ва рикӀинин рамкадин кӀаник паюниз ядай кьелечӀ яргъи кьулун кӀус; 3. пер. вечрен сивин къваларив жедай чӀарар.
Azərbaycanca-ləzgicə lüğəti / yaşmaq